Sergey Utockin - Wikipedia
Sergey İsayeviç Utoçkin (rus. Серге́й Иса́евич У́точкин; 12.7.1876, Odessa, Xerson quberniyası, Rusiya imperiyası — 13.1.1916, Sankt-Peterburq, Rusiya imperiyası) — ilk rus aviatorlarından və sınaqçı təyyarəçilərindən biri. Hərtərəfli və istedadlı idmançı. 1910–1914-cü illərdə Rusiyada aviasiyanın populyarlaşdırılmasında onun çox böyük rolu olmuşdur. Rusiya imperiyasının bir çox şəhərlərində onlarla nümayiş uçuşları həyata keçirmişdir.
Sergey Utoçkin | |
---|---|
Doğum tarixi | 30 iyun (12 iyul) 1876 |
Doğum yeri |
|
Vəfat tarixi | 31 dekabr 1915 (13 yanvar 1916) (39 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri |
|
Fəaliyyəti | pilot, yarış avtomobili pilotu[d], boksçu, futbolçu, atlet |
Vikianbarda əlaqəli mediafayllar |
Bakı şəhərinin üzərindən uçan ilk təyyarəni də 20 oktyabr 1910-cu ildə Sergey Utoçkin idarə etmişdir.[1] Bu uçuşu o, həmin dövrdə aviatorlar arasında çox məşhur olan "Farman-4" fransız aeroplanı ilə yerinə yetirmiş, uçuşa baxmaq üçün 20 mindən artıq insan toplaşmışdı.[2] 28 oktyabr tarixində təşkil edilən uçuşlarda isə dövrünün məşhur pilotlarından biri olan Adam Qaber-Vlınski (1883–1921) iştirak etmişdi.[3]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2014-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-23.
- ↑ Новое время. — 1910. — 23 октября.
- ↑ "Arxivlənmiş surət". 2015-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-23.