Semed Agaoglu - Wikipedia
Ağaoğlu Səməd Əhməd bəy oğlu (1909 və ya 22 aprel 1909[1], Bakı – 6 avqust 1982[2][1], İstanbul) — yazıçı, publisist və Türkiyənin dövlət və siyasi xadimi olmuşdur. Üç dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş, baş nazirin müavini, dövlət naziri olmuşdur.[3]
Səməd Ağaoğlu | |
---|---|
türk. Samet Ağaoğlu | |
6 dekabr 1954 – 8 fevral 1958 | |
Əvvəlki | Fəthi Çəlikbaş |
Sonrakı | İbrahim Sıtkı Yırcalı |
11 noyabr 1952 – 8 aprel 1953 | |
Əvvəlki | Nuri Özsan |
Sonrakı | Xeyrəddin Ərkmən |
5 iyun 1950 – 10 noyabr 1952 | |
Əvvəlki | Nihat Ərim |
Sonrakı | Fatin Rüştü Zorlu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1909 və ya 22 aprel 1909[1] |
Doğum yeri | |
Vəfat tarixi | 6 avqust 1982[2][1] |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, siyasətçi |
Atası | Əhməd bəy Ağaoğlu |
Həyat yoldaşı |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və siyasi fəaliyyəti
redaktəSəməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlmiş, hələ körpə ikən atasının Türkiyəyə mühacirəti ilə ömrünü, taleyini bu ölkəyə bağlamalı olmuşdur. Ankarada hüquq fakültəsini bitirdikdən sonra bir müddət Strasburqda işləmişdir. Bu illərdə yaradıcılığa başlamış, ilk qələm təcrübələrini sınaqdan keçirmişdir. Sonralar Fransada keçən illərini "Strasburq xatirələri" adlı kitabında əks etdirmişdir. Türkiyəyə döndükdən sonra bir sıra mühüm dövlət işlərində çalışmış, millət vəkili] seçilmiş, nazir vəzifəsi tutmuşdur. Siyasi baxışlarına görə bir müddət həbsdə yatmış, azadlığa çıxdıqdan sonra ömrünün sonlarına qədər bədii-publisistik yaradıcılıqla məşğul olmuşdur.
1960-cı ildə Calal Bayar — Adnan Menderes işinə görə, yəni 1960-cı il, 27 may dövlət çevrilişi ilə əlaqədar ömürlük həbs cəzasına məhkum olunmuş, 1964-cü ildə amnistiyaya buraxılmışdır. Ağaoğlu Səməd Əhmədbəy oğlu 1967-ci ildə ulularının vətəni Azərbaycanı ziyarət etmişdir.[4]
Yaradıcılığı
redaktəSəməd Ağaoğlunun bədii irsi əsasən 1944–1965-ci illər arasında nəşr olunmuş "Strasburq xatirələri", "Hürriyyət", "Öyrətmən Qafur", "Böyük ailə", "Hücrədəki adam", "Qatırın ölümü" adlı məcmuələrdə toplanmışdır. Bundan əlavə, onun on beşə qədər kitabi çap olunmuşdur ki, ("Tanış izlər", "Dostum Menderes", "Sovet Rusiya Imperatorluğu", "İki partiya arasında fərqlər", "Demokrat partiyasını doğuluş və yüksəliş səbəbləri", "Qüvveyi-milliyyə ruhu" və s.) bunlar başlıca olaraq ədəbi-tənqid, siyasi-hüquqi araşdırmalar, xatirələr və səyahətnamələrdən ibarətdir.
Səməd Ağaoğlu dəmir pərdənin hökm sürdüyü ən çətin dövrdə — 1967-ci ildə Azərbaycana gəlmiş, "Sovet Rusiya İmperatorluğu" kitabının fəsillərindən birini doğma vətəninə həsr etmişdir.
Səməd Ağaoğlunun yaradıcılığında xüsusi yer tutan və bu gün Azərbaycan ədəbi-nəzəri fikri üçün aktuallıq kəsb edən əsərləri atası Əhməd bəy Ağaoğlu haqqında xatirələridir. "Atamı xatırlarkən" və "Atamın dostları" adlı iki kitabdan ibarət bu xatirələr Türkiyədə nəşr olunmuşdur.
Ölümü
redaktəSəməd Ağaoğlu 1982-ci ilin avqust ayının 6-da, 73 yaşında dünyasını dəyişmişdir.
Ailəsi
redaktəƏhməd bəy Ağaoğlunun oğludur.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 3 4 WorldCat Entities (ing.). OCLC, Inc., 2022.
- ↑ 1 2 Bibliothèque nationale de France Samet Ağaoğlu // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ "Görkəmli Azərbaycanlılar" (PDF). 2019-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-06-18.
- ↑ "Səməd Ağaoğlu". 2019-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.