Carlz Dikkens - Wikipedia
Çarlz Dikkens (ing. Charles Dickens; 7 fevral 1812[1][2][…], Lendport[d], Hempşir qraflığı[d][4][1] – 9 iyun 1870[3][4][…], Qedshil[d], Kent qraflığı[2][4][…]) — Viktoriya dövrü ingilis ədəbiyyatının ən məşhur yazıçı və roman müəlliflərindən biri. Onun romanları və kiçik hekayələri dünya ədəbiyyatının ən məşhur nümunələrindən hesab edilir.
Çarlz Dikkens | |
---|---|
ing. Charles Dickens | |
Doğum adı | Çarlz Con Haffem Dikkens |
Təxəllüsü | Boz |
Doğum tarixi | 7 fevral 1812[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 iyun 1870[3][4][…] (58 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | beyin qansızması[d] |
Dəfn yeri | |
Vətəndaşlığı | Böyük Britaniya |
Milliyyəti | ingilis |
Fəaliyyəti | yazıçı, romançı, jurnalist, ictimai tənqidçi, dramaturq, müəllif, uşaq ədəbiyyatı yazıçısı, redaktor[d], nasir, botanik, hekayə yazıçısı[d] |
Əsərlərinin dili | Britaniya ingiliscəsi |
İstiqamət | realizm |
Janrlar | povest |
Tanınmış əsərləri | |
Çarlz Dikkens Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanınan Çarlz Dikkens ingilis ədəbiyyatında tənqidi realizmin banisi olmaqla yanaşı, həm də tanınmış yumor və satira ustasıdır. Onun yaradıcılığının ilkin dövrünə aid olan "Pikkviks klubunun qeydləri" adlı əsərində patriarxal İngiltərə təsvir olunur. "Oliver Tvistin macəraları" adlı romanında yoxsulların həyatını təsvir edərək şəxsi səadət naminə öz qəhrəmanını maneələrin dəf olunmasına çağırır.[6]
Əsərlərinin əksəriyyəti o dövrün ənənəsinə uyğun olaraq dövrü mətbuatda çap olunmuşdur. O əsərlərini hissə-hissə yazmışdır. Dikkensin əsərləri nəsrinin mükəmməlliyi və xarakterlərin bənzərsizliyi ilə bir çox görkəmli yazıçıların diqqətini cəlb etmişdir.
Həyatı
redaktəÇarlz Dikkensin uşaqlığı sakit bir dövrdə keçmişdir. Dikkens vaxtının çoxunu açıq havada mütaliə etməklə keçirmişdir. Atasının həbs olunmasından bir qədər əvvəl 12 yaşlı Çarlz gündə on saatlıq bir işə başlamışdır. Sonralar o, həyatını avtobioqrafik roman olan "Devid Koperfild"də qeyd etmişdir. 1827-ci ilin mayında Dikkens hüquq bürosunda işə başlamışdır. 1828-ci ilin noyabrınadək burada xidmət göstərmişdir. 1833-cü ildə özünün ilk hekayəsi olan "Qütb gəzintisində nahar"ı Londonda nəşr etdirmişdir. 1836-cı ildə "Boz" təxəllüslü Dikkens özünün ilk romanını — "Pikvik qəzetləri"ni nəşr etdirməyə başlamışdır. Sonralar o, "Oliver Tvist", "Nikolas Niklbay", "Devid Kopperfild" və s. əsərlərini yazmışdır.
2 aprel 1836-cı ildə evlənmişdir. On uşağı olmuşdur. 1842-ci ildə ABŞ və Kanadaya səyahət etmişdir. 1867–1868-ci illərdə yenidən Amerikaya səyahət etmiş və Emerson Fildz və başqaları ilə tanış olmuşdur. 1870-ci ildə vəfat etmişdir.
Yaradıcılığı
redaktəOnun bədii yaradıcılıq üslubu fantastika və realizmin birləşməsindən ibarətdir. Onun yaratdığı surətlər ingilis ədəbiyyatının ən yaddaqalan surətlərindəndir. Əbəs deyildir ki, bir çox yazıçılar onu "ağır artilleriya ustası" adlandırılar. Müəllifin müxtəlif əsərlərində avtobioqrafik elementlərə rast gəlinir.
Ç. Dikkens elə bir yazıçıydı ki, onun zövqü xalqın zövqüylə üst-üstə düşürdü. Ç. Dikkens xalqın istədiyini yazmırdı; o, xalqın istədiyini istəyirdi, – zövqü və istəyi xalqın zövqü və istəyiylə eyniydi deyə yazdıqları da xalqın ürəyindən xəbər verir, zövqünü oxşayırdı, ona görə də sevilirdi.
Ç. Dikkensin yaradıcılığında "İki şəhərin hekayəti" romanı xüsusi yer tutur. Üslubuna, mövzusuna və digər cəhətlərinə görə bu əsər Dikkens yaradıcılığının zirvəsi hesab edilir, başqa sözlə, "İki şəhərin hekayəti" romanı böyük ingilis yazıçısı Ç. Dikkensin şah əsəridir. Əsər 1859-cu ildə yazılıb, romanın əsas mövzusu Böyük Fransa inqilabıdır.
Əsərləri
redaktə- Oliver Tvistin macəraları
- Böyük ümidlər
- Devid Kopperfild
- İki Şəhərin hekayəti
Aforizmlər
redaktə- Nə də olsa ruhlar da dənizlər kimidir; dərinlik ancaq dərinliklərə cavab verir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 SE T. Dickens, Charles John Huffam (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 8.
- ↑ 1 2 3 4 Сильман Т. И., Сильман Т. И. Диккенс // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 2.
- ↑ 1 2 Dickens, Charles. // Encyclopædia Britannica: dictionary of arts, sciences, and general literature 9 1875. C. 7.
- ↑ 1 2 3 4 5 6 Dickens, Charles. // The American Cyclopædia 1879.
- ↑ Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
- ↑ Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik M. J. Manafova, N. T. Əfəndiyeva və S. A. Şahhüseynovanın ümumi redaktəsi ilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010, 876 səh. [ölü keçid]