Mehemmed Peygemberin Evlilikleri - Wikipedia
Məhəmməd peyğəmbər bir mənbəyə görə onun 23 həyat yoldaşı olmuşdur.[1] Müsəlmanlar Məhəmməd peyğəmbərin həyat yoldaşlarını hörmət əlaməti olaraq "Möminlərin anaları" adlandırırlar. Bunun səbəbi Əhzab surəsinin 6-cı ayəsində qeyd edilən "Peyğəmbər mö´minlərə onların özlərindən daha yaxındır. (Mö´minlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (mö´minlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz)."[2] ifadəsidir.
Məhəmməd peyğəmbərin həyatı hicrətdən öncə (Məkkə, 570–622) və hicrətdən sonra (Mədinə, 622–632) olmaqla iki yerə ayrılır. Məhəmməd peyğəmbərin evliliklərindən ikisi xaric digər evliliklərinin hamısı hicrətdən sonrakı dövrdə baş tutmuşdur.
Mədinə dövründə Məhəmməd peyğəmbərin hər bir xanımı üçün ayrıca olaraq Məscidi-Nəbəvinin divarlarına bitişik otaqlar tikilmişdir. Məhəmməd peyğəmbər vəfat etdiyi zaman 9 xanımı dul qalmış və bu qadınlar möminlərin anaları sayıldıqlarına görə onların başqa evlilikləri olmamışdır.
Evliliyinin əsas məqsədləri
redaktəƏrəblərin adətlərinə görə evliliklər qəbilə ehtiyaclarına görə planlaşdırılar, qəbilə daxilində və ya digər qəbilələr arasında ittifaqların bağlanması məqsədilə həyata keçirilərdi[3]. Watt'a görə Məhəmməd peyğəmbərin bütün evlilikləri dostluq əlaqələrini gücləndirmək məqsədilə baş tutmuş və ərəb adət-ənənlərinə uyğun şəkildə həyata keçirilmişdi[4]. Esposito Məhəmməd peyğəmbərin bəzi evliliklərinin dul qadınlara yeni bir yaşam şansı vermək məqsədi güddüyünü bildirir[5][6]. Francis Edwards Peters'ə görə isə Məhəmməd peyğəmbərin evlilikləri haqqında ümumiləşdirmələr aparmaq çətindir; bu evliliklərdən bəziləri siyasi, bəziləri mənəvi, bəziləri isə döyüşdə əri öldürülən qadınların küçədə qalmamaları və yaşam olaraq sıxıntı çəkməmələri ilə əlaqədar idi[7]. Muhittin Akgül Məhəmməd peyğəmbərin təlim-tərbiyə, sosial, dini-təşrii (şəriət və ya qanun qoyma) və siyasi səbəblərlə də evliliklər həyata keçirdiyini bildirir[8]. Turan Dursun'a görə isə evliliklərinin mal, sosial status, cinsi istəklər kimi müxtəlif məqsədləri olmuşdur[9].
Evlilikləri
redaktəMəkkənin ticarətlə məşğul olan ən varlı ailələrindən birinə mənsub olan Xədicə Məhəmməd peyğəmbərə əvvəlcə iş, daha sonra isə evlilik təklifi etmişdi[10][11][12]. Evləndikləri zaman Məhəmməd peyğəmbərin 25, Xədicənin isə 40 yaşında olduğu qeyd edilmişdir[13][14]. Xədicə binti Xüveylid vəfat edənə qədər Məhəmməd peyğəmbər başqa bir qadınla ailə qurmadı[15][16]. Xədicədən 2-si oğlan, 4-ü qız olmaqla 6 uşağı olmuşdur[17][18][19]. Xədicə binti Xüveylid vəfat etdikdən 2.5 il, yəni 53 yaşından sonra poliginik evliliklər etmişdir[20].
Məhəmməd peyğəmbərin Xədicənin vəfatından sonra Həvla binti Hakimin məsləhətilə ev işlərini görməkdə yardımçı olar deyə evləndiyi dul və yaşlı bir qadın idi. Məhəmməd peyğəmbərlə ailə qurduğu zaman təxminən 55 yaşında olub[21].
Sevda binti Zəma ilə evliliyindən qısa bir müddət sonra Əbu Bəkrin qızı ilə sözlənmişdi[22][23]. Aişə ilə sözləndikdən 3 il sonra evlənmişdir[24][25]. Aişə Məhəmməd peyğəmbərin bakirə olan yeganə həyat yoldaşı olmuşdur[26][27]. Aişənin Məhəmməd peyğəmbərə ərə getdiyi əsnada yaşı hədislərdə 9[28], araşdırma əsərlərində isə 17–18[29][30] və ya 20[31] olaraq bilinməkdədir.
Süleyman Ateş Aişənin yaşı ilə əlaqədar rəvayətlərin, Aişənin həyatını yazan tarixçilərin verdiyi məlumatlarla uyğun gəlmədiyini, "Tarixçilərin və biblioqrafların təsbitinə görə Aişə, Peyğəmbərimizin qızı Fatimədən beş yaş kiçikdir. Fatimə peyğəmbərlikdən 5 il əvvəl dünyaya gəlmişdir. Deməli Aişə, peyğəmbərliyin başlanğıc ilində anadan olmuşdur. Məhəmməd peyğəmbər olduqdan etibarən 13 il ərzində Məkkədə yaşamışdır. Peyğəmbər hicrət etdiyi zaman Aişə 13 yaşında olmalıdır. Peyğəmbər Mədinəyə hicrət etdikdən 2 il sonra Aişə ilə evləndiyinə görə (əl-İsabə: 4/359), deməli evləndiyi əsnada Aişə ən azı 15 yaşında idi. Bundan başqa Aişə, peyğəmbərlə nişanlanmamışdan əvvəl Cübeyr ibn Mütim ilə nişanlı və ya sözlü idi. Bu da onun peyğəmbərlə evlənməmişdən əvvəl evlilik yaşında olduğunu göstərmirmi? Bu yaş da hər halda 9 yaş deyildir. Deməli Məhəmməd peyğəmbər onunla evlənmək istədikdə Aişə evlənəcək yaşda, yəni 15 yaşında idi. Bu yaş isə Ərəbistan kimi isti ölkələrdə tam evlənmə vaxtıdır. Bizdə də qədim zamanlarda qız uşaqları erkən yaşlarda ərə gedirdi. "14 yaşına gəldikdə qızı ya ərə ya da yerə verməli" cümləsi də atalar sözü kimi işlənir. Onsuzda evlənmə yaşında olmayan bir qızı peyğəmbərə tövsiyə etməzdilər. Çünki Aişəni birbaşa peyğəmbər özü istəməmiş, bibisi onu peyğəmbərə tövsiyə etmiş, o da uyğun bilmişdi. Bir başqa rəvayətə görə isə Aişə peyğəmbərimizin qızı Fatimə ilə həmyaşıddır. Fatimə dünyaya gəldiyi zaman atasının 35 yaşı var idi. Bu halda isə Aişə ərə getdiyi zaman təqribən 20 yaşı olmuşdur." — sözləri ilə ifadə etmişdir[32].
Oğulluğa götürdüyü Zeyd ibn Sabitin boşadığı xanımı və bibisinin qızıdır. 35 yaşında Məhəmməd peyğəmbərə ərə getmişdir[33][34].
Döyüşdə öldürülən müsəlmanların dul qalmış xanımları ilə evlilikləri
redaktəHicrətdən sonra Məhəmməd peyğəmbər döyüşlərdə ölən bəzi müsəlmanların dul xanımları ilə ailə qurmuşdur. Bu kateqoriyadan olan qadınlar:[35]
Həfsə binti Ömər ibn Xəttab, Uhud döyüşündə ölən Hüneys ibn Xuzafənin dul xanımı və Ömər ibn Xəttabın qızıdır. 21 yaşında peyğəmbərlə evlənmişdir[36].
[37][38] Uhud döyüşündə ölən Abdullah ibn Əbdüləsədin dul xanımıdır[39]. 44 yaşında Məhəmməd peyğəmbərə ərə getmişdir[40].
Bəni Qureyzə Qəzvəsində əsir düşmüş, daha sonra müsəlman olmuşdur. İslam peyğəmbəri ilə evliliyi müsəlmanlığı qəbul etməsindən sonra baş tutmuşdur[41]. 44 yaşında peyğəmbərlə evlənmişdir[42].
Bədr döyüşündə öldürülən Ubeydə ibn Harisin dul xanımıdır[43]. 60 yaşında peyğəmbərlə ailə qurmuşdur[44].
Barış və ittifaq məqsədli evlilikləri
redaktəBəni-Müstəliqənin rəisi əl-Harisin qızıdır[45][46][47]. 20 yaşında müsəlmanlara əsir düşmüşdü. Peyğəmbər onunla evlənməsi qarşılığında fidyəsini ödəyəcəyini bildirdikdə[48], bu şərti qəbul etmiş və 20 yaşında peyğəmbərlə evlənmişdir[49].
Mədinə yəhudilərindən olan Bəni Nadir qəbiləsinin rəisi Hüyey ibn Əxtabın qızıdır[50][51]. 18 yaşında Əhzab döyüşündən sonra müsəlmanlara əsir düşmüş[52], peyğəmbərlə söhbətindən[53] sonra peyğəmbərin təklifi ilə 18 yaşında ona ərə getmişdir[54].
Qüreyşin lideri sayılan Əbu Süfyanın qızıdır[55]. 30 yaşında peyğəmbərlə evlənmişdir[56].
Misir Müqavqisinin hədiyyəsi olaraq gəlmiş[57], Mədinədə İslam peyğəmbərinin təbliği nəticəsində İslamı qəbul edərək müsəlman olmuş[58], daha sonra isə Peyğəmbər ilə nikaha girmiş, 1 il sonra isə Məhəmməd peyğəmbərin oğlan uşaqlarından İbrahimi dünyaya gətirmişdir[59][60][61]. Misirdən bacısı ilə birlikdə cariyə olaraq göndərildiyinə görə yaşı tam olaraq bilinmir[62].
Əmr ibn Sa’sa’a qəbiləsindəndir[63]. Təxminən 20 ilə 30 yaş arasında peyğəmbərlə evlənmişdir[64].
Ailə həyatı
redaktəMəhəmməd peyğəmbər və ailəsi Mədinədəki Məscidi-Nəbəviyə bitişən olan kiçik otaqlarda yaşayırdılar. Bu otaqların hər birinin eni 1.70 kvadratmetr, uzunluğu 2.30 metrə və tavan yüksəkliyi təqribən bir adam ayaqüstə dura biləcəyi qədər idi. Qapı olaraq ədyal formasında pərdələrdən istifadə olunurdu[65]. Ənəs ibn Malik rəvayət edir ki, "Peyğəmbər hər gündüz və hər gecə ərzində bütün xanımlarını ziyarət edər və məscidə bitişik otaq sayı on bir idi." (Buxari,1,5,268)
Məhəmməd peyğəmbərin həyat yoldaşları "möminlərin anaları" olaraq özəl statusa sahib olsalar da, Məhəmməd peyğəmbər, onların heç birinə bu statusdan istifadə edərək xüsusi münasibət görmələrinə izin vermədi[66].
Mübahisəli mövzular
redaktəMəhəmməd peyğəmbərin evlilikləri ilə əlaqədar məlumatların bir qismi Qurani-Kərimə əsaslanmaqdadır. Bunun xaricində hədis, tarix və təfsir qaynaqlarından toplanan məlumatlar, bu evliliklərlə əlaqəli məlumat mənbələrini əhatə etməkdədir. Bəzi araşdırmaçılar bu mənbələrdə verilən bəzi məlumatların doğruluq dərəcəsinin sorğulana biləcəyini əsas göstərmişlər[67][68].
Məhəmməd Peyğəmbərin evliliklərinin dəqiq olaraq sayı məlum deyildir və mənbələrdə müxtəlif məlumatlar qeyd edilmişdir. Buna görə də Məhəmməd peyğəmbər 9[69], 11[70] ya da 13[71], 12[72][73][74], 13[75], 12 evlilik və 2 cariyə[76], 15[77], 19[78], 16 evlilik və 6 cariyə[79], 10 evlilik və 10–15 cariyə[80] ilə evləndiyi mənbələrdə qeyd edilmişdir.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Yoel Natan Moon-O-theism s983
- ↑ Aleem, Shamim (2007). "12. Mothers of Believers". Prophet Muhammad(s) and His Family. AuthorHouse. s. 85. ISBN 978-1-4343-2357-6.
- ↑ Amira Sonbol, Rise of Islam: 6th to 9th century, Encyclopedia of Women and Islamic Cultures
- ↑ Watt (1956), ss. 287
- ↑ Esposito (1998), ss. 16–8.
- ↑ John Esposito. Islam: The Straight Path. Oxford University Press. ss. 17–18.
- ↑ F. E. Peters (2003), ss. 84
- ↑ "Arxivlənmiş surət". 2013-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ "Arxivlənmiş surət". 2014-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ "1". 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ "2". 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ "3". 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ İbnü'l-Esîr, el-Kâmil 2/39
- ↑ Prof. Dr. Mehmet Soysaldı, Peygamber Efendimizin Evliliklerinin Sebep ve Hikmetleri
- ↑ Bullough (1998), ss. 119
- ↑ Reeves (2003), ss. 46
- ↑ İbn Hişam, es-Siretü’n-Nebeviyye, I, 190.
- ↑ İbn Hişam, age., I, 190; İbn Sa’d, Tabakat, I, 133
- ↑ Peygamber Efendimizin Evliliklerinin Sebep ve Hikmetleri.
- ↑ İbn Sa’d, Ebu Abdillah Muhammed, et-Tabakatü’l-Kübrâ, Beyrut 1985, VIII, 216–220.
- ↑ Prof. Dr. Mehmet Soysaldı, Peygamber Efendimizin Evliliklerinin Sebep ve Hikmetleri
- ↑ D. A. Spellberg, Politics, Gender, and the Islamic Past: the Legacy of A'isha bint Abi Bakr, Columbia University Press, 1994, ss. 40
- ↑ Watt, Aisha, Encyclopedia of Islam
- ↑ Karen Armstrong, Muhammad: A Biography of the Prophet, Harper San Francisco, 1992, ss. 145.
- ↑ Tabari, Volume 9, Page 131; Tabari, Volume 7, ss. 7
- ↑ Karen Armstrong, Muhammad: A Biography of the Prophet, Harper San Francisco, 1992, ss. 145.
- ↑ Momen (1985), ss. 9
- ↑ [hadis.ihya.org/buhari/konu/955.html Sahîh-i Buhârî]
- ↑ Mehmet Azimli, İslâmi araştırmalar, c.16, sayı 1/2003, Dicle Üniversitesi, İlâhiyat Fakültesi
- ↑ http://www.yeniumit.com.tr/konular/detay/aise-validemiz-in-evlilik-yasi#.UeNB_tKG5Ko Arxivləşdirilib 2013-07-22 at the Wayback Machine Dr. Reşat Haylamaz "Aişe Validemizin evlilik yaşı" (Akademik izâhat)
- ↑ http://www.suleyman-ates.com/index.php?option=com_content&view=article&id=564%3Ahz-ayenin-evlenme-yayla-ilgili-rivayetler-tarihi-bilgilere-terstir&catid=46%3Aubat-2013&Itemid=97 Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine Aîşenin evlilik yaşı, Prof Dr Süleyman Ateş
- ↑ http://www.suleyman-ates.com/index.php?option=com_content&view=article&id=564%3Ahz-ayenin-evlenme-yayla-ilgili-rivayetler-tarihi-bilgilere-terstir&catid=46%3Aubat-2013&Itemid=97 Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine Aîşenin evlilik yaşı, Prof Dr Süleyman Ateş
- ↑ Momen (1985), ss. 9
- ↑ Watt (1974), ss. 156–159
- ↑ Prof. Dr. Mehmet Soysaldı, Peygamber Efendimizin Evliliklerinin Sebep ve Hikmetleri
- ↑ Nomani (1970), ss. 360
- ↑ İbn Sa’d, Ebu Abdillah Muhammed, et-Tabakatü’l-Kübrâ, Beyrut 1985, VIII, 216–220.
- ↑ http://web.firat.edu.tr/msoysaldi/efendimizinevlilikleri.pdf Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine Prof. Dr. Mehmet SOYSALDI
- ↑ Umm Salamah. Courtesy of ISL Software. University of Southern California.
- ↑ Kâinatın Efendisi Peygamberimizin Hayatı, Salih SURUÇ, 370. baskı, s.487
- ↑ http://www.islamkent.org/threads/37323-Her-g%C3%BCn-10-dk-ay%C4%B1r%C4%B1n!-(Hz-Muhammed-(sav)-in-hayat%C4%B1)/page5 Arxivləşdirilib 2013-09-28 at the Wayback Machine Doç Dr Casim AVCI Hz. Muhammed (sav)'in hayatı
- ↑ Kâinatın Efendisi Peygamberimizin Hayatı, Salih SURUÇ, 370. baskı, s.487
- ↑ Watt(1956), pg.393
- ↑ http://web.firat.edu.tr/msoysaldi/efendimizinevlilikleri.pdf Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine Prof. Dr. Mehmet SOYSALDI
- ↑ İbn Sa’d, Ebu Abdillah Muhammed, et-Tabakatü’l-Kübrâ, Beyrut 1985, VIII, 216–220.
- ↑ http://web.firat.edu.tr/msoysaldi/efendimizinevlilikleri.pdf Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine Prof. Dr. Mehmet SOYSALDI
- ↑ Rodinson, ss. 196.
- ↑ Salih SURUÇ, Kâinatın Efendisi Peygamberimizin Hayatı, 370. baskı, s.508
- ↑ "4". 2016-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ Nomani(1970) ss. 424.
- ↑ Watt (1964) ss. 195
- ↑ http://web.firat.edu.tr/msoysaldi/efendimizinevlilikleri.pdf Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine Prof. Dr. Mehmet SOYSALDI
- ↑ "5". 2017-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ http://web.firat.edu.tr/msoysaldi/efendimizinevlilikleri.pdf Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine Prof. Dr. Mehmet SOYSALDI
- ↑ Umm Habibah: Ramlah Bin Abi Sufyan. IslamOnline.
- ↑ Landau-Tasseron/Tabari, p. 180.
- ↑ A. Guillaume (1955), ss. 653
- ↑ http://web.firat.edu.tr/msoysaldi/efendimizinevlilikleri.pdf Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine Prof. Dr. Mehmet SOYSALDI
- ↑ İbn Sa’d, Ebu Abdillah Muhammed, et-Tabakatü’l-Kübrâ, Beyrut 1985, VIII, 216–220.
- ↑ http://web.firat.edu.tr/msoysaldi/efendimizinevlilikleri.pdf Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine Prof. Dr. Mehmet SOYSALDI
- ↑ İbn Sa’d, age., VIII, 212, 213.
- ↑ Kâinatın Efendisi Peygamberimizin Hayatı, Salih SURUÇ,370. Baskı, s.609
- ↑ Al-Shati, Bint (1 Aralık 2006). The wives of the Prophet. Matti Moosa (trans.), D. Nicholas Ranson. Gorgias Press LLC. s. 52. ISBN 978-1-59333-398-0.
- ↑ Guillaume/Ishaq p. 531. Tabari vol. 39 p. 186.
- ↑ Numani, ss. 259–60
- ↑ Ramadan (2007), ss. 168–9
- ↑ "Arxivlənmiş surət". 2014-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ "Arxivlənmiş surət". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ "Arxivlənmiş surət". 2013-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ "Arxivlənmiş surət". 2013-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ "Arxivlənmiş surət". 2012-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ Prof. Dr. Mehmet Soysaldı, Peygamber Efendimizin Evliliklerinin Sebep ve Hikmetleri
- ↑ "Arxivlənmiş surət". 2013-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ "Arxivlənmiş surət". 2013-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ "Arxivlənmiş surət". 2013-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ "Arxivlənmiş surət". 2013-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ "Arxivlənmiş surət". 2012-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ "Arxivlənmiş surət". 2013-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ "Arxivlənmiş surət". 2013-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ "Arxivlənmiş surət". 2013-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.