Rustem Eliyev Serqsunas - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Rüstəm Musa oğlu Əliyev (13 yanvar 1929[1], Morul, Gəncə qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ – 1994[2], Bakı) — məşhur Azərbaycan şərqşünası, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar elm xadimi (1969), Harvard Universitetinin fəxri doktoru.[mənbə göstərin]
Rüstəm Əliyev | |
---|---|
Rüstəm Musa oğlu Əliyev | |
Doğum tarixi | 13 yanvar 1929[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1994[2] |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Fəaliyyəti | şərqşünas, filoloq, tərcüməçi, universitet müəllimi[d] |
Mükafatları |
Həyatı
redaktəRüstəm Musa oğlu Əliyev 1929-cu il yanvar ayının 13-də Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur.1946-cı ildə Nizami adına Morul kənd orta məktəbini bitirib Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, burada bir il oxuduqdan sonra A.A.Jdanov adına Leninqrad Dövlət Universitetinin Şərq fakültəsinə qəbul olunmuşdur. Daha sonra həmin universitetin aspiranturasını bitirmiş, 1954-cü ildə Leninqradda "Sədi Şirazinin "Gülüstan" əsərinin tənqidi mətni" mövzusunda namizədlik, 1968-ci ildə Moskvada "Sədi Şirazinin poetik irsinin bərpası problemi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Yevgeni Bertelsin dəvəti ilə Leninqraddan Moskvaya gələn Rüstəm Əliyev 1955-1971-ci illərdə SSRİ EA Şərqşünaslıq İnstitutunda işləmiş, burada kiçik elmi işçidən Şərq mətnşünaslığı bölməsinin müdiri vəzifəsinədək yüksəlmişdir.
1972-1980-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda baş elmi işçi və Ərəbdilli yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, 1980-1983-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda Nizamişünaslıq şöbəsinin müdiri, 1983-cü ildən ömrünün sonuna qədər Şərqşünaslıq İnstitutunda İran filologiyası şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin elmi məsləhətçisi (1989-1994), AMEA prezidentinin klassik Şərq ədəbiyyatı üzrə müşaviri (1991-1994), Azərbaycan-İran Dostluq Cəmiyyətinin sədri (1992-1994), "Şəhriyar" qəzetinin və "Nizami Gəncəvi" jurnalının baş redaktoru (1992-1994) olmuşdur.
1994-cü ilin aprel ayında Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir.
Mənbələr
redaktə- Rüstəm Əliyev. Biblioqrafiya. Bakı, "Nafta-press" nəşriyyatı, 2003
- Rüstəm Əliyev fenomeni (məqalələr və xatirələr toplusu). Bakı, "Nurlan" nəşriyyatı, 2004
- Dünya şöhrətli şərqşünas (Professor Rüstəm Əliyevin anadan olmasının 75 illiyi münasibətilə 14 aprel 2004-cü ildə keçirilmiş ümümrespublika elmi konfransının materialları). Bakı, "Nurlan" nəşriyyatı, 2005.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Rustam Musa oğlu Aliev // AlKindi.
- ↑ 1 2 Əliyev, Rüstəm Musa oğlu // Çex Milli Hakimiyyət Məlumat bazası.