Robert Ouen - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Robert Ouen (14 may 1771[2][3][…] – 17 noyabr 1858[2][3][…]) — İngilis utopik sosialisti.
Robert Ouen | |
---|---|
ing. Robert Owen | |
Doğum adı | Robert Marcus Owen |
Doğum tarixi | 14 may 1771[2][3][…] |
Vəfat tarixi | 17 noyabr 1858[2][3][…] (87 yaşında) |
Elm sahələri | biznes[1], menecment[1], iqtisadiyyat[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRobert Ouen Cənubi İngiltərənin kiçik bir şəhərində anadan olmuşdur, 8 yaşına qədər aldığı təhsillə kifayətlənmişdir. 20 yaşında ikən Mançestrdə fabrik müdiri olur. Mançestr ədəbiyyat-fəlsəfə cəmiyyətinə daxil olur. 1800-cü ildən Şotlandiyanın Nyu-Lenark şəhərində fabrik müdiri olur. O, cəmiyyətin dəyişdirilməsi ideyasını tarixdən kənar həqiqət kimi başa düşürdü. Burada Xarakterin təşəkkülü üçün yeni institut təşkil edir. 1816–1825-ci illərdə Amerikada "Yeni harmoniya" adlı icma təşkil edir. Lakin icma dağılır.
R. Ouen "Cəmiyyətə yeni baxış və ya xarakterin formalaşmasına dair təcrübələr", "Yeni əxlaq dünyası haqqında mühazirələr", "İnsanın yer üzərində yeni yaşayışı" və d. əsərlərinin müəllifidir.
R. Ouenin pedaqoji sahədə böyük xidməti ondan ibarətdir ki, o, uşaqların ictimai tərbiyəsi və təlimin məhsuldar əməklə birləşdirilməsi ideyasını irəli sürməklə, onu elmi cəhətdən əsaslandırmaqla kifayətlənməmiş, öz ideyalarını praktikada həyata keçirmişdir.
R. Ouen özünün Nyu-Lenarkdakı böyük xidmətini gənc nəslin tərbiyəsi və fəhlələrin xarakterini yenidən tərbiyə etmək uğrunda apardığı islahatda görürdü.
R. Ouen ağıllı, düşüncəli, texniki cəhətdən savadlı, gözəl adətlərə və meyillərə malik, bir-birilə dost, sahibkarlara xeyirxah münasibət bəsləyən yeni fəhlələr tərbiyə etmək. Yetkin fəhlə kollektivi yaratmaq istəyirdi. O, uşaqların da həmin ruhda böyüməsinə çalışırdı. R. Ouen əmək tərbiyəsinə də xüsusi yer ayırırdı. Uşaqlar kiçik yaşlarından böyüklərin əmək fəaliyyəti ilə tanış olur, onu müşahidə edir, onlara bəzi zəruri əmək vərdişləri aşılanırdı.
Nyu-Lenarkda R. Ouen, uşaqların bədii tərbiyəsinə də xüsusi əhəmiyyət verirdi. Nəğmə, musiqi, rəqs, rəsm, nəzakətli davaranış, səliqəli geyim, işin icrasında dəqiqlik, daxili yaşayış qaydalarında və gün rejimində ahəngdarlıq bədii tərbiyə üçün R. Ouenin istifadə etdiyi vasitələr idi. R. Ouenin qəti əmin idi ki, tərbiyə insanlığı ya xeyirxahlığa, ya da şərə aparır. Tərbiyənin yaxşı və ya pis olması tədris olunan fənnlərin məqsədindən, məzmunundan, tətbiq olunan prinsip və metodlardan asılıdır. O, təlim və tərbiyə prosesində tətbiqi, zəruri olan aşağıdakı metodları fəqrqləndirirdi: 1. Yaş xüsusiyyətlərinin nəzərə alınması; 2. Əyanilik; 3. Uşaqların meyil və qabiliyyətlərinin nəzərə alınması; 4. Metodun uşağın təbiətinə uyğunluğu; 5. Mərhəmət və xeyirxahlıq. R. Ouenin məktəblə bağlı tələbləri qəti və olduqca ciddi idi. O, deyirdi ki, məktəbdə: 1. Uşaqları təhqir etməməli və cəzalandırmamalı; 2. Uşaqlara hərbi hazırlığ verməli; 3. Uşaqların sualına dəqiq və aydın cavab verməli; 4. Məşğələlər uşaqları yormamalı; 5. Müsahibə, sual-cavab yolu ilə ancaq dəyərli şeylər öyrədilməli; O xarakterin düzgün təşəkkülü üçün 5 amili irəli sürmüşdür: 1. İnsan orqanizmi ilə xarici şəraitin qarşılıqlı təsiri; 2. Öz iradəsindən asılı olmayaraq hiss və etiqadlarını xarici aləmdən alması; 3. Bu hiss və etiqadların iradə adlandırılması; 4. Nə fitri, nə də sonrakı tərbiyə vasitəsilə iki fərdi tam eyniləşdirməyin mümkün olmaması; 5. Üzvi xəstəliklər müstəsna olmaqla, hər bir uşağın yaşadığı mühitin təsiri ilə ən aşağı və ən ali vücudun təşəkkülü mümkümdür. Ouenin tələbi əsasında İngiltərədə Müəllimlər Seminariyası açılmağa başlamışdır. O ümumi, pulsuz, icbari təhsil olmasını tələb edirdi. O, yalnız öz təhsil tərbiyə müəssisələri üçün deyil, həm də bütün İngiltərə üçün müəllim hazırlığı işinə müsbət təsir göstərmişdir.