Raquza - Wikipedia
Raquza - Haqqında Məlumat
Raquza(it. Ragusa, sic. Rausa) — İtaliyada Siciliya regionunun eyni adlı əyalətində inzibati mərkəz, şəhər. Cənubi İtaliyanın ən dinamik şəhərlərindən sayılan Raquza özünə məxsus tarixi, mədəniyyət və memarlığı ilə seçilir. 2002 ci ildən Siciliyanın digər yeddi şəhəri kimi Raquza da Siciliya barokkosu memarlığına görə UNESCO-nun ümumdünya irsinə aid edilmişdir.
Kommuna | |
Raquza | |
---|---|
it. Ragusa, sic. Rausa | |
36°53′ şm. e. 15°05′ ş. u.HGYO | |
Ölkə | İtaliya |
Tabesində | 8 icma |
Region | Siciliya |
Rayon | Raquza (əyalət) |
Tarixi və coğrafiyası | |
Sahəsi | 442.6 km² |
Mərkəzin hündürlüyü | 502 m |
Saat qurşağı | UTC+1 |
Əhalisi | |
Əhalisi | 73 743 nəfər (2010) |
Sıxlığı | 166.1 nəf./km² |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (+39) 0932 |
Poçt indeksi | 97100 |
Nəqliyyat kodu | RG |
Digər | |
comune.ragusa.gov.it (ital.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Raquza şəhəri 11 yanvar 1693 cü ildə baş verən dəhşətli zəlzələdən sonra tamamilə dağılmış, əhalisinin yarısı tələf olmuşdur. Şəhər yenidən o dövr üçün yüni bir çərəyan kimi yaranmış Siciliya barokkosu üslubunda tikilmişdir.