Rur Reytinqi - Wikipedia
RUR_reytinqi - Haqqında Məlumat
RUR reytinqi (ing. RUR Ranking - ing. Round University Ranking) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. Mərkəzi Rusiyanın Moskva şəhərində yerləşir[1].
Tarixi
redaktəBu qlobal reytinq cədvəli ilk dəfə 2010-cu ildə dərc edilmişdir[2].
Parametrlər
redaktəHər bir ali məktəb 20 ayrı parametr üzrə, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları üzrə qiymətləndirilir[2].
2019
redaktə2019-cu ildə RUR reytinqinin dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinə 74 ölkədən 820 ali təhsil müəssisəsinin adı düşüb[2]. Reytinq cədvəlinə ABŞ universitetləri liderlik ediblər. Siyahıda ölkələr arasında ikinci yeri isə 74 ali məktəblə Rusiya tutmuşdur[2].
İstinadlar
redaktə- ↑ "New Ranking from Russia". IREG Observatory. 2015-09-04. 2017-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 February 2016.
- ↑ 1 2 3 4 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb. ikisahil.az, 20.04.2019 (az.)
Xarici keçidlər
redaktə- roundranking.com — Rəsmi saytı