Qara Bag Film 2016 - Wikipedia
40-cı paraleldə kinoalmanaxı 4 qısametrajlı bədii filmdən ibarətdir: “Postskriptum”, “Onun atası”, “Hədiyyə” və “Qara bağ”.[1] Kinoalmanax 2016-cı ildə "Azərbaycanfilm" kinostudiyasında[1] istehsal edilmişdir. Filmdə əsas rolları Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat, Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov, Ülviyyə Rza, İlahə Həsənova, Qorqud Cəfərli, Şamil Süleymanlı, Elxan Abbasov, Vidadi Əliyev və Rasim Cəfərov ifa edirlər.
40-cı paraleldə | |
---|---|
40-cı paraleldə | |
Janr |
qısametrajlı dram |
Rejissor | müxtəlif |
Prodüser | aşağıya baxın |
Ssenari müəllifi | müxtəlif |
Baş rolda | müxtəlif |
Operator | müxtəlif |
Bəstəkar | müxtəlif |
Rəssam | müxtəlif |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 2 avqust 2016, Nizami Kino Mərkəzi |
Filmin növü | kinoalmanax |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2016 |
Rəng | rəngli |
Məzmun
redaktəFilmin adı | Məzmun |
---|---|
Postskriptum | Film “Nobel qardaşları” kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edir.[2] Film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı və onların şəhərdə bundan sonrakı fəaliyyətini özündə əks etdirir.[3] |
Onun atası | Psixoloji dram janrında lentə alınan “Onun atası” filmi, Qarabağ müharibəsinin cəmiyyətə vurduğu fəsadlardan bəhs edir. Ailə başçısı olan jurnalist vətənini ailəsi qədər üstün tutaraq müharibədə iştirak etməyə qərar verir. Filmin əsas süjeti ilə bağlı olan, döyüşlər zamanı itkin düşən jurnalistin axtarışları zamanı ailəsinin və yaxınlarının keçirdiyi həyəcan və müharibənin cəmiyyətə mənfi təsiri də təsvir edilir.[4] |
Hədiyyə | Yenicə ailə qurmuş iki gəncin sosial problemi fonunda sevgi hekayəti təsvir olunur. Maddi çətinliyi olan ailənin kirayə pulunu ödəməyə, yeni ilə təsadüf edən evliliklərinin ildönümünə hədiyyə almağa imkanları yoxdur. Gənc qadın saçını kəsib, ərinin sevimli qızıl saatına qolbaq, kişi isə saatı satıb sancaq alır.[2] |
Qara bağ | “Qara bağ” dilək ağacına bağlanan “qara düyünlər” mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Film məcburi köçkünlərin hal-hazırkı yaşayış tərzini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir.[5]
Qarabağdan olan yaşlı qaçqın (Vidadi Əliyev) itirilən torpağın xiffətini çəkir. Həkim övladlarına onun xərçəng olduğunu, ömrünə az qaldığını deyir. Oğul atasının ömrünü uzatmaq üçün telekanallardan birində Qarabağın sülh yolu ilə alınması haqda xəbər verdirir. Amma sevindirici xəbər həyəcanlanan qocanın ölümün tezləşdirir. Rejissor metaforlardan yararlanıb, dilək ağacına bağlanan qara parçalardan ibarət düyünlər problemi ifadə edir, finalda düyünləri bağlandığı ağacın tumurcuqlanmasıyla tragizm nikbinlyə köklənir.[2] |
Festivallar və mükafatlar
redaktəFilmin adı | İl | Festivallar | Mükafatlar |
---|---|---|---|
Hədiyyə | 2016 | “Azərbaycan ailəsi 2016” film festivalı | “Ən yaxşı bədii film” |
Qara bağ | 2015 | Azərbaycan Ailəsi Film Festivalı | "Ən yaxşı film" [6] |
Qara bağ | 2016 | Birinci Asiya beynəlxalq qısametrajlı filmlər festivalı | Xüsusi mükafat |
Filmin heyəti
redaktəFilmin adı | Filmin üzərində işləyənlər | Rollarda |
---|---|---|
Kinoalmanax | Prodüser: Müşfiq Hətəmov | |
Postskriptum | Rejissor: Emin Mirabdullayev Ssenari müəllifi: Ramiz Fətəliyev, Emin Mirabdullayev Operator: Əli Sultanov Rəssam: Şahin Həsənli Bəstəkar: Səid Qəni |
Azər Aydəmir — Robert Nobel Ayşad Məmmədov — Jozef İlqar Safat — Lüdviq Bella Safina Eldar Bağırbəyov |
Onun atası | Rejissor: Zamin Məmmədov Ssenari müəllifi: Zamin Məmmədov Operator: Əli Sultanov Rəssam: Arif Niftiyev |
Şamil Süleymanlı - Sərdar Fateh Tahirov Məbud Məhərrəmov Ülviyyə Rza |
Hədiyyə | Rejissor: Emin Əfəndiyev Ssenari müəllifi: Yusif Şeyxov Operator: Elman Əliyev Rəssam: Şahin Həsənli Bəstəkar: Azər Hacıəsgərli |
İlahə Həsənova Qorqud Cəfərli Şamil Süleymanlı |
Qara bağ | Rejissor: Amil Məmiyev Ssenari müəllifi: Amil Məmiyev Operator: Rauf Qurbanəliyev Rəssam: Əziz Məmmədov |
Elxan Abbasov Vidadi Əliyev Rasim Cəfərov |
İstinadlar
redaktə- ↑ 1 2 "Milli Kino Günündə "40-cı paraleldə" kinoalmanaxı təqdim olunacaq" (az.). AzərTac. 26 iyul 2016. 2019-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-16.
- ↑ 1 2 3 Sevda Sultanova. "Böyük bayramın kiçik filmləri – Milli Kino Günündən qeydlər" (az.). Lent.az. 2 avqust 2016. İstifadə tarixi: 2017-11-16.[ölü keçid]
- ↑ "Emin Mirabdullayev "Postskriptum"" (az.). Yarat. İstifadə tarixi: 2017-11-16.
- ↑ "Zamin Məmmədov "Onun atası"" (az.). Yarat. İstifadə tarixi: 2017-11-16.
- ↑ "Amil Məmiyev "Qara bağ"" (az.). Yarat. İstifadə tarixi: 2017-11-16.
- ↑ "Laçınlı gənc rejissorun doğum günüdür" (az.). Dovletxeberleri.az. 25 yanvar 2017. 2017-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
Həmçinin bax
redaktəAzərbaycan filmlərinin siyahısı
2016-cı ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı