Sengecal Karvansarasi - Wikipedia
Səngəçal karvansarası — orta əsrlər dövrünə aid olan karvansara. Karvansara Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşir. Bakıdan 45 km cənubda yerləşən karvansara Bakı-Salyan yolu üzərində qərarlaşır. XIX əsrdə karvan yollarının əhəmiyyətini itirməsi ilə karvansara fəaliyyətini dayandırmışdır.
Səngəçal Karvansaray | |
---|---|
40°13′ şm. e. 49°30′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Səngəçal |
Aidiyyatı | Şirvanşahlar |
Tikilmə tarixi | 1439-40 illər |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyəsiz |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Səngəçal karvansarasında qonaq və xidmətçilər üçün otaqlar, həmçinin yardımçı təsərrüfat tikililərinə sahibdir. Tikili dördbucaqlı formada inşa edilmişdir. İki mərtəbəlidir. Binanın pəncərələri, dekor elementləri, tikili quruluşu onu bir istehkama bənzədir. Bina mişar daşından inşa edilmişdir Binanın fasadında olan kitabədə karvansaranın şirvanşah I Xəlilullahın göstərişi ilə 1439–40-cı illərdə inşa edilməsi qeyd olunur.
Hal-hazırda baxımsız qalaraq[1], əsaslı bərpaya ehtiyacı var.[2]
Səngəçal karvansarası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi reyestrə daxil edilib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən 2022-ci ildə bildiriblər ki, ölkə əhəmiyyətli memarlıq abidəsi olan bu karvansaranın bərpa olunaraq, istifadə olunması məsələsi diqqətdə saxlanılır: “Dövlət Xidmətinin rəhbərliyi də həmin abidədə olub, tarixi tikilinin mühafizəsi və gələcək nəsillərə tam şəkildə çatdırılması üçün müvafiq addımların atılacağını bildirib. Onu da qeyd edək ki, abidə bərpa olunması üçün investisiya planına salınıb. Vəsait ayrıldıqdan sonra bərpa işlərinə başlanılacaq".[3]
Şəkillər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Bakının görünməyən yerləri - Səngəçal karvansarası". Meydan TV (az.). 2019-07-10. İstifadə tarixi: 2024-10-19.
- ↑ Cəfərli, Könül. "Yox olmaq üzrə olan tarixi abidə: Səngəçal karvansarası niyə baxımsız haldadır? - FOTO". Oxu.az (az.). İstifadə tarixi: 2024-10-19.
- ↑ "Səngəçal karvansarası bərpa üçün investisiya planına salınıb". ikisahil.az (az.). 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-19.