Rusiya Xalqlar Dostlugu Universiteti - Wikipedia
Rusiya Xalqlar Dostluğu Universiteti (rus. Российский университет дружбы народов) — Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən dövlət ali təhsil müəssisəsi. Ölkənin ən məşhur ali təhsil müəssisələrindən biri hesab edilir.
Rusiya Xalqlar Dostluğu Universiteti РУДН | |
---|---|
Российский университет дружбы народов | |
55°39′04″ şm. e. 37°30′18″ ş. u.HGYO | |
Əsası qoyulub | 5 fevral 1960 |
Tip | Dövlət |
Tələbə sayı | 25000-dən çox[1] |
Şəhər | Moskva şəhəri |
Ölkə | |
Sayt | rudn.ru |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBu universitet 5 fevral 1960-cı ildə sovet hökuməti tərəfindən təsis edilmişdir. 1961-ci il fevralın 22-də isə universitetə Afrika xalqının müstəqillik uğrunda mübarizə simvollarından biri olan Patris Lumumbanın adı verilmişdir.
47 ölkədən olan ilk 288 tələbə 1965-ci ildə universiteti bitirmişdir. Həmin il "Şən və Hazırcavablar Klubu" adlanan beynəlxalq tələbə komandalarının yarışması məhz burada təşkil edilmişdir. "Şən və Hazırcavablar Klubu" sonralar ölkənin ən məşhur komandalarından biri olur.
Artıq 1975-ci ildə universitetin 5600-dən çox məzunu var idi. Onlardan 4250 məzun 89 xarici ölkədən idi. Həmin il universitet Asiya, Afrika və Latın Amerikası ölkələri üçün mütəxəssislərin hazırlanması xidmətinə görə "Xalqlar Dostluğu" ordeni ilə təltif edilir.
5 fevral 1992-ci ildə universitetin adı dəyişdirilərək Rusiya Xalqlar Dostluğu Universiteti adlandırılır. Universitet Rusiya Federasiyası Hökuməti tərəfindən təsis edilir.
Mövcud vəziyyəti
redaktəHazırda Rusiya Xalqlar Dostluğu Universiteti Rusiyanın ali təhsil müəsissələri arasında olan lider dövlət müəssisələrindən biridir. Rusiya Xalqlar Dostluğu Universiteti dünyada yeganə universitetdir ki, hər il 140 ölkənin tələbəsini burada birləşdirir.
Universitetin dünyanın klassik universitetlərinə tipik olan, dünyanın klassik universitetləri üçün çoxsahəli strukturlu fakültələri və ixtisasları var. Eyni zamanda, 77 mindən çox məzunu 170 ölkədə çalışır. Onlardan 5500-dən çoxu elmlər namizədi və elmlər doktorudur.
Hazırda 140 ölkədən olan 25 mindən artıq tələbə və aspirant universitetdə təhsil alır. Onlar 450-dən çox milləti və dünya xalqını təmsil edir.
Universitet, eyni zamanda, məşhur elmi-tədqiqat mərkəzidir. Bu komandanın 4500 işçi heyəti var, onlardan 2200-ü yüksək ixtisaslı müəllimdir. Faktiki olaraq, universitetin elmi tədqiqatlarının bütün sahələrinə aid 870-dən çox müəlliflik şəhadətnaməsinin ixtirası və Rusiya Federasiyasının 150 patenti Universitetin İntellektual Fonduna daxildir.
Reytinqi
redaktəUniversitet fəaliyyət göstərdiyi dövr ərzində bütün dünyada böyük elmi-tədqiqat mərkəzi kimi tanınmışdır. Uzun müddətdir ki, Rusiyanın ən yaxşı təhsil müəssisələrinin beşliyinə daxildir.
Fəxri professorları
redaktəBir çox xarici və rus siyasi və ictimai xadimləri, görkəmli alimlər Rusiya Xalqlar Dostluğu Universitetinin fəxri professorudur. Onların arasında Namibiyanın, Anqolanın, Şrilankanın, Cənubi Afrika Respublikasının, Qabonun və Nigeriyanın prezidentlərini, Banqladeşin, Qazaxıstanın baş nazirlərini, Birləşmiş Millətlər Təşkilatının təhsil, mədəniyyət və elm üzrə baş icraçı direktoru, SEPES-in direktorunu göstərmək olar.
Məşhur məzunları
redaktəBuranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Mahmud Abbas – Fələstin Azadlıq Təşkilatının rəhbəri;
- Xamenei[3][4] – İranın 2-ci Ali Rəhbəri.
Mənbə
redaktə- Məşhur universitetlər: Dünyanın 140 tələbəsini özündə birləşdirən universitet, "Təhsil işçisi" qəzeti, 01.05.2014, № 10 (86), səh. 8. (az.)
İstinadlar
redaktə- ↑ "РУДН в цифрах|РУДН - Российский университет дружбы народов". 2015-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-14.
- ↑ 1 2 Directory of Open Access Journals. 2003.
- ↑ Garver, John W. China And Iran: Ancient Partners in a Post-Imperial World. University of Washington Press. 2006. səh. 100. ISBN 978-0-295-98631-9. 17 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 January 2013.
- ↑ Berman, Ilan. Tehran Rising: Iran's Challenge to the United States. Maryland: Rowman & Littlefield. 2005. səh. 12. ISBN 978-0-7425-4904-3. 2022-03-17 tarixində arxivləşdirilib.
Xarici keçidlər
redaktə- rudn.ru — Rəsmi saytı