Kleopatra - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
VII Kleopatra (təq. 13 yanvar e.ə. 69, İsgəndəriyyə, Ellin Misiri[d][3] – ən tezi 10 avqust e.ə. 30 və ən geci 12 avqust e.ə. 30, İsgəndəriyyə, Ellin Misiri[d][4][5][…]) — Ptolemeylər sülaləsinin sonuncu çariçası, XII Ptolemeyin (Avletin) qızı, XIII Ptolemeyin bacısı və arvadı; onunla müştərək hökmdar (e.ə. 51-ci ildən). E.ə. 48-ci ildə Suriyaya qovulmuş, Yuli Sezarın köməyi ilə Misirə qayıtmışdı. E.ə. 41-ci ildən sonra Mark Antoninin müttəfiqi və məşuqəsi olmuş (Roma qaydalarına zidd olaraq Kleopatra ilə evlənmişdi), Oktaviana qarşı mübarizədə onu müdafiə etmişdi. Aktsi döyüşündən sonra əvvəlcə Antoni, sonra da VII Kleopatra intihar etmişdilər.
Qədim Misir fironu | |
VII Kleopatra | |
---|---|
Sülalə | Ptolemeylər sülaləsindən |
Tarixi dövr | Yunan-Roma dövrü (Misir), Ellinizm, Ptolemeylər sülaləsi |
Anası | bilinmir |
Əri |
|
Uşaqları | |
Dəfn yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Kleopatranın obrazı ədəbiyyatda (V. Şekspir, B. Şou) və incəsənətdə (C. Tyepolo, P. Rubens və b.) əksini tapmışdır. ABŞ-də VII Kleopatra haqqında tammetrajlı bədii film çəkilmişdir (1965). Azərbaycan səhnəsində Şekspirin "Antoni və Kleopatra" əsəri tamaşaya qoyulmuşdur.
Kleopatra Heroqliflərdə | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
Həyatının ilk illəri və hakimiyyətə gəlməsi
redaktə7-ci Kleopatra Qədim Misiri ilk öncə özündən kiçik iki qardaşı, daha sonra isə oğlu ilə bərabər demək olar ki, otuz il müddətində idarə etmişdi. O, e.ə. 332-ci ildə böyük İsgəndərin Misiri istilası zamanı general kimi xidmət etmiş, Ptolemeyin banisi olduğu Makedoniyalı hökmdarlardan ibarət sülalənin sonuncu nümayəndəsi olmuşdu. Savadlı və ağıllı Kleopatra müxtəlif dillərdə danışa bilirdi və müştərək hakimiyyətdə olduğu dövr ərzində əsas hökmdar olmuşdu. Roma hökmdarları Yuli Sezar ve Mark Antoni ilə romantik məhəbbət əlaqələri ve hərbi tərəfdaşlığı, həmçinin qeyri-adi gözəlliyi və cazibə gücü ona tarixdə və məşhur əfsanələrdə sarsılmaz mövqe qazandırmışdır. Kleopatranın həyatı müasir dövrlə uzlaşmadığına görə onun bioqrafiyasını dəqiqliklə bir araya gətirmək çətindir. Onun həyatı haqqında məlum faktların əksəriyyəti yunan-roma alimlərinin, xüsusilə, Plutarxın əsərlərindən öyrənilmişdi. E.ə. 70 yaxud 69-cu illərdə doğulmuş Kleopatra 12-ci Ptolemeyin (Avlet) qızı olmuşdur. Onun anası hökmdarın arvadı (çox güman ki, onun ögey bacısı) 5-ci Trifaena olduğu güman edilir. E.ə. 91-ci ildə Avletin ölümündən sonra, 18 yaşlı Kleopatra və onun 10 yaşlı qardaşı 13-cü Ptolemey Misir taxtına çıxdı.
Sezar və Kleopatra
redaktəSezarın Romada güclənmək üçün gəlirlərini təmin etməyə və Avletin borclu olduğu pulları Misirə yenidən ödətməyə ehtiyacı var idi. Sezarın sayca üstün qüvvələri ilə 13-cü Ptolemeyin qüvvələri arasında dörd ay davam edən müharibədən sonra, Romadan dəstək qüvvələri gəldi, Ptolemey İsgəndəriyyəyə qaçmağa məcbur oldu və Nil çayında boğuldu. İsgəndəriyyəyə daxil olaran Sezar, taxtı Kleopatra və kiçik qardaşı 14-cü Ptolemey arasında yenidən bərpa etdi. Sezar Kleopatra ilə bərabər bir müddət Misirdə qaldı və Kleopatra təxminən e.ə. 47-ci ildə Ptolemey Sezar adlı oğlan uşağı dünyaya gətirdi. Güman edilir ki, Ptolemey Sezar Sezarın oğludur. O, Misir xalqı arasında Sezarion yaxud balaca Sezar kimi tanınırdı.
Kleopatra e.ə. 46–45-ci illərdə 14-cü Ptolemey və Sezarion ilə bərabər Sezara baş çəkmək üçün Romaya səfər etmişdi. Sezar e.ə. 44-cü ilin mart ayında qətlə yetirildikdən sonra, Kleopatra Misirə geri dönmüşdü. Tezliklə 14-cü Ptolemey vəfat etdi və 3 yaşlı Sezarion 15-ci Ptolemey olaraq anası ilə bərabər Misirin hökmdarı oldu. O vaxtdan etibarən Kleopatra özünü Osirisin bacısı və arvadı, Horusun anası olan ilahə İsida kimi təqdim edirdi. Bu hökmdar və kraliçaların hakimiyyətini möhkəmləndirmək üçün hökmdar ailə üzvlərini ilahiyyat ilə əlaqələndirən qədim Misir ənənəsinə əsaslanırdı. Həmçinin 3-cü Kleopatra da ilahə İsida olduğunu iddia etmişdi, 7-ci Kleopatraya isə "Yeni İsida" kimi istinad edilirdi.
Kleopatranın Mark Antonini məftun etməsi
redaktəKörpə oğlu ilə müştərək hakimiyyəti vasitəsilə Kleopatranın Misir hakimiyyətindəki mövqeyi həmişə olduğundan daha möhkəm idi. Hələ də Nil daşqınları məhsul qıtlığına, infilyasiya və aclığa səbəb olurdu. Elə bu vaxt Romada Sezarın mütəffiqlərinin ikinci triumviratı (Mark Antoni, Oktavian və Lepid) və Sezarın sui-qəsdçiləri Brut və Kassius arasında münaqişə gedirdi. Hər iki tərəf Misirdən dəstək istədi və bir qədər yubatdıqdan sonra Kleopatra Sezarın Misirdə yerləşdirdiyi dörd Roma legionunu triumvirata dəstək üçün göndərdi. E.ə. 42-ci ildə Filip döyüşündə Brut və Kassiusun qüvvələrini məğlub etdikdən sonra Mark Antoni və Oktavian Romada hakimiyyəti öz aralarında böldülər. Az sonra Mark Antoni Sezarın sui-qəsdinin mürəkkəb nəticəsində oynadığı rolu izah etmək üçün Kleopatranı Kilikiya şəhəri olan Tarsusa çağırdı. Plutarx tərəfindən qeydə alınan rəvayətə görə Kleopatra Tarsusa gözəl bir gəmidə gəlmişdi və İsidanın xalatını geyinmişdi. Antoni onun gözəlliyinə valeh olmuşdu. O, Kleopatranın kiçik bacısı və rəqibi, həmin vaxt sürgündə olan Arsinoeni aradan qaldırmağa kömək edəcəyinə dair vəd verərək Misiri və Kleopatranın taxt-tacını qoruyacağı barədə razılığa gəldi. Kleopatra Misirə geri döndü, ondan az sonra 3-cü arvadı Fulviya və uşaqlarını Romada qoyan Antoni onun arxasınca Misirə getdi. O, e.ə. 41–40-cı illərin qışını İsgəndəriyyədə keçirdi və bu dövr ərzində o və Kleopatra məşhur "misilsiz qaraciyərlər" adlanan kef məclisini (içki cəmiyyətini) təşkil etdilər. E.ə. 40-cı ildə Antoni Romaya geri döndükdən sonra, Kleopatranın Aleksandr Helios (günəş) və Kleopatra Selena (ay) adlı əkizləri dünyaya gəldi. Taxtın banisi oldu.
Hakimiyyət uğrunda mübarizə
redaktəFulviya xəstələnib dünyasını dəyişdikdən sonra Antoni Oktavianın ögey bacısı Oktavia ilə diplomatik evlilik quraraq Oktaviana olan sədaqətini sübut etməli oldu. Misir Kleopatranın hakimiyyəti altında daha da inkişaf etmişdi və e.ə. 37-ci ildə Mark Antoni Parfiya krallığına qarşı təxirə salınmış hərbi yürüşünə maliyyə dəstəyi almaq üçün Kleopatra ilə yenidən görüşdü. Bunun müaqbilində isə, o Kipr, Krit, Kirenaika (Liviya) və Erika, həmçinin Suriya və Livanın böyük hissəsi daxil olmaqla şərqi Misir imperiyasını geri verməyə razı oldu. Onlar yenidən sevgili oldular və e.ə. 36-cı ildə Kleopatra Ptolemey Filadelfos adlı daha bir oğlan uşağı dünyaya gətirdi. Parfiyada biabırçı məğlubiyyətdən sonra, Antoni açıq şəkildə arvadı Oktavianın onunla barışmaq cəhdlərini rədd etdi, əvəzində isə, Misirə və Kleopatraya geri döndü. E.ə. 34-cü ildə "İskəndəriyyə bəxşişləri" kimi bilinən ictimai bayramda Antoni Sezarionu Sezarın oğlu və qanuni varisi elan etdi (övladlığa götürdüyü Oktaviandan fərqli olaraq) və Kleopatradan olan hər üç övladına torpaq bağışladı. Bu hadisə Antoni və Antonin tamamilə Kleopatranın idarəsi altında olduğunu iddia edən qəzəbli Oktavian arasında müharibə propaqandasını başlatdı. E.ə. 32-ci ilin sonlarında Roma Senatı Antonini təltif edildiyi bütün titullardan məhrum etdi və Oktavian Kleopatraya müharibə elan etdi.
Məğlubiyyət və ölüm
redaktəE.ə. 31-ci il, sentyabrın ikisində Aksi döyüşündə Oktavianın qüvvələri Antoni və Kleopatranın qüvvələrini məğlub etdi. Kleopatranın gəmiləri döyüşü tərk etdi və Misirə qaçdı. Tezliklə Antoni xilas ola bildi ve bir neçə gəmi ilə Kleopatranın ardınca getməyə nail oldu. İsgəndəriyyə Oktavianın qüvvələrinin hücumu altında olduğu bir vaxtda Antoni Kleopatranın intihar etməsi barədə şayiə eşitdi. O, qılıncın üstünə atıldı və şayiənin yalan olması barədə xəbər gələn kimi dünyasını dəyişdi. E.ə. 30-cu il, avqustun on ikisində Antonini torpağa tapşırdıqdan və zəfər çalmış Oktavian ilə görüşdükdən sonra, Kleopatra iki qadın qulluqçusu ilə bərabər özünü otağa qapadı. Onun intihar üsulu dəqiq məlum deyil, lakin Plutarx və başqa yazıçılar onun ilahi kral hakimiyyətinin rəmzi olan və gürzə kimi bilinən zəhərli ilan vasitəsilə intihar etməsi ehtimalını irəli sürmüşdülər. Onun vəsiyyətinə əsasən Kleopatranın cəsədi Antonin cəsədinin yanında dəfn edilmişdi.
Maraqlı fakt
redaktə- Kleopatra xarici gözəlliyə kifayət qədər diqqət yetirir və öz sağlamlığını unutmurdu. Bədənə meyvələrin necə vacib olduğunu bilərək, o, öz baş magistri Amun Karimi yanına çağırmış və cavanlaşdırıcı xüsusiyyətlərə malik olan və ona tonus verən meyvələrdən ibarət eliksir hazırlamaq göstərişini vermişdir. Amun Karim çox fikirləşdi, sonra ən zərif meyvələri toplamış, onların şirəsini qarışdırmış və Kleopatraya təqdim etmişdir. Şahzadə dadın incəliyindən, onun heyrətamiz gücündən heyrətə gəlmiş, buna görə də magistri mükafatlandırmışdır. O vaxtdan şahzadə Kleopatra hal-hazırda multi-vitaminlər adlanan yalnız bu şirəyə üstünlük verirdi.
İstinadlar
redaktə- ↑ Цезарион (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1903. Т. XXXVIIа. С. 891.
- ↑ Любкер Ф. Caesarion (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 234.
- ↑ Loviglio J. Cleopatra exhibit tells an intriguing tale. Vaşinqton post, 2010.
- ↑ http://www.tandfonline.com/doi/full/10.1080/03612759.2010.539496.
- ↑ http://www.tandfonline.com/doi/pdf/10.1080/03612759.2010.539496.
Xarici keçidlər
redaktəSƏLƏF XII Ptolemey |
Kleopatra E.ə. 51-ci il — E.ə. 30-cu il |
XƏLƏF Oktavian Avqust |