Silikon Vadisi - Wikipedia
Silikon vadisi və ya silisium vadisi ― Şimali Kaliforniyada (ABŞ) San-Fransisko ilə San-Xose arasındakı bölgənin adı. Hesablama texnikasının inkişafına önəmli təsir etmiş bir çox kompüter firmaları burada yerləşir. Kaliforniya ştatının Palo-Alto şəhəri rayonunda yarımkeçiricilərin istehsalının sürətlə inkişafını göstərmək üçün 1971-ci ildə "Electronic News" jurnalının müxbiri Don Höfler bu rayonu Silikon vadisi adlandırıb. Silikon vadisinin bazası Stenford Universitetində yerləşir. Kompüterlər üçün proqram təminatı buraxan, İnternet vasitəsilə mal və xidmətlər satan çoxlu müəssisələrin burada cəmləşməsini nəzərə alaraq son zamanlar bu regionu İnternet Vadisi də adlandırırlar.
Silikon vadisi | |
---|---|
37°22′39″ şm. e. 122°04′03″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Burada bir çox böyük şirkətin mərkəzi yerləşir: Intel, Cisco, Google, HP, Maxtor, Softway Solutions, Apple, Microsoft, Oracle, Nvidia, AMD, Facebook, Twitter, Mozilla,Yahoo!
Ədəbiyyat
redaktə- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 779 s.
Xarici keçidlər
redaktə- http://www.pbs.org/wgbh/americanexperience/films/silicon/
- https://web.archive.org/web/20071220023204/http://www2.sjsu.edu/depts/anthropology/svcp/
ABŞ haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |