Sedir Adasi - Wikipedia
Sedir (Sexir; türk. Sedir) — Türkiyənin cənub qərbində, Egey dənizinin Göyova körfəzində yerləşən kiçik ada. Ada Muğla ilinin Ula ilçəsinə aiddir. Adanı qeyri rəsmi olaraq Kleopatra adası adlandırırlar. Ada ərazisində antik dövrə aid Kedrae yaşayış məskəninin qalıqları var. Sedir adası Marmaris şəhərinin 18 km-də yerləşir.
Sedir adası | |
---|---|
türk. Sedir | |
| |
Yerləşməsi | |
36°59′35″ şm. e. 28°12′22″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Vilayət | |
Rayon | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sedir adası özünün qızıl qumlu çimərliyi ilə məşhurdur. Çimərlikdə olan qum özünə məxsus özəlliyə malikdir və bu tip qumlu sahil ancaq Afrika sahillərində mövcuddur. Qumun tərkibində heç bir əlavə qatışıq yoxdur və suya tökülən zaman su bulanmır.[1] Adada olan bu əsrarəngiz çimərliklə bağlı əfsanə mövcuddur: Kleopatra ilə Mark Antoni bu adada görüşmüş və məhz Kleopatra üçün qum Tunisdən gətirilmişdir.[2]
Çimərlik Türkiyənin Mədəniyyət nazirliyi tərəfindən ciddi qorunur. Uzunluğu cəmi 50 metrdir. Çimərlik qurudan daş divarlarla, dənizdən isə təbii qayalarla əhatə olunub. Məhz bu səbəbdən 2000 ildir ki, qumların dəniz və külək tərəfindən yuyulmasının və sovrulmasının qarşısı alınmışdır. Çimərlikdə ayaqqabı ilə gəzmək, siqaret çəkmək, çimərliyə dəsmal gətirmək qadağan edilmişdir. Qumun çimərlikdən kənara çıxarılmasının qarşısını almaq üçün girişdə xüsusi duş otaqları quraşdırılmışdır.[3]. Çimərlyə giriş pulludur və adaya hər yarım saatdan bir turist qayığı gedir.[4].
Kedrae qədim Kariya əyalətinin önəmli məntəqələrindən biri olmuşdur. Sedir adasında antik dövrə aid Apollon məbədi, amfiteatr və nekropolun qalıqları var. Kedrae adını yunan sözü olan kedrlə eyniləşdirirlər. Ancaq rəsmi olaraq adada bu ağacların olması haqqında məlumat yoxdur. Apollon məbədi dorik stildə tikilmişdir. Amfiteatr adanın şimal hissəsində yerləşir. Peloponnes müharibəsi zamanı Kedrae şəhəri Afinanın tərəfində vuruşmuş və sonradan spartalı Lisandr tərəfindən ələ keçirilmişdir. Bu hadisəni tarixçi Ksenofon ətraflı təsvir etmişdir.[5].
Şəkillər
redaktə-
Adadan körfəzin görünüşü
-
Kleopatra çimərliyi
İstinadlar
redaktə- ↑ "Экскурсии в Турции - остров Клеопатры (остров Седир)". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-25.
- ↑ "Экскурсии в Турции". 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-25.
- ↑ Острова Турции: солярий на яхте, пляж Клеопатры и "спагеты" Arxivləşdirilib 2017-04-25 at the Wayback Machine // segodnya.ua
- ↑ Турция. Самостоятельные путешествия
- ↑ Tourism Directorate of Muğla Governorship. "General information on Sedir Island, Muğla". Archived from the original on 2006-04-25.