Serbiya Prezidenti - Wikipedia
Serbiya prezidenti (serb. Председник Србијe/Rom: Predsednik Srbije) rəsmi olaraq Respublika prezidenti kimi adlandırılan Serbiyanın dövlət başçısıdır.
Serbiya prezidenti | |
---|---|
Vəzifədədir Aleksandr Vuçiç | |
Başçılıq edir | Serbiya |
Vəzifənin təsis tarixi | 11 yanvar 1991 |
Rəsmi saytı | predsednik.rs |
Vikianbarda əlaqəli mediafayllar |
Hal-hazırkı prezident 2 aprel 2017-ci ildə seçilmiş və 31 may 2017-ci ildə vəzifə səlahiyyətlərinin icrasına başlamış olan Aleksandr Vuçiçdir.
Vəzifə və səlahiyyətləri
redaktəO, təntənəli mövqeyi malikdir və bu mövqe ona Serbiya Konstitusiyasının 112-ci maddəsinin 5-ci bölməsində göstərilmişdir. Həmin bölməyə əsasən Serbiya prezidentinin vəzifə və səlahiyyətləri aşağıdakılardan ibarətdir:[1]
- Serbiyanın daxildə və xaricdə ən yüksək vəzifəli nümayəndəsi olmaq;
- Konstitusiyaya müvafiq olaraq qanuni qüvvəyə malik olan fərmanlar verə bilər;
- Serbiya parlamentinə Serbiya Baş naziri vəzifəsi üçün şəxs və ya şəxslər tövsiyə edir;
- Konstitusiyaya müvafiq olaraq Milli Məclisin deputatlarına təkliflər vermək;
- Serbiya hökumətinin təklifi əsasında Serbiyanın müxtəlif ölkələrdəki səfirlərini müvafiq fərman əsasında vəzifəyə təyin və vəzifədən azad etmək;
- Xarici diplomatik nümayəndələrdən etimadnamələrinin qəbul edilməsi və geriyə qaytarılması;
- Amnistiya elan etmək və fəxri təltiflərin verilməsi;
- Konstitusiya ilə nəzərdə tutulmuş olan digər işlərə rəhbərlik etmək.
Vəzifə başına gəldikləri zaman içdikləri and
redaktəPrezident vəzifəsinə başladıqları zaman Milli Məclisdə aşağıdakı andı oxuyurlar:
"Mən <ad>, Kosovo və Metoxiya da daxil olmaq şərti ilə Serbiya Respublikasının ərazisinin suverenliyinin və bütövlüyünün müdafiəsi üçün bütün səy və bacarıqlarımı göstərəcəyimə, insanların və azlıqların hüquq və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsinə, konstitusiya və qanunların müdafiə edilməsinə və onlara riayət edilməsinə, Serbiya Respublikası vətəndaşlarının sülh və rifahının müdafiə edilməsinin təmin edilməsinə və bütün vəzifələrimi şüurlu bir formada və məsuliyyətlə yerinə yetirəcəyimə dair and içirəm.[2]
Serbiya Respublikası Prezidentinin səlahiyyət müddəti
redaktəPrezidentin səlahiyyət müddəti beş ildir. Prezidentin səlahiyyətləri Milli Məclisin qarşısında and içməsindən sonra başlayır. Respublika Prezidentinin səlahiyyət müddəti müharibə və ya fövqəladə hallar dövründə uzadılır. Fövqəladə hallar zamanı bu dövr başa çatdıqdan sonra, müharibə dövründə isə müharibənin başa çatmasından sonrakı üç aylıq müddətin sonunda başa çatır. Heç kim iki dəfə prezident seçilə bilməz. Prezidentin səlahiyyət müddəti onun seçildiyi müddətin başa çatması, istefaya getməsi və ya vəzifəsindən kənarlaşdırılması ilə başa çatır. Prezident istefa ərizəsini Serbiya Milli Məclisinin sədrinə təqdim edir.
Köməkçi komanda
redaktəPrezidentin müşavirləri Prezidentin ehtiyaclarından əlavə Prezidentin hökumət və parlamentlə münasibətlərində, habelə digər ixtisaslaşdırılmış vəzifələr üçün analitik, məsləhət və digər əlaqədar vəzifələri yerinə yetirirlər.
Yaşayan keçmiş prezidentlər
redaktəAdı | Vəzifə müddəti | Anadan olma tarixi |
---|---|---|
Boris Tadiç | 2004–2012 | 15.1.1958 |
Tomislav Nikoliç | 2012–2017 | 15.2.1952 |
İstinadlar
redaktə- ↑ Constitution of Serbia — Article 112 Wikisource
- ↑ Constitution of Serbia — Article 114 Wikisource