Sadiq Hesenzade - Wikipedia
Sadıq Həsən oğlu Həsənzadə (1906, Bakı – 1979, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1958).
Sadıq Həsənzadə | |
---|---|
Sadıq Həsən oğlu Həsənzadə | |
Fayl:Sadıq Həsənzadə.jpg | |
Digər adı | Həsən Qara |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya İmperiyası AXC SSRİ |
Fəaliyyəti | Aktyor |
IMDb | ID2957008 |
Həyatı
redaktəƏməkdar artist olub. Gəncə teatrının qüdrətli xarakterlər ustası kimi şöhrət qazanıb. Otuz ılə yaxın Gəncə teatrında işləyib və yaşlı vaxtlarında Sumqayıt teatrında, "Azərbaycanfilm" studiyasında çalışıb.
Gəncə teatrında ifa etdiyi əsas rollar: Elxan və Yanardağ, Uryadnik, Şərif və Aftil ("Od gəlini", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Vəli ("Bahar", Məmmədhüseyn Təhmasib), Qurbanov, Mirzə Qərənfil ("Aşnalar" və "Xoşbəxtlər", Sabit Rəhman), Əbdək ("Nizami", Mehdi Hüseyn), Nüsrət ("Qatır Məmməd", Zeynal Xəlil), Montano və Yaqo ("Otello", Vilyam Şekspir), Hacı Qara, Xan ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Zeynəboğlu ("Vəfa", Rəsul Rza), Dev ("Məlik Məmməd", Əyyub Abbasov), Rzaqulu ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Şapur, Qacar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Xacə Süleyman ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Ağasəlim ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Tahir ("Xəyanət", Həsən Bicari və Qulamrza Cəmşidi), Qənbərov ("Günəş", Lütfəli Həsənov), Qulam ("Vicdan", Bəxtiyar Vahabzadə), Cjou Pu Yuan ("Tufan", Tsao Yuy), Əfrasiyab ("Səyavuş", Hüseyn Cavid), Cönendro ("Qanq qızı", Rabindranat Taqor), Tumacov ("Kişilər", Altay Məmmədov), Ömər ("Şücayət qəbul edilmir", Toktobolat Əbdülmöminov), Farsadan ("Tariyel", Məmmədəli Nəsirov), Sarvan ("Kəndçi qızı", Mirzə İbrahimov), komissar ("Anacan", Yusif Əzimzadə), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Milton Sterlinq ("Sarı əlcək", Əfqan Əsgərov), Dərviş ("Nəsrəddin", Yusif Əzimzadə), Kazım ("Ürək yanarsa...", Teymur Məmmədov), Mark Tuysk ("Azmış oğul", Eqon Rannet), Yanar ("Ürək sevərsə... ", Əlyar Yusifli), Braun ("Üç qəpiklik opera", Bertolt Brext).
Filmoqrafiya
redaktə- Azərbaycan naminə (film, 2005)
- Bayquş gələndə... (film, 1978)
- Bir cənub şəhərində (film, 1969)
- Biri vardı, biri yoxdu... (film, 1967)
- Dənizə çıxmaq qorxuludur (film, 1973)
- Dörd bazar günü (film, 1975)
- Firəngiz (film, 1975)
- Gecə söhbəti (film, 1971)
- Həyat bizi sınayır (film, 1972)
- Xoşbəxtlik qayğıları (film, 1976)
- İki dəfə iki (film, 1973)
- Qanun naminə (film, 1968)
- Qatır Məmməd (film, 1974)
- Qayınana (film, 1978)
- Qızıl qaz (film, 1972)
- Mezozoy əhvalatı (film, 1976)
- Nəsimi (film, 1973)
- O qızı tapın (film, 1970)
- Od içində (film, 1978)
- Putyovka (film, 1975)
- Səmt küləyi (film, 1973)
- Tütək səsi (film, 1975)
- Var olun, qızlar... (film, 1972)
- Yeddi oğul istərəm... (film, 1970)