Rehsan Ecevit - Wikipedia
Zəkiyə Rəhşan Ecevit (17 dekabr 1923, Bursa – 17 yanvar 2020[1][2], Ankara) — Türk rəssam, yazıçı və siyasətçisi.
Rəhşan Ecevit | |
---|---|
türk. Rahşan Ecevit | |
Demokratik Sol Xalq Partiyasının sədri | |
17 yanvar 2010 – 12 iyun 2010 | |
Əvvəlki | Hulki Cevizoğlu |
Sonrakı | Partiya bağlandı |
14 noyabr 1985 – 13 sentyabr 1987 | |
Əvvəlki | Yeni vəzifə |
Sonrakı | Bülənd Ecevit |
Şəxsi məlumatlar | |
Doğum adı | Zekiye Rahşan Aral |
Doğum tarixi | 17 dekabr 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 17 yanvar 2020[1][2] (96 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | bir neçə orqan çatışmazlığı sindromu |
Dəfn yeri | |
Milliyyəti | türk |
Vətəndaşlığı | Türkiyə |
Partiya |
|
Təhsili | |
İxtisası | rəssam, yazıçı, siyasətçi |
Fəaliyyəti | siyasətçi, rəssam, yazıçı |
Həyat yoldaşı | |
Vikianbarda əlaqəli mediafayllar |
O, Demokratik Sol Partiyası və Demokratik Sol Xalq Partiyasının qurucusu və ilk prezidentidir. Onun təklifi ilə 2000-ci ildə qüvvəyə minən Amnistiya Qanunu Rəhşan Amnistiyası kimi tanınır.
Həyatı
redaktəSalonikidən Şəbinkarahisara köçən, sonradan İstanbulda məskunlaşan ailədə anadan olub. Atası Namiq Zəki Aral, anası Zahide Araldır. Arnavutköy Amerikan Qızlar Kollecinin məzunudur. 1946-cı ildə Bülənd Ecevitlə ailə həyatı qurub. 1985-ci ildə Bülənd Ecevitə siyasi qadağa qoyulduğu zaman qurulan Demokratik Sol Partiyasının (DSP) qurucusu və sədri olub. O, 1987-ci ilə qədər Bülənd Ecevitin siyasi qadağası qaldırılana qədər sədr vəzifəsində çalışıb.
Rahşan Ecevitin təklifi ilə DSP, MHP və ANAP Koalisiyası dövründə (22 dekabr 2000-ci il) qüvvəyə minən və dövlətə qarşı törədilən cinayətlərdən başqa cinayətlərə möhlət və şərti azadlığı gətirən "Şərti azadlığa buraxılma və möhlət qanunu" ictimaiyyətə açıqlandı.[3] Rəhşan Amnistiyası kimi tanınır. Konstitusiya Məhkəməsinin müvafiq qərarı ilə bu qanunun əhatə dairəsi genişləndi, deputatların proqnozlaşdıra bilmədiyi nəticələr, bəzi hüquqi təcrübələr ictimaiyyətdə reaksiyalara səbəb oldu.[4] Bu amnistiya ilə həbsxanalardakı məhbusların sayı yetmiş mindən qırx minə endi.[5] İllər sonra Rəhşan Ecevitin müsahibəsindəki açıqlaması belə idi:
Bu amnistiya deyildi. Bu, şərti azadlığa buraxılma və cəzanın dayandırılması idi. Bu amnistiya deyildi. Adi bir vətəndaş olaraq, mən terrorçu cinayətkarlar, qəddar qatillər və ya təcavüz edənlər üçün deyil, yoxsulluq, aclıq və sosial nizamda hədsiz ədalətsizliklə əlaqəli olanlar üçün əfv istədim. Mənimki sadəcə bir arzu idi. Amma o, TBMM-ə veriləndən sonra məsələnin siması dəyişdi. Qanun layihəsi hətta bədnam qatilləri də əhatə etmək üçün qəbul edildi.[6] |
Rəhşan Ecevit 4 iyun 2009-cu ildə təsisçisi olduğu DSP-dən istefa verdi. O, 17 yanvar 2010-cu ildə təsisçisi olduğu Demokratik Sol Xalq Partiyasının ikinci sədri seçilib. 22 may 2010-cu il tarixdə müstəqil millət vəkili Emrehan Halıcı ilə Cümhuriyyət Xalq Partiyasının 33-cü növbədənkənar qurultayına qatılaraq, prezidentliyə vahid namizəd olan və qalib gələn Kamal Kılıçdaroğluna və CHP-yə dəstəyini açıqladı.22 may 2010-cu il tarixində müstəqil millət vəkili Emrehan Halıcı ilə Cümhuriyyət Xalq Partiyasının 33-cü növbədənkənar qurultayına qatılaraq, prezidentliyə vahid namizəd olan və qalib gələn Kamal Kılıçdaroğluna və CHP-yə dəstəyini açıqladı.[7]
Onun Pülümürdə eşq romanı 2002-ci ildə teatra uyğunlaşdırılıb. Rahşan Ecevit ingilis dilini mükəmməl bilirdi.
Ölümü və xatirəsi
redaktəEcevit 17 yanvar 2020-ci ildə müalicə aldığı Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında bir neçə orqan çatışmazlığından 96 yaşında vəfat edib. 19 yanvar 2020-ci il tarixində Qocatəpə məscidində təşkil edilən dəfn mərasimindən sonra o, Türkiyə Dövlət qəbiristanlığında həyat yoldaşı Bülənd Ecevitin məzarı yanında dəfn edilib.[8]
2021-ci ildə İzmirin Gözəlbağça rayonunda bir parka onun adı verilib və orada heykəli ucaldılıb.[9]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Turkish politician, writer Rahşan Ecevit dies at age 97.
- ↑ 1 2 http://web.archive.org/web/20200117210604/https://www.cumhuriyet.com.tr/haber/turkiye/1715002/son-dakika--rahsan-ecevit-hayatini-kaybetti.html.
- ↑ "Rahşan affı nedir? Rahşan affı ne zaman çıkarıldı, kimleri kapsadı?". 4 Temmuz 2020 tarixində arxivləşdirilib.
- ↑ "Türkiye Tarihindeki Aflar". 4 Eylül 2018 tarixində arxivləşdirilib.
- ↑ "Rahşan Affı Nedir?". 19 Ocak 2020 tarixində arxivləşdirilib.
- ↑ "Rahşan Ecevit ile Röportaj". 16 Ağustos 2021 tarixində arxivləşdirilib.
- ↑ "Rahşan Ecevit Kurultayda". 17 Ocak 2020 tarixində arxivləşdirilib.
- ↑ "Rahşan Ecevit Hayatını Kaybetti". 17 Ocak 2020. 17 Ocak 2020 tarixində arxivləşdirilib.
- ↑ "Bülent ve Rahşan Ecevit çifti Güzelbahçe'de ölümsüzleşti". 4 Haziran 2021. 1 Ocak 2022 tarixində arxivləşdirilib.