Sayman Aruz - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Sayman Aruz (21 mart 1977) — Şair və yazıçı. Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri. Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Güney Azərbaycan İcmasının təsisçisi və sədri
Sayman Aruz | |
---|---|
Sayman Aruz Həsənzadə | |
Doğum tarixi | |
Doğum yeri | Sulduz, Güney Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Əsərlərinin dili | azərbaycanca |
Janr | Nəsr |
Mükafatları | Ziyadar Mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSayman Aruz (Saman Həsənzadə) aprel 19, 1977-ci ildə Cənub Azərbaycanın Sulduz şəhərində anadan olub.
Orta təhsilini bitirdikdən sonra Təbriz Azad Universitetinin Kənd təsərrüfatı və Bakı Dövlət Universitetin Filologiya fakültəsini bitiribdir.
Kiçik yaşlarından xiyabanda kitab satmaqla məşqul olub. Yaradıcılıq nümünələri dövrü mətbuatda, "Mərdom və cameə", "Məhdi Azadı", "Şəms", "Yarpaq", "Yaşmaq", "Günəş" və s. dərgi və qəzetlərdə cap olunmuşdur.
2001 və 2007-ci illərdə İran İslam Respublikasında keçirilən şeir festivalında birinci yerə layiq görülüb. İranda qadağa qoyulan "Süküt kimi sakit", "Barış xətabaləri" və Bakıda nəşr olunmuş "Bahar gəlmədi", "Paltarlarım adamsızdır", "A hərfinə uduzmaq", "Dənizləri yelləndirən faciə" adında şeir və "Yüz il inqilab" və "Bizi Öldürməyə gəlirlər "adında roman, eyni zamanda İmadəddin Nəsimi haqqında "Nəsimi mənzum dramı" və "Praktik irfan nəzəriyyəsi" kitablarının müəllifidir. Əlavə olaraq 11 müxtəlif mövzularda kitab çapa hazırdır. Yaxın vaxtlarda çap edilməsi planlaşdırılır.
2009–2011 DAƏŞ-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin məsul işçisi. Dünya Azərbaycanlıları Yazarlar Qurumunun (DAYAQ) təsisçisi və rəhbəridir. İndiyə kimi Cənubi Azərbaycanın müasir şairlərinin DAYAQ adına 30 kitabı nəşr olunmuşdur. Eləcə də dünyada yaşayan soydaşlarımızın ədəbi yaradıcılığını əks etdirən qurumun elektron səhifəsi (litdiaspora.az) yaradılmışdır. Hazırda Bakıda yaşayır. 2011-hal hazira kimi Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan Komissiyasının sədridir və Azərbaycan Yazıçılar Birliyi sədrin müşaviri vəzifəsində çalışır.
2013-dən hal-hazıra kimi AzTV-nin Mədəniyyət kanalında yayımlanan "Məclisi üns" verilişinin daimi üzv-iştirakçısı, AzTV Mədəniyyət kanalında dünya azərbaycanlılarının mədəniyyət platforması olan "Körpü" verilişinin ideya müəllifi və aparıcısı,
2019-cu ildə AzTV-nin Mədəniyyət kanalında yayımlanan "Nəsimi 650" verilişinin ideya müəllifi və aparıcısı olmuş, Türkmən Yazarlar Birliyinin Azərbaycan üzrə təmsilçisidir.
Avrasiya Kültür Sənət, Elm və Ədəbiyyat federasiyasının (ASKEF) Azərbaycan üzrə başqanıdır
2019-cu ildə TÜRKSOY tərəfindən "Nəsimi 650" medalı ilə təltif
Azərbaycan və Türkiyənin İspaniyadaki səfirtliyi və Yunus İmrə İnsitutunun İspaniyadaki nümayəndəliyi tərəfindən ilin Nəsimi təqdiqatçısı seçilmişdir.
Azərbaycan ədəbiyyatı və mədəniyyətinin dünyadaki təbliğinə görə Azərbaycan Yazıçılar Birliyinin fəxri fərmanı, AMEA-nin Ədəbiyyat İnsititutunun II beynalxalq Nəsimi festivalında elmi məqalə müəllifi və mühazirəçi kimi iştirakına görə Fəxri fərmana layiq görülmüşdür. 200-dən artıq müxtəlif qurum və təşkilatlar terefindən fəxri fərmana layiq görülübdür. Şablon:Elmi əsərlər:
Əsərləri
redaktəÇap edilmiş bədii əsərləri
redaktə1. Süküt kimi sakit (şeir toplusu-qadağan edilmişdir)-Təbriz, "Əxtər" nəşriyyatı, 1999-cu il
2. Barış xətabaləri (şeir toplusu-qadağan edilmişdir)- Təbriz, "Əxtər" nəşriyyatı, 2001-ci il.
3. Bahar gəlmədi (şeir toplusu)- Bakı "Qanun" nəşriyyatı, 2009
4. Paltarlarım adamsızdır (şeir toplusu)-2010 , Bakı "Qanun" nəşriyyatı
5. "A" hərfinə uduzmaq (şeir toplusu)-2016, Tehran, "Yaşmaq" nəşriyyatı
6. Yüz il inqilab (Roman)-2013, Bakı "Qanun" nəşriyyatı
7. Bizi öldürməyə gəlirlər (Roman)-2016. Bakı "Yek" nəşriyyatı
8. Nəsimi mənzum dramı-2018, Bakı "Elm və Təhsil" nəşriyyatı, 2019
9. Dənizləri Yelləndirən faciə (şeir toplusu)-Təbriz, "Şani" nəşriyyatı, 2018
10. Bir xalqın manifesti (Roman)-Bakı
Elmi əsərlər:
1 — Praktik irfan nəzəriyyəsi- Tehran, "Çeşmə" nəşriyyatı, 2020
2 — Xaqani Şirvanının "Şiniyyə" qəsidəsinin şərhi-Təbriz "Şani" nəşriyyatı, 2017
Transliterasiya etdiyi əsərlər:
1 — Vətən Dili (Qori müəllimlər seminariyasının birinci-dördüncü siniflərə hazırladığı dərslik). ADA Universitetinin sifarişi ilə hazırlanmışdır. Bakı "Çaşıoğlu" nəşriyyatı, 2021
etdiyi və çapa hazırladığı əsərlər:
1 — Sarı saatlar dənizində-(şeir toplusu). Bakı "Qanun" nəşriyyatı, 2010
2 — Mən Çin məhəllələrində itmişəm-(şeir toplusu). Bakı "Qanun" nəşriyyatı, 2010
3 — Su pıçıldısı-(şeir toplusu)- Bakı "Qanun" nəşriyyatı, 2009
4 — Əlimdə əlli barmaq-(şeir toplusu). Bakı "Qanun" nəşriyyatı, 2010
5 — Ayrılıq durağı-(şeir toplusu). Bakı "Qanun" nəşriyyatı,2010
6 — Arazdan Əruza-(Cənubi Azərbaycan şeir antologiyası)- Təbriz, "Şani" nəşriyyatı, 2017
7 — Adın Azadlıqdır- (Cənubi Azərbaycan şeir antologiyası)-"XAN" nəşriyyatı, Bakı 2017
8 — Zibil dolunda ziyafət-(şeir toplusu)- Bakı "Qanun" nəşriyyatı, 2014
Tərcümələri
redaktə1-Xaqni Şirvaninin "Şiniyyə" qəsidəsinin tərcüməsi və şərhi 2-Mövlanə Cəlaləddinin "Məsnəvi" Əsərinin 2 dəfrtərini orginaldan Azərbaycan dilinə tərcüməsi 3-Nurəngiz Günün şeirlərinin farscaya tərcüməsi
Mükafatları
redaktə- Ziyadar Mükafatı [1] Arxivləşdirilib 2019-12-03 at the Wayback Machine. 2018-ci ildə İmaddədin Nəsimi ilə bağlı TÜRKSOYun "Nəsimi 650" medalı.