Sepelinay - Wikipedia
Sepelinay - Haqqında Məlumat
Sepelinay (lit. cepelinai; təkdə: sepelinas - lit. cepelinas) və ya dickukulyay (lit. didžkukuliai; təkdə: dickukulis - lit. didžkukulis) — Litva mətbəxinə xas olan milli yemək. Həmçinin, Polşanın şimal-şərqində də məşhurdur. Xırdalanmış və ya əzilmiş kartofdan düzəldilən küftəyə bənzəyir və içinə adətən qiymə, quru kəsmik və ya doğranmış göbələk doldurulur.
Öz adını xarici görünüşcə Zeppelin dirijablına bənzədiyinə görə almışdır. Sepelinayın uzunluğu 10-20 sm arasında dəyişir və Litvanın qərbində onu şərqdəkinə nisbətən daha böyük bişirirlər.
Qaynadılıb süfrəyə verilərkən sepelinayın üzərinə smetan və donuz əti, yaxud donuz cızdağı qoyulur.
Xarici keçidlər
redaktə- Potato dishes of Lithuania Arxivləşdirilib 2008-05-12 at the Wayback Machine