Qaracaqay Xan - Wikipedia
Qaraçaqay xan (İrəvan – 1625) — erməni əsilli Səfəvi sərkərdəsi. Böyük çini kolleksiyası və I Şah Abbasa sədaqətli xidməti ilə tanınırdı. Qaraçaqay xan gürcü üsyançılarına qarşı ekspedisiyaya komandanlıq edərkən öldürüldü.
Qaraçaqay xan | |
---|---|
1616 – 1626 | |
Əvvəlki | Şahqulu sultan Ustaclı |
Sonrakı | II Zeynal xan Şamlı |
1618 – 1620 | |
Əvvəlki | Şahbəndə xan Pörnək-Türkman (1-ci dəfə) |
Sonrakı | Şahbəndə xan Pörnək-Türkman (2-ci dəfə) |
1618 – 1625 | |
Əvvəlki | Şahnəzər xan Təkəli |
Sonrakı | Əbu əl-Fəth Mənuçöhr xan |
Şəxsi məlumatlar | |
Doğum yeri | İrəvan, Səfəvilər dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Gürcüstan |
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Mənuçöhr xan |
Uşağı | Əbu əl-Fəth Mənuçöhr xan |
Dini | islam |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Karyera
redaktəİrəvanda xristian bir erməni olaraq anadan olmuş Qaraçaqay uşaqlıqda qul olmuş və bir qulam olaraq böyüdülmək üçün Səfəvi sarayına gətirilmişdir. Karyerasına şah dərzilik emalatxanasında başlamış və tezliklə Səfəvi ordusunda artilleriya zabiti kimi fərqlənmişdir. 1605-ci ildə silahlı alaya rəhbərlik edən Qaraçaqay bəy eyni zamanda əslən gürcü mənşəli bir qulam olan Allahverdi xanın komandanlığı altında I Abbasın Təbriz yaxınlığındakı Sufiyanda Osmanlı qüvvələri üzərində qələbəsinə töhfə verdi. [2]
Səfəvi ordusu və idarəsindəki karyerası boyunca Qaraçaqay 1610-cu ildə Şah Abbasa hədiyyə etdiyi qiymətli çini kolleksiyasını topladı. Qısa müddətdən sonra Qaraçaqaya muqarab al-hazrat ("ali həzrətin yaxını") adı verildi,bu ad Şahın yaxın yoldaşları üçün ayrılmışdır. 1616-cı ildə xan titulunu aldı və Səfəvi ordusunun baş komandanı təyin edildi. [3][4] Xəlil Paşanın başçılığı ilə Osmanlı qoşunlarının məğlubiyyətindən bir il sonra Təbrizin və bütün Azərbaycanın bəylərbəyi oldu, lakin tezliklə şah tərəfindən 1618-ci ildə Xorasanın şimal-şərqində Məşhəd bəylərbəyi kimi xidmətini davam etdirmək üçün geri çağrıldı. [5][6] Abbas 1624-cü ildə nəvəsi ilə Kartli çarı (əslində təyin olunan xan) Semayun xanla (II Simon) evlənmək qərarına gəldikdə, Qaraçaqay xan xristian erməni əsilli və uşaqlıq dostu olan Yusif xana da toy məclisinin ilk müddətində ziyafət verməyi əmr etdi. [7] Elə həmin il Səfəvi gürcü zabiti Murav bəy (Georgi Saakadze) ilə birlikdə Qaraçaqay xan Gürcüstandakı üsyançılara qarşı cəza ekspedisiyasını təşkil etdi. [8] Murav bəy Martqopidə Səfəvi ordusu düşərgəsinə gözlənilmədən hücum edən və Qaraçaqay xanı[9] və onun oğullarından biri İmamverdi xanı [8] öldürən üsyançılarla sui-qəsdə başçılıq etdi. Hər ikisi Məşhəddə bir ailə türbəsi kompleksində dəfn edildi. [8]
Qaraçaqay xanın digər övladlarından Əbu əl-Fəth Mənuçöhr xan (vəfatı 1636) Məşhəd qubernatorluğuna (bəylərbəyi) yüksəldi və Əliqulu xan Qum darğası və şah kitabxanasının rəhbəri oldu. Mənuçöhr xanın oğlu II Qaraçaqay xan (vəfatı c. 1668), eyni zamanda Məşhəd bəylərbəyi idi. Onların hamısı təhsil və mədəniyyətin hamisi kimi tanınırdılar. [10][8][11]
İstinadlar
redaktə- ↑ Babaie, 2004. səh. 125–126
- ↑ Babaie, 2004. səh. 121
- ↑ Babaie, 2004. səh. 125
- ↑ Floor, 2001. səh. 21
- ↑ Babaie, 2004. səh. 126
- ↑ Floor, 2008. səh. 241
- ↑ Floor, Herzig, 2015. səh. 484
- ↑ 1 2 3 4 Babaie, 2004. səh. 127
- ↑ Rayfield, 2012. səh. 194
- ↑ Matthee, 2011. səh. 28
- ↑ Babaie, 2004. səh. 130
Xarici keçidlər
redaktə- Babaie, Sussan. Slaves of the Shah: New Elites of Safavid Iran. I.B.Tauris. 2004. ISBN 1860647219.
- Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. 17–23. ISBN 978-1568591353.
- Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. ISBN 978-1933823232.
- Floor, Willem; Herzig, Edmund, redaktorlar Iran and the World in the Safavid Age. I.B.Tauris. 2015. ISBN 978-1780769905.
- Matthee, Rudi. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. I.B.Tauris. 2011. ISBN 0857731815.
- Rayfield, Donald. Edge of Empires: A History of Georgia. Reaktion Books. 2012. ISBN 1780230303.