Sabir Huseynov - Wikipedia
Sabir Hüseynov (16 aprel 1928, Bakı – 20 noyabr 2015) — Azərbaycan çempionu (1954), əməkdar məşqçi, ümumittifaq dərərəcəli hakim.
Sabir Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 16 aprel 1928 |
Doğum yeri | |
Vəfat tarixi | 20 noyabr 2015 (87 yaşında) |
İdman növü | boks |
Həyatı
redaktəSabir Hüseynov 1967–1992-ci illərdə yığma komandanın baş məşqçisi olub.[1]
Fəaliyyəti
redaktəSabir Hüseynov XX əsrin adlı-sanlı pəhləvanlarından idi. Onun idmançı kimi yetişməsində əməkdar məşqçi, ümumittifaq dərəcəli hakim İsmayıl Əhmədov olmuşdur. 1954-cü ilin martında Y. M. Çumakovun rəhbərliyi ilə Bakıda xüsusi hazırlıq seminarından sonra, mart ayının 25–28-i arası ilk Azərbaycan çempionatı keçirilmiş, Sabir Hüseynov, Alkivarid Pavlidi, Muxtar Dadaşov, İslam Hümbətov ilk Azərbaycan çempionu adına layiq görülmüşlər.[1]
1954-cü ilin aprel ayının 3–8-də Xarkov şəhərində keçirilən SSRİ çempionatında Sabir Hüseynov və Alkivarid Pavlidi də iştirak etmişdir. Sabir Hüseynov 60 kq çəki dərəcəsində fəxri kürsün II pilləsinə yüksələrək gümüş mükafata layiq görülmüşdür. Azərbaycan güləşinin inkişafında böyük xidmətləri olan, dörd növ üzrə (yunan-roma, sərbəst, milli güləş və sambo) idman ustası Sabir Hüseynovun bu nailiyyəti Azərbaycan üçün ən yüksək nəticə idi.[1]
Sambo güləşi üzrə yığma komandanın rəsmi beynəlxalq yarışlara məqsədyönlü hazırlığında, qazanılan uğurlarda Sabir Hüseynovun böyük əməyi vardır.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Sambo güləşinin meydana gəlməsi və inkişaf tarixi" (az.). sambo.az. 2015. 2016-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-04.