Selime Rustemova - Wikipedia
Səlimə Rüstəm qızı Rüstəmova (1923, Xıdırlı, Ağdam rayonu – 16 avqust 1998, Bakı) — maarif xadimi, müəllimə, Azərbaycan SSR Ali Sovetinin deputatı.
Səlimə Rüstəmova | |
---|---|
Səlimə Rüstəm qızı Rüstəmova | |
Doğum tarixi | 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 16 avqust 1998 |
Vəfat yeri | |
Fəaliyyəti | pedaqoq |
Həyatı
redaktəSəlimə Rüstəm qızı Rüstəmova 1923-cü ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. İlk təhsilini Xıdırlı kənd məktəbində almışdır. O, 1938–1940 illərdə Ağdam pedaqoji məktəbdə oxumuş, 1948–1950 illərdə Ağdam Dövlət Müəllimlər İnstitutunda təhsil almışdır.
Səlimə Rüstəmova 1940-cı ildən pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, Ağdam şəhər 1 nömrəli orta məktəbdə, Ağdam şəhər 8 nömrəli orta məktəbdə ibtidai sinifdən dərs demişdir.
Səlimə Rüstəmova 1948-ci ilin yanvar ayında Ağdam şəhər zəhmətkeş deputatları Sovetinə deputat seçilmişdir. O, 1951-ci ildə Boyəhmədli seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.
Səlimə Rüstəmova 16 avqust 1998-ci ildə Bakıda vəfat etmişdir.
Ailəsi
redaktəAtası — Rüstəm Qulu oğlu Rüstəmzadə (1906–1943) Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsində, Füzuli rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışmış və 1941–1943 illərdə Ağdam rayon Partiya Komitəsinin ikinci katibi işləmişdir.
Anası — Gülxar Əliyeva-Rüstəmzadə (1908–16.03.1986) ötən əsrin əvvəllərində "Əbilov adına klub"da təşkil edilən "Savad kursu"nda təhsil almışdır. Ağdam şəhər uşaq bağçasının müdirəsi işləmiş, dövlət ticarət sahəsində çalışmışdır.
Bacıları — Saimə xanım, Qənirə xanım
Qardaşları — Sabir Rüstəmov, Akif Rüstəmov
Həyat yoldaşı — Hüseyn Hüseynov uzun illər Ağdam rayon maliyyə şöbəsinin müdiri işləmişdir.
Övladları — Kamilə, Yaşar, Fəxrəddin
Mənbə
redaktə- Orxan Zakiroğlu (Baharlı). Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883–1993). I kitab. Bakı, 2016
- Orxan Zakiroğlu (Baharlı). Ağdamda təhsil (1883–1993). I kitab. Bakı, 2018