Qara Drin - Wikipedia
Qara Drin[1] (mak. Црн Дрим, alb. Drini i Zi) — Şimali Makedoniyada və Albaniyada çay. Mənbəyi Oxrid gölü olub, Şimali Makedoniyanın Struqa şəhərindən keçməklə Albaniyanın Kukes şəhəri yaxınlığında Ağ Drin çayı ilə birləşərək Drin çayını əmələ gətirir.
Qara Drin | |
---|---|
mak. Црн Дрим, alb. Drini i Zi | |
Ölkələr | |
Şəhər | |
Mənbəyi | Oxrid |
• Yüksəkliyi | 695 m |
Mənsəbi | Drin |
Uzunluğu | 149 km |
Su sərfi | 50 m³/s |
Su hövzəsi | Drin → Adriatik dənizi |
Hövzəsinin sahəsi | 3504 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəÇay Oxrid gölündən dəniz səviyyəsindən 695 metr hündürlükdən axır və göldən çıxan yeganə su mənbəyidir.[2] Şimali Makedoniya ərazisində çay üzərində 2 böyük su anbarı tikilib: Qlobovise və Spile. Bənd üzərində SES fəaliyyət göstərir. Spile su anbarı Debar şəhərində Debar gölü ilə birləşir. Debar gölünə Qara Drinin əsas qolu olan Radika çayı tökülür.[2] Su anbarından sonra Qara Drin bir neçə km Şimali Makedoniya ilə Albaniya sərhəddi boyu axaraq Albaniyanın Kukes və Dibra vilayətləri ərazisinə daxil olur. Çayın ümumi axın istiqaməti - şimaldı. Çayın su hövzəsinə Prespa gölü daxildir.[2]
Əsas qolları
redaktə- Sol: Sateska, Zerkyani, Murra, Sta, Mola-a-Lyures
- Sağ: Yablanska, Peşkopiya, Kastrioti, Qroma, Vleşisa, Skavisa
İstinadlar
redaktə- ↑ Чёрный Дрин// Словарь географических названий зарубежных стран / Отв. ред. А. М. Комков. — 3-е изд., перераб. и доп. — М. : Недра, 1986. — С. 425.
- ↑ 1 2 3 "Наши воды: возьмёмся за руки, минуя границы: первая оценка состояния трансграничных рек, озёр и подземных вод isbn=978-92-1-416033-5" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-14. (#missing_pipe)