Qovut - Wikipedia
Qovut - Haqqında Məlumat
Qovut[1] — Azərbaycanın milli mətbəxinə daxil olan şirniyyat növlərindən biri. Əsasən qış ayları hazırlanır. Xüsusi ilə səhər yeməyində yeyilir.
Tərkibi və hazırlanma qaydası
redaktəQovut hazırlamaq üçün buğda yaxşıca (sacda) qovrulur. Qovurğa hazırlanır. Hazırlanmış qovurğa isti-isti əl dəyirmanı və ya həvəngdəstə ilə üyüdülür. Kərə yağı əridilir, isti su və ya süd əlavə edilir. Bunun üzərinə hazırlanan qovut qatılır. Nəticədə qatı və qəhvə rəngli kütlə alınır. Qovutun üzərinə şəkər tozu və ya bal, duz qatılır. Miqdarı istəyə görə olur. Bir az zəif odda qarışdırılır və süfrəyə verilir.
İstinadlar
redaktə- ↑ "Qovut". 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.