Ssri De Mecburi Kocurulmeler - Wikipedia
SSRİ-də məcburi köçürülmələr — Sovet İttifaqında əhalinin məcburi köçürülmələri dedikdə Sovet İttifaqında anti-sovet və ya anti-kommunist hərəkatlar içində olub, "fəhlə sinfinin düşmənləri" hesab edilən şəxslərin və ya qrupların, müxtəlif iş növlərində əmək gücü olaraq istifadə edilmək üçün ehtiyac olan yerlərə köçürülmələri və dövlət idarəsi tərəfindən planlanan köçürülmələr nəzərdə tutulur.
Təsirləri
redaktəSürgün edilən şəxslər və ya qruplar, bəzi hallarda isə bütöv millətlər əhalinin az olduğu yerlərə köçürülürdülər. Dövlət tərəfindən birbaşa idarə olunan bu məcburi köç siyasətinə təxminən 6 milyon insanın daxil olduğu təxmin edilir.[1][2] Bəzi mənbələr isə bu siyasət nəticəsində 1 milyon şəxsin həyatını itirdiyini bildirir.[3][4]
II Dünya müharibəsində Qızıl Ordunun girdiyi bölgələrdə, xüsusilə də Nasist Almaniyasını dəstəkləyən bölgələrə güclü köç dalğaları olmuşdur.
Qalereya
redaktə-
Köç illərinə aid olan və abidə halına salınan qatar.
-
Qızıl Ordu tərəfindən köçürülən müharibə əsiri polyaklar.
-
Krım tatarlarının sürgün edilməsinə həsr olunmuş abidə.
-
II Dünya müharibəsi illərində Bessarabiya və Bukovinayaya Qızıl Ordu qüvvələrinin daxil olmasından sonra sürgün etdirilən rumınlər.
İstinadlar
redaktə- ↑ Naimark, Norman M. Stalin's Genocides (Human Rights and Crimes against Humanity). Princeton University Press, 2010. s. 131.
- ↑ Rosefielde, Steven (2009). Red Holocaust. Routledge. s. 84.
- ↑ Rosefielde, Steven (2009). Red Holocaust. Routledge. s. 83.
- ↑ Polian, Pavel (2004). Against Their Will: The History and Geography of Forced Migrations in the USSR. Budapest: Central European University Press