Qusdas Dagi - Wikipedia
Quşdaş_dağı - Haqqında Məlumat
Quşdaş dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında zirvə. Günbəzvari formadadır (hünd. 1845,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun qərb istiqamətli Nəbiyurd ayrılmasının qurtaracağında zirvə. Nəsirvazçayın sol sahilində, Bistkəndindən 1 km şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahına aid Çaxmaqlıdağ sinklinalının cənub-şərq sentriklinal hissəsinin cənub-qərb qanadında yerləşir. [1]
Quşdaş dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1845 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.