Salamanka Universiteti - Wikipedia
Salamanka Universiteti (isp. Universidad de Salamanca) — İspaniyanın Kastiliya-Leon Muxtar Birliyindəki Salamanka şəhərində yerləşən və ölkəsinin ən qədim ali təhsil müəssisəsi.
Salamanka Universiteti | |
---|---|
Universidad de Salamanca | |
40°57′41″ şm. e. 5°40′00″ q. u.HGYO | |
Əsası qoyulub | 1218 |
Tip | Dövlət |
Tələbə sayı | 28,000[1] |
Şəhər | Salamanka şəhəri |
Ölkə | |
Sayt | usal.es |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəSalamanka Universiteti Boloniya, Oksford və Sarbonna ilə yanaşı Avropanın ən qədim universitetlərindən biri hesab edilir.
Digər qədim universitetlər kimi, Salamanka Universiteti də əvvəlcə məbədin nəzdində məktəb kimi fəaliyyətə başlamışdır. Məktəbin adı 1130-cu ildə rəhbərinin Karrionedə qurultayda iştirak etməsi ilə yad edilir.
1218-ci ildə Leon kralı IX Alfons təhsilinin keyfiyyətinə görə məktəbə "Studium Generale" (azərb. "Ümumi məktəb") dərəcəsi vermişdir. Əvvəllər ali məktəblər bu cür adlanırdı. Bu titul təhsil sisteminin müxtəlifliyini, diplomun dəyərini və məktəbin ümumi olmasını ifadə edirdi.
X Alfonsun hakimiyyəti illərində bu müəssisə "ümumi məktəb"dən universitetə çevrilir. Belə ki, bu məktəbə universitet statusunu 1254-cü ildə kral X Alfons vermiş, bir ildən sonra isə bu status Roma papası IV Aleksandr tərəfindən tanınmışdır.
Salamanka Universiteti Avropada özünün kütləvi kitabxanasına malik olan ilk universitetdir. 1255-ci ildə papa IV Aleksandr Salamankanın universitet statusunu tanıyaraq ona özünün mətbəəsinə malik olma hüququ, məzunlarına isə hər yerdə müəllimlik etmək hüququ verdi.
Salamanka Universiteti öz binasına malik olana qədər iki əsr ötmüşdür. İlk dövrlərdə isə dərslər Müqəddəs Benito kilsəsinin Köhnə məbədində və digər yerlərdə keçirilirdi. Universitetin özünün ilk binası isə Müqəddəs Varfolemey kolleci olmuşdur. Binanın əsasını Diyeqo de Anayya Maldonado qoymuşdur.
XV əsrin əvvəllərində Gtoledo arxiyepiskopu kasıb tələbələr üçün kolleclər yaratmağı təklif etmiş və tezliklə bu arzusunu gerçəkləşdirərək tələbə yataqxanasına müqəddəs Varfolemeyin adını vermişdi. Sonralar universitetin ərazisində bu tipli daha bir neçə bina tikilmişdi.
Salamanka Universiteti 21 may 1852-ci ilə qədər papa universiteti statusu daşımış, həmin gün burada kilsə fakültələri ləğv edilmişdi.
25 sentyabr 1940-cı ildə papa XII Piy tamamilə başqa və müstəqil universitet olan Salamanka Papa Universitetində teologiya və kanonik hüquq fakültələrinin fəaliyyətini bərpa etdirmişdi.
Xarici əlaqələri
redaktəKoimbra qrupunun üzvüdür.[3]
Həmçinin bax
redaktəMənbə
redaktə- Məşhur universitetlər: İspaniyanın ən qədim ali təhsil ocağı — Salamanka, "Təhsil işçisi" qəzeti, 01.10.2014, № 23 (99), səh. 8. (az.)
İstinadlar
redaktə- ↑ University of Salamanca. "Estudiantes" (Spanish). 2009-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-09-15.
- ↑ 1 2 Directory of Open Access Journals. 2003.
- ↑ "CG Member Universities 2014" (PDF). Coimbra Group. 2014-04-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10.10.2015.
Xarici keçidlər
redaktə- usal.es — Rəsmi saytı