Sevda Binti Zema - Wikipedia
Sevda binti Zəma (ərəb. سودة بنت زمعة; 589, Məkkə – 1 sentyabr 674, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası.
Sevda binti Zəma | |
---|---|
ərəb. سودة بنت زمعة | |
Doğum tarixi | 589 |
Doğum yeri | |
Vəfat tarixi | 1 sentyabr 674 |
Vəfat yeri | |
Həyat yoldaşları | |
Fəaliyyəti | Səhabə |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəMəhəmməd peyğəmbər Xədicənin vəfatından və Mədinəyə köçməsindən sonra 53 yaşında Sevda ilə evlənir. O, ilk müsəlmanlardan olan Səkran ibn Amrın dul arvadı olur. Onun atası Qureyş qəbiləsindən idi.
Sevda binti Zəma Efiopiyaya hicrət edən ilk müsəlman qadınlardan biridir. Onun birinci əri Məkkə müşrikləri tərəfindən zülmə məruz qalan əmisi oğlu Səkran ibn Amr idi. Məkkəyə qayıtdıqdan sonra Səkran vəfat edir. Sevda və Səkranın 637-ci ildə Cəlulə döyüşündə şəhid olan bir oğulları var idi.
Məhəmməd peyğəmbər Xədicənin vəfatından bir neçə gün sonra peyğəmbərliyinin onuncu ilinin Şəvval ayında Sevda ilə evlənir. O, yaşca Məhəmməddən böyük idi.
Sevda dindar və mömin qadın olmuşdur. Məhəmməd peyğəmbərin ölümündən sonra Sevda hədiyyə olaraq pul alır və onu xeyriyyəçilik üçün xərcləyir. Xəlifə Ömərin hakimiyyətinin sonunda, hicrətin 19-cu ilində Mədinədə vəfat etmişdir[2].
İstinadlar
redaktə- ↑ 1 2 Али-заде А. Сауда бинт Зама (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
- ↑ "Yeni_Ümit_Dini_İlimler_ve_Kültür_Dergisi". 2013-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.