Suleyman Qasimov - Wikipedia
Süleyman Mehrəli oğlu Qasımov (26 dekabr 1961, Faxralı, Bolnisi rayonu) — Azərbaycanın iqtisad elmləri doktoru, pofessor, SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvü, "Petkim"in İdarə Heyətinin sədri (iyul 2023 - noyabr 2023),[1]Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad üzrə Ekspert Şurasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti (2006–2023).[2][3][4], Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin iqtisadi məsələlər üzrə müşaviri.[5]
Süleyman Qasımov | |
---|---|
2006 – 2023 | |
Vəzifədədir | |
2023-cü ildən | |
Vəzifədədir | |
2023-cü ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 dekabr 1961 (62 yaş) |
Doğum yeri | |
Partiya | Yeni Azərbaycan Partiyası |
Təhsili | Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyası |
İxtisası | Iqtisadçı |
Uşağı |
|
Dini | İslam |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | iqtisad elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Respublikası Dövlət Neft Şirkəti |
|
|
Təltifləri |
Həyatı
redaktəQasımov Süleyman Mehrəli oğlu 26 dekabr 1961-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.[6]
Fəaliyyəti
redaktə1982–1991-ci illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, iqdisadçı, baş mühasibin müavini, baş mühasib) çalışmışdır. 1991–2003-cü illərdə "Azərineft" Neft və Qazçıxarma Baş İdarəsinin "Xəzərdənizneftqaz", "Dənizdə neft və qazçıxarma" İstehsalat Birliklərinin baş mühasibi vəzifəsində işləmişdir. 2004–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş Ofisində İqtisadiyyat və Uçot İdarəsinin şöbə rəisi, idarə rəisinin müavini, idarə rəisi olmuşdur.
2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidentidir.
2022-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan "Petkim Petrokimya Holding AŞ"nin ("Petkim") İdarə Heyətinin sədridir.[7][8]
28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib.[9]
31 iyul 2023-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin iqtisadi məsələlər üzrə müşaviri təyin edilmişdir.[10][11][12]
SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvüdür. İqtisad elmləri doktorudur, 1 elmi əsər, 15-dən çox elmi məqalə müəllifidir.
Medal və ordenləri
redaktə- 2006-cı ildə "Tərəqqi" medalına layiq görülmüşdür.
- 2011-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[13]
- İstehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə görə, Azərbaycan Respublikası Prezidentinin əmri ilə, II dərəcəli “Əmək ordeni” ilə təltif edilib.
İstinadlar
redaktə- ↑ ""Petkim"in İdarə Heyətinə yeni rəhbər təyin olundu". 2023-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ "Süleyman Qasımov Vitse-prezident". 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse prezidenti". 2023-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ "Süleyman Qasımov: "SOCAR daima dövlətin maraqlarını qoruyub"". 2023-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ "Süleyman Qasımov müşavir təyin edildi - SOCAR-da dəyişiklik". 2023-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-02.
- ↑ "Süleyman Mehralı oğlu Qasımov (iqtisad elmləri doktoru, professor)". 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ ""Petkim"in İdarə Heyətinə yeni rəhbər təyin olunub". 2023-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ "Petkim yönetim kurulu, görev dağılımını gerçekleştirdi. Yönetim Kurulu Başkanlığına Socar Turkey temsilcisi Süleyman Gasımov getirildi". 2023-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ "S.M.Qasımovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
- ↑ Rövşən Nəcəf Süleyman Qasımovu özünə müşavir təyin etdi[ölü keçid]
- ↑ "Süleyman Qasımova SOCAR-da yüksək vəzifə verildi". 2023-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-02.
- ↑ "SOCAR-ın eks-vitse-prezidentinə yeni vəzifə verildi". 2023-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-02.
- ↑ "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
Xarici keçidlər
redaktə- Suleyman Gasimov: 'Debts don't pose any problem to SOCAR'
- Suleyman Gasimov: SOCAR doesn't own bank and leisure center in Montenegro
- Suleyman Gasimov VP:Economic Issues, State Oil Co of Azerbaijan Rep
- Süleyman Gasimov Yönetim Kurulu Başkanı
- ARDNŞ Türkiyənin "Petkim" neft-kimya kompleksinin alınması üçün əldə etdiyi kreditin ödəniləcəyi müddəti açıqlayıb