Qala Aviabazasi - Wikipedia
Qala aviabazası — Azərbaycan Respublikasının Xəzər rayonunda, Bakıdan şərqdə yerləşən, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi aerodrom. Aviabazada əsasən hərbi helikopterlər üçün nəzərdə tutulmuşdur.
Qala aviabazası | |
---|---|
40°24′23″ şm. e. 50°12′00″ ş. u.HGYO |
|
IATA: yoxdur – ICAO: yoxdur | |
Məlumat | |
Hava limanı tipi | Hərbi |
Ölkə | Azərbaycan |
Tarixi
redaktəAerodrom inzibati cəhətdən Xəzər rayonunun Qala qəsəbəsindən 5 km cənub-şərqdə yerləşir. SSRİ dönəmində hərbi məqsədlər üçün istifadə edilirdi. Burada 482-ci qırıcı aviasiya polku yerləşirdi. Sonrakı dönəmlərdə HHMQ xidmət etmişdir.
1949-cu ilin iyul ayından 1952-ci ilin iyul ayına kimi burada 518-ci qırıcı aviasiya polku yerləşdirilmişdir. Uçuşlar YK-9U və MiQ-15 təyyarələri ilə həyata keçirilmişdir. 1980 - 1992 illərdə burada 300-cü qarışıq aviyasiya eskadrilyası fəaliyyət göstərirdi.
Hazırda isə Azərbaycan Hərbi Hava Qüvvələrinin bazasındadır.
Xüsusiyyəti
redaktəAerodrom 40 fut (12 m) dəniz səviyyəsindən yuxarıda yerləşir. Burada uçuş-eniş zolağının uzunluğu 2643 m, eni isə 40 metrdir.
Mənbə
redaktə- Dünya hava limanları Arxivləşdirilib 2019-08-30 at the Wayback Machine
- Maykl Holm