Sazan - Wikipedia
Sazan adası (alb. Sazani, it. Saseno, yun. Σάσων) — Adriatik dənizində yerləşən kiçik ada. Ada Albaniyaya məxsusdur. Sazanın sahəsi 5 km² təşkil edir. Adada yaşayış yoxdur.
Sazan adası | |
---|---|
alb. Sazani | |
Ümumi məlumatlar | |
Sahəsi | 5 km² |
Uzunluğu |
|
Eni | 2 km |
Hündür nöqtəsi | 342 m |
Əhalisi | 0 nəfər (2011-ci il) |
Yerləşməsi | |
40°30′ şm. e. 19°17′ ş. u.HGYO | |
Ölkə | Albaniya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəSazan körfəzin Adriatik dənizinə açılan hissəsində yerləşir. İnzibati cəhətdən isə Albabiyanın Vlyera rayonu ərazisinə daxildir. Sahəsi baxımından Albaniyanın ən iri adasıdır. Adanın maksimal hündürlüyü 342 metrdir. Sahildən 15 km aralıda yerləşir.
Tarixi
redaktəAda uzun zaman Venesiya Respublikasına mənsub olmuşdur. Napoleonun apardığı müharibələrin sonucunda, Paris sülh müqaviləsinə görə (1815 il) ada digər İoniy adaları da daxil olmaqla Britaniyanın protektoratlığına verilir[1]. 1864-ci ildən İoniy adaları və Sazani adası Yunanıstana verilir. İkinci Balkan müharibəsinin sonucunda 1913-ci ildə İtaliya və Avstriya Yunanıstanı Albaniyanın cənubu və Sazani adasını boşaltmağa məcbur edilir. 30 oktyabr 1914-ci ildə İtaliya adanı zəbt edir və burada öz postlarını yerləşdirir. 1915-ci ilin 26 aprel London anlaşması ilə adanın İtaliyaya verilməsi təstiqlənir, Albaniy müstəqilliyini itirir. Birinci Dünya müharibəsi bitdikdən sonra isə Albaniya müstəqilliyini bərpa edir. 2 sentyabr 1920-ci il Alban-İtaliya anlaşması ilə ada yenidən İtaliyaya verilir. İkinci Dünya müharibəsi zamanı 1943-1944 illərdə Almaniyanın işğalı altında olmuşdur. 10 fevral 1947-ci il İtaliya ilə imzalanan anlaşma ilə ada Albaniyaya qaytarılmışdır. Sovet və Albaniya arasında yaranan siyasi toqquşmalara, 1960—1961 illərə qədər adada Sovetlərə məxsus hərbi hissələr yerləşdirilmişdi.
29 aprel 2010 il qərarı ilə ada ətrafında yerləşən 1852 metr (1 dəniz mili) radiusunda sahədə milli park yaradılmışdır. Karaburun-Sazan milli parkı Albaniyanın ilk dəniz milli parkıdır[2].
Faunası
redaktəSazan adası ərazisində 7 suda-quruda yaşayan 3 ilan növü yaşayır. Burada 15 quş növünə rast gəlmək olar.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-04.
- ↑ "Vendim për Shpalljen "Park Kombëtar" të Ekosistemit Natyror Detar Pranë Gadishullit të Karaburunit dhe Ishullit të Sazanit". 2014-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-04.
Mənbə
redaktə- Sazan Island Official Website Arxivləşdirilib 2019-09-01 at the Wayback Machine
- Semini, Llazar. "Albania sees tourism for island with military past". Yahoo. AP. May 12, 2015.
- Documentary on Sazan Island, starts at 1:56, Youtube.com (French)
- WorldStatesmen - Albania
- The breeding bird community of Sazani Island: state of knowledge and management recommendations