Raisa Ismayilova - Wikipedia
Raisa Hüseyn qızı İsmayılova (5 noyabr 1939, Bakı) — Azərbaycan balerinası, Azərbaycan SSR əməkdar artisti (1967).
Raisa İsmayılova | |
---|---|
Doğum tarixi | 5 noyabr 1939 (85 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | balerina |
Fəaliyyət illəri | 1957–1979 |
Təhsili |
|
Teatr |
|
Mükafatları |
Həyatı
redaktəRaisa Hüseyn qızı İsmayılova 5 noyabr 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmiş, 1958–1960-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində təhsilini davam etdirmişdir.[1]
Raisa İsmayılova 1957-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış etməyə başlamışdır. Burada o, Məhmənə Banu ("Məhəbbət əfsanəsi"), Frigiya ("Spartak"), Odetta-Odilliya ("Qu gölü"), Gözəllər gözəli ("Yeddi gözəl") kimi partiyaları canlandırmışdır.[1]
1970–1979-cu illərdə Raisa İsmayılova Moskvadakı Böyük Teatrda fəaliyyətini davam etdirmişdir.[1] Boyarınya ("İvan Qroznı"), ikinci həyat yoldaşı ("Baxçasaray fontanı"), tacirə ("Daş çiçək"), saray rəqqasəsi ("Məhəbbət əfsanəsi") partiyalarını və ispan ("Don Kixot"), macar, ispan ("Qu gölü") rəqslərini ifa etmişdir.[2]
Raisa İsmayılova 7 iyul 1967-ci ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına görülmüş və 21 may 1970-ci ildə isə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 Измайлова Раиса Гусейновна // Балет: энциклопедия. Москва: Советская энциклопедия. Гл. ред. Ю. Н. Григорович. 1981. ст. 217.
- ↑ Измайлова Раиса, артист балета // Большой театр. 2022-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2022.