Seysulan - Wikipedia
Seysulan — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Seysulan kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir.[2]
Seysulan | |
---|---|
40°14′56″ şm. e. 46°59′18″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5900 |
Tarixi
redaktəSeysulan kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Seysulan kəndi də Tərtər rayonunun tərkibinə verilmişdir.
Qarabağ münaqişəsi başlayanda Seysulan erməni silahlılarının nəzarətində idi. Erməni terrorçu qüvvələrinin cəmləşdiyi Seysulana ilk hücüm, Xocalıya hücuma keçmiş düşmən qüvvələrini yayındırmaq məqsədilə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş tutmuşdu. Hücumu Tərtərin o vaxtkı polis rəisi polkovnik Ələsgər Əliyev və müavini Rasim Vəliyev təşkil etmişdi. Əməliyyatı bilavasitə "Milli Qurtuluş" batalyonunun komandiri Cahangir Kərimov, müavini Fuad Rzayev, "Azadlıq" batalyonun komandiri Ələmşah Məmmədov öz dəstələriylə həyata keçirmişdilər. Döyüşdə Tərtər polis bölməsi və Seyidimli, Cəmilli rotalarının döyüşçüləri də iştirak etmişdilər. Kənd ermənilərdən azad edilmiş və düşmənin atəş nöqtələrinin susdurulması nəticəsində yandırılmışdı. Döyüş zamanı Qurtuluş batalyonunun komandiri və daha bir döyüşçüsü şəhid oldular. Bundan başqa çoxlu sayda yaralı da var idi. Ermənilərdən təxminən 15-ə yaxın ölən olmuşdu, dinc əhalidən xeyli əsir götürülmüşdü. Onlar sonralar Xocalı əsirlərinə dəyişdirildi. O zamandan Seysulanda yaşayış olmayıb. 1993-cü ildə isə kənd yenidən ermənilərin əlinə keçmişdi.[3]
10 fevral 2015-ci ildə Tərtərin Seysulan kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, monitorinqi hər iki tərəfdən qurum sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri izləyiblər. Keçiriliən monitorinq insidentsiz ötüşüb.[4]
2 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı kəndin erməni işğalçılarından tam təmizləndiyi rəsmi olaraq bəyan edilmişdir. Lakin 2021-ci ildə qonşu Qapanlı kəndində çəkiliş aparan BBC News şirkətinin Azərbaycan xidmətinin müxbirinin sözlərinə görə, Seysulan kəndi erməni qüvvələrinin nəzarəti altında olaraq qalırdı.[5] 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Seysulan kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[6]
Coğrafiyası və iqlimi
redaktəKənd səhra tiplidir.
Əhalisi
redaktəXIX əsrə qədər Seysulan udilərin yaşadığı kənd olmuşdur. XIX əsrin sonunda bütün udilər Nic və Vartaşen kəndlərinə köçürüldülər.[7] 1921-ci il əhalinin sayımına əsasən kənddə yaşayan 313 nəfərin hamısı ermənilər olublar.[8].
Hazırda Seysulan kəndində əhali yaşamır.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikası Ağdərə rayonunun bəzi kəndlərinin Tərtər rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı". 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
- ↑ ""Ağdərənin Talış kəndinə 8 tankla girmişdik…" - MÜSAHİBƏ". 2016-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
- ↑ Təmas xəttində monitorinq keçirilmişdir
- ↑ Səadət Akifqızı. "Erməni hərbçilərilə "sərhəddə" yaşayan, Tərtərin Qapanlı kəndinin sakinlərinin vəziyyəti necədir?" (az.). BBC Azeri. 2021-03-29. İstifadə tarixi: 2021-04-03.
- ↑ "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
- ↑ "Игорь Кузнецов. Удины". 2015-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
- ↑ "Данные переписи населения АзССР 1921 года". 2019-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.