Qrup Yorum - Wikipedia
Grup Yorum — protest və folk-rok kimi müxtəlif janrlarda musiqilər yaradan siyasi, inqilabçı Türkiyə musiqi qrupu. 1985-ci ildən indiyədək siyasi baxışlarını musiqi vasitəsilə cəmiyyətə çatdırmağa çalışmışlar. Bu səbəbdən yarandığı vaxtdan bu günə qədər qrup 400 dəfədən çox məhkəməyə verilmişdir. 15 üzvü həbs edilmiş və çıxardıqları 20 albomla 2 milyondan çox satış həyata keçirmişlər. 1987-ci ildən indiyədək 20 albom çıxaran, Türkiyə və Avropada hər il konsert verən qrup bununla yanaşı, yüzlərlə kütlə hərəkatına, küçə nümayişinə, tətilə, fabrik və universitet işğalına qatılmışdır. Uzun illər konsert keçirmələrinə mane olunmuş, üzvləri nəzarətə götürülmüş, həbs edilmiş və bir çox şəhərlərdə disklərinin satışına qadağa qoyulmuşdur. Albomları mahnılarında cinayət ünsürləri olduğu iddiası ilə rəsmi olaraq yığılmışdır.
Grup Yorum | |
---|---|
Əsas məlumatlar | |
Üslub |
folk-rok protest musiqi |
Fəaliyyət illəri | 1985—h.h. |
Ölkə | Türkiyə |
Heyət |
Selma Altın İnan Altın Eren Olcay Ali Aracı Caner Bozkurt Cihan Keşkek İbrahim Gökçek İhsan Cibelik Ezgi Dilan Balcı Ayfer Rüzgar Seçkin Taygun Aydoğan |
www.grupyorum.net |
Tarixi
redaktə1980-ci ildə Türkiyədə reallaşan hərbi zərbəyə və ondan sonrakı siyasətə müqavimət məqsədilə Mərmərə Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin 4 tələbəsi (Kamal Sahir Gürəl, Tuncay Akdoğan, Metin Kahraman, Ayşəgül Yordam) bir araya gələrək 1985-ci ildə qrupu yaratdılar. Qrup musiqi qrupu olmaqdan əlavə müxalif düşüncənin, hüquq və azadlıqlar uğrunda mübarizənin də öndə gələn adlarından biri olmuşdur. Anadolu və orda yaşayan xalqların səsini inqilabçı-sosialist bir musiqi anlayışıyla eşitdirməyi əsas məqsəd seçmişdir. Qrup yaradılma mərhələsində ilk olaraq Əziz Nesinin hekayələri əsasında qurulan tamaşanın mahnılarını bəstələmiş, sonra isə "Bana Bir Türkü Söyüleyin Yarınlara Uzansın" adlı konsert vermişdir.
Tərz
redaktəQrup Yorum təkcə türkcə yox, eyni zamanda Anadoluda danışılan digər dillərdə - kürd, laz, ərəb, çərkəz dillərində də mahnılar səsləndirir. Mahnılarında mey, bağlama, qaval kimi yerli musiqi alətlərilə yanaşı, gitara başda olmaqla skripka, trampet, violençel və obua kimi yerli olmayan bir çox musiqi alətlərindən də istifadə etmişlər. Qrupun mahnılarının sözləri anti-imperialist mübarizə, həbsxana qətliamları, imperializm müharibələri, ölüm, sevgi və azad bir dünyaya duyulan həsrət kimi mövzularla zəngindir. Qrup Yorum 25-ci ilini 12 iyun 2010-cu ildə İnönü Stadionunda verdiyi konsertlə qeyd etdi. Konsertdə Suavi, Əli Primera, Yasəmən Göksu, Tuncəl Kurtiz, Nejat Yavaşoğulları və başqa bir çox sənətçilər Yoruma dəstək oldular. Bu konsert Türkiyədə biletlə təşkil olunan ən kütləvi konsert kimi tarixə düşdü. Bundan başqa, Qrup Yorum 17 aprel 2011-ci ildə pulsuz təşkil etdiyi "Tam Bağımsız Türkiye" adlı xalq konsertində 150 min tamaşaçı qarşısında çıxış etmişdir.
Qrup haqqında yazılmış əsərlər
redaktəHaqqında bir çox araşdırma yazıları və kitablar çap olunan Qrup Yorumu mətbuat "Həbsxana musiqiçiləri", dinləyicilər isə "Qar maşını" adıyla xatırlayırlar. Qrup haqda 2 kitab çap olunub:
Təsirləndikləri sənətçilər
redaktəDiskoqrafiya
redaktə- Sıyrılıp Gelen (1987)
- Haziranda Ölmek Zor / Berivan (1988)
- Türkülerle (1989)
- Cemo / Gün Gelir (1989)
- Gel ki Şafaklar Tutuşsun (1990)
- Yürek Çağrısı (1991)
- Cesaret (1992)
- Hiç Durmadan (1993)
- İleri (1995)
- Geliyoruz (1996)
- Marşlarımız (1997)
- Boran Fırtınası (1998)
- Kucaklaşma (1999)
- 15. Yıl Seçmeler (2000)
- Feda (2001)
- Eylül (2001)
- Yürüyüş (2003)
- Biz Varız (2003)
- Yıldızlar Kuşandık (2006)
- Başeğmeden (2008)
- Halkın Elleri (2013)
- Ruhi Su (2015)
- İlle Kavga (2017)