Realizm Edebiyyat - Wikipedia
Realizm — Həyat həqiqətinin bədii yaradıcılığın bu və ya digər növünə məxsus spesifik təsvir vasitələrilə əks etdirilməsi.
Ədəbi termin kimi XIX əsrin 50-ci illərindən fransız ədəbiyyatının "realist məktəb" adlanan cərəyan nümayəndələrinin fəaliyyəti sayəsində yayılmağa başlamışdır. Adətən realizmə XIX əsrdə romantizmi əvəz etmiş, naturalizmə, müxtəlif modernist cərəyanlara qarşı yönəlmiş bir cərəyan kimi baxılır. Yaradıcılıq tipləri kimi realizm və romantizm bədii-estetik cəhətdən bir-birinə qarşı durmur, vahid tamın iki cəhətini təşkil edirlər; bədii həqiqət həyat həqiqəti ilə estetik idealın vəhdətində təzahür etdiyindən, adətən, romantik əsərlərdə realist, realist əsərlərdə isə romantik ünsürlər özünü göstərir.
Dünya ədəbiyyatında O. Balzak, Q. Flober, G. Mopassan, Ç. Dikkens, M. Y. Dostoyevski, L. Araqon, P. Neruda və b. realizmin ən görkəmli nümayəndələri hesab olunurlar. Fransada realizm məsumluğun övladı kimi dünyaya gəldi. Elə bu zaman Floberin "Madam Bovari əsəri realizmin ilk nümunələrindən oldu. Ədəbiyyatda bovarizm termini bununla əlaqədərdir
Azərbaycan ədəbiyyatında isə M. F. Axundov, M. Ə. Sabir, N. Vəzirov, C. Məmmədquluzadə, C. Cabbarlının əsərləri realist ədəbiyyatın parlaq nümunələridir.