Sefevilerin Avropa Sefareti 1609 1615 - Wikipedia
Səfəvilərin Avropa səfarəti (1609–1615) — Səfəvi şahı Şah I Abbas tərəfindən 1609-cu ildə Avropaya göndərilmiş elçilik nəzərdə tutulur. Diplomatik nümayəndə heyətinin göndərilməsində məqsəd Osmanlı imperiyasına qarşı Avropa dövlətlərinin dəstəyini qazanmaq idi. Heyətə ingilis olan Robert Şirli rəhbərlik etmişdir.[1]
Arxa plan
redaktəSəfəvi imperiyası artıq bir əsrə yaxın idi ki, Osmanlı imperiyası ilə müharibə vəziyyətində idi, beləliklə onlar Osmanlı imperiyasına qarşı Avropanın dəstəyini qazanmaq üçün cəhd etmək qərarına gəldilər.[2] Ərazi üzərində düşmənlikdən əlavə olaraq, Osmanlı ilə Səfəvi imperiyaları arasında dini zəmində olan düşmənçilik də mövcud idi. Beləki, Səfəvi imperiyası şiəliyin müdafiəçiləri kimi çıxış edirdilərsə, Osmanlı imperiyası da sünniliyin müdafiəçiləri kimi çıxış edirdilər.[3] Səfəvilər xüsusilə Katolik Avropanın (Habsburqlar, İtaliya və İspaniya) dəstəyini qazanmaqla, Fransa-Osmanlı yaxınlaşmasını balanslamaq niyyətində idilər. Bu zaman Səfəvi imperiyası Osmanlı imperiyası ilə müharibə vəziyyətində idilər. Bu müharibə 1603–1618-ci illərdə davam etmişdir. Bu səfarət heyəti Səfəvilərin 1599–1602 Avropa səfarətinin ardı mahiyyətindədir.
Elçilik
redaktəSəfarət heyəti Krakov, Praqa, Florensiya, Roma, Madrid, Londona getdikdən sonra, Səfəvi imperiyasına Böyük Moğol imperiyası vasitəsiylə geri döndülər.[4] Robert Şirli Osmanlı imperiyası ilə davamlı toqquşma halında olan bu ölkələrdə çox yaxşı qarşılandı. Krakovda onun şərəfinə qonaqlıq verildikdən sonra, Praqada cəngavər elan edilmişdi.[1] Bundan başqa, Müqəddəs Roma imperatoru II Rudolf tərəfindən 1609-cu idə Palatin-Qraf elan edildi.[1] Bundan sonra heyət öz fəaliyyətini davam etdirərək Florensiyaya, Milana və Romaya getdi. Romada Papa V Paul tərəfindən qəbul edildikdən sonra İspaniyaya getdilər.[5]
1611-ci ildə Şirli İngiltərəyə çatdı, lakin Levant şirkəti ona qarşı müxalifət təşkil etdi. Çünki bu şirkətin Osmanlılarla böyük mənfəətləri mövcud idi.[1]
Bundan sonra Şirli dəniz yolu ilə Ümid burnundan keçərək, Hindistanda quruya çıxdılar. Hind çayının okeanla birləşdiyi yerdə quruya çıxan Şirliyə qarşı portuqaliyalıların sui-qəsd cəhdi oldu, lakin bundan sağ çıxmağı bacaran Şirli arvadı ilə birlikdə 1615-ci ildə İsfahana çata bildi. Onun səfarət heyətinə daxil olanların hamısı isə yolda olarkən sui-qəsdlə zəhərlənərək öldürülmüşdülər.[1]
Nəticə
redaktə1616-cı ildə Şərqi Hind şirkəti ilə Şah Abbas arasında ticarət müqaviləsi imzalandı. Bundan sonra 1622-ci ildə İngilis-Səfəvi birləşmiş qüvvələri portuqal və ispanları İran körfəzindən qovub çıxardılar.[6] Bu, Hörmüzün geri qaytarılması ilə mümkün oldu.[4]
Hörmüzün ələ keçirilməsi Ost-Hind şirkətinə Səfəvilərlə ticarəti inkişaf etdirmək üçün münbit şərait yaratdı. İngilislər hazır geyimləri və digər məmulatları ipəklə dəyişdirirdilər. Lakin bəzi çətinliklər hələ də qalmaqda idi. İngilis macəraçı Robert Şirli də bu ticarət əlaqələrinin inkişafında maraqlı idi.[7]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Olson, 1996. səh. 1005
- ↑ Le Strange, 2004. səh. 2
- ↑ Khair, 2005. səh. 173
- ↑ 1 2 Maquerlot, 1996. səh. 17
- ↑ Rosalind Jones, Ann. Renaissance clothing and the materials of memory. səh. 55. 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-13.
- ↑ Badiozamani, 2005. səh. 182
- ↑ George Robert Gleig. The History of the British Empire in India. 1. Murray. 1830. səh. 346. 2023-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-13.
Mənbə
redaktə- Guy Le Strange, Juan de Persia Don Juan of Persia: A Shi'ah Catholic 1560–1604 Routledge, 2004 ISBN 0-415-34488-3
- Tabish Khair, Martin Leer, Justin D. Edwards, Hanna Ziadeh, Amitav Ghosh Other routes: 1500 years of African and Asian travel writing Indiana University Press, 2005 ISBN 0-253-21821-7
- Jean-Pierre Maquerlot, Michèle Willems Travel and drama in Shakespeare's time Cambridge University Press, 1996 ISBN 0-521-47500-7
- Badi Badiozamani, Ghazal Badiozamani Iran and America: Re-Kindling a Love Lost East West Understanding Pr., 2005 ISBN 0-9742172-0-4
- James Stuart Olson, Robert Shadle Historical dictionary of the British empire Greenwood Publishing Group, 1996 ISBN 0-313-29367-8