Qay Foks - Wikipedia
Qay Foks və ya Quido Foks (təq. 13 aprel 1570, York, İngiltərə krallığı[2] – 31 yanvar (10 fevral) 1606[1], Vestminster, İngiltərə krallığı[3]) — O, Katolik bir əsgər idi. 5 noyabr 1605-ci ildə İngiltərədə "Barıt sui-qəsdi" adlı tarixi hadisədə əməliyyat icraçılarından biri olmuşdur.
Qay Faukes | |
---|---|
ing. Guy Fawkes | |
Digər adı | Quido Faukes |
Doğum tarixi | təq. 13 aprel 1570 |
Doğum yeri | |
Vəfat tarixi | 31 yanvar (10 fevral) 1606[1] (35 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | İngilis |
Fəaliyyəti | Əsgər, "Barıt sui-qəsdi" iştirakçısı |
Vikianbarda əlaqəli mediafayllar |
"Barıt sui-qəsdi" hadisəsi
redaktəƏməliyyatın icraçıları arasında İngiltərə tarixinin ən böyük "Vətən xaini" kimi yadda qalan Qay Foks olmuşdu. Sui-qəsd planının müəllifi olmadığı haqda fikirlər geniş yayılsa da, o, 5 noyabr gecəsi əlindəki barıt çəlləyi və fitillə iş başında yaxalanmışdı. Foks həbs edilərək, zindana atılmış, 31 yanvar 1606-cı ildə saray qarşısında asılaraq, edam edilmişdi. İngilislər həmin günü öz tarixlərində demokratiya zəncirindəki önəmli halqalardan biri kimi görür.
Hər ilin 5 noyabr gecəsi Birləşmiş Krallıq və onun əyaləti olan ölkələrdə "Barıt sui-qəsdi"nin uğursuzluğa düçar olması münasibətilə "Qay Foks Gecəsi" adı altında şənliklərlə qeyd edilir. Şənlik zamanı havaya fişənglər atılır, barıtla dolu qablar alışdırılaraq, küçəboyu yuvarlandırılır, vətən xaininin cəzalandırılmasını qutlamaq üçün Qay Foks maskası taxılmış kuklalar yandırılır.
Hal-hazırda bu, siyasi deyil, əyləncə xarakterli mərasim kimi qeyd olunmaqdadır.