Rehim Alxas - Wikipedia
Rəhim Alxas (xın. Раьхıим Алхас; tam adı: Rəhim Xəlfə oğlu Alxasov; 20 mart 1937, Xınalıq, Quba rayonu – 20 sentyabr 2003, Xınalıq, Quba rayonu) — xınalıqlı şair, aşıq, publisist, poliqlot, pedaqoq.
Rəhim Alxas | |
---|---|
xın. Раьхıим Алхас | |
Doğum tarixi | |
Doğum yeri | SSRİ, Azərbaycan SSR, Quba, Xınalıq |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Azərbaycan, Quba, Xınalıq |
Dəfn yeri |
Vladimirovka, Quba, Azərbaycan |
Həyat yoldaşı | Xəzangül |
Uşaqları |
Şəmşir Şərəf Şahin Şükran Şöhrət Rəvanə |
Atası | Xəlfə |
Anası | Zilhiccə |
Milliyyəti | xınalıqlı |
Fəaliyyəti | yazıçı |
Həyatı və yaradıcılığı
redaktəRəhim Alxas 20 mart 1937-ci ildə Quba rayonunun Xınalıq kəndində anadan olmuşdur.
Məşhur xınalıqlı şair Rəhim Alxasın yaradıcılıq dövrü XX əsrin ikinci yarısına aiddir. Beş dildə – Azərbaycan, xınalıq, özbək, tatar və türkmən dillərində şeirlərin müəllifi və Xınalıq kənd orta məktəbinin müəllimi olmuş Rəhim Alxas xınalıq dili barədə xeyli tədqiqat işi aparmış və müəyyən etmişdir ki, Xınalıq dilində fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənir. Məsələn, "gəlir" sözü qadın, kişi və heyvana görə müxtəlif tərzdə səslənir.
Şairin öz doğma kəndinə sıx bağlılığını əks etdirən bir şeir belədir:
Onun yazılarından da xınalıqlıların Allaha necə inandıqları bir daha aydın görünür:
Biz elə Allaha inanırıq ki,
Poladdan, dəmirdən iti ox eylər.
Çoxdan az eyləyər, azdan çox eylər,
Bir ovuc torpaqla gözü tox eylər,
Yoxdan var eyləyər, vardan yox eylər.
Rəhim Alxas Xınalıqda Xıdır Nəbi məscidində imamlıq etmişdir.
Bütün şahdağlıların fəхri, görkəmli xınalıqlı şair Rəhim Alxas doğulub, boya-başa çatdığı doğma Xınalıq kəndində 2003-cü il sentyabr ayının 20-də vəfat etsə də, həmin gün onun cənazəsi ailəsinin məskunlaşdığı Quba rayonunun Vladimirovka (Gülüstan) kəndinə gətirilmiş, sentyabr ayının 21-də həmin kəndin qəbiristanında dəfn edilmişdir[2][3].
Kitabları
redaktə- Vətən təranələri. Bakı, "Elm", 1990 (az.)
- «Хыналыкъ» (Шеирдир. Аьфсанаьдйаь гьаькъикъаьтирдир.), Азаьрнаьшр, Бокку – 1992, 124 с. ISBN 5-552-01197-X (xın.)
- Xınalıq: Şerlər və tərcümələr. Bakı, "Azərnəşr", 1992 (az.)
- Sənin tellərinə qurban olum mən. Bakı, "Şirvannəşr", 2000 (az.)
- Xınalıqlı Seyidqələm Baba: Hekayələr və kəramətlər. Bakı, "Şirvannəşr", 2001 (az.)
- Xınalıq və xınalıqlılar. Bakı, "Şirvannəşr", 2003 (az.)
- Sənət inciləri. Bakı, "Şirvannəşr", 2003[4] (az.)
Tərcümələri
redaktə- Низами Гаьнджаьви, «ХIикмаьти чаьлаьнг» («Хаьмсаь» - шилли парчад), Азаьрнаьшр, Бокку – 1991, 51 с. ISBN 5-552-00574-0 (xın.)
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Rəhim Alxas. "Xınalıq" (poema), Vətən təranələri. Bakı, "Elm", 1990, səh. 69.
- ↑ Məmmədağa Qam-Qamlı. «Rəhim Alхassız günlərimiz», «Sumqayıt» qəzeti, № 81 (7160), Sumqayıt, 15 oktyabr 2003, s. 3
- ↑ Tərxan Paşazadə, “Şahdağ xalqları: toy adətləri, yas mərasimləri”, “Dövlət və Din” İctimai fikir toplusu, (№ 5 (19)), Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı – sentyabr-oktyabr 2010, səhifə: 46-56.
- ↑ "ELMİ VƏ ELMİ-KÜTLƏVİ ƏDƏBİYYAT". 2011-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-04.
Xarici keçidlər
redaktə- Rəhim Alxas - 81 (az.)
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |