Qabion - Wikipedia
Qabion (fr. gabion; it. gabbione - "böyük qəfəs") və ya qabion konstruksiyaları[1][2][3] — tikintidə qabion konstruksiyaların yaradılması üçün nəzərdə tutulmuş altıbucaqlı hücrələri olan burulmuş məftildən hazırlanmış müxtəlif formalı və həcmli məhsulların adıdır.
Yerinə qoyulduqda daşla doldurulan sinklənmiş (və ya alüminium) məftildən toxunmuş qutu formalar (qabionlar) 1906-cı ildə italyan mühəndis Palvis tərəfindən icad edilmişdir.
İstifadəsi
redaktəQabionların inşaat mühəndisliyində ən çox istifadə edildiyi tətbiqlərini maili ərazilərdə sürüşmələrin qarşısının alınması, çay yataqlarında daşqınların qarşısının alınması və eroziyanın qarşısının alınması kimi demək mümkündür. Daşqınlara qarşı mübarizə aparmaq məqsədilə görülən tədbir kimi, müvəqqəti bəndlərin tikilməsində və ya çayların məcrasının dəyişdirilməsi işlərində də istifadə olunur. Qabion bir-birinə yapışdırılmış doldurucu materiallardan (daş, kərpic və digər tikinti materialları) ibarət olduğu üçün, onun möhkəmliyini artırmaq məqsədilə arxası maili yerlərdə istifadə edilməsinə üstünlük verilir. Yerdə bir-birinə birləşdirilmiş bir qabiona nisbətən bir qəfəs daxilindəki divar bir sıra üstünlüklərə malikdir. Müxtəlif formalarda divarlar tikilə bilər. Bitkilər divarların üstündə kök salması divarların möhkəmliyini zamanla artıra bilər. Bu tipli qabionların funksional ömrü doldurucu materiallardan daha çox, doldurucu materialları bir yerdə saxlayan bərkidicinin (suvayıcı materiallar) istifadə müddətindən asılıdır.
İstehkam
redaktəOrta əsrlərdə istehkam kimi istifadə edilən qabionlar yuxarıdan və aşağıdan açıq olan və daxili doldurucu materiallar ilə doldurulmuş qəfəslərdən ibarət idi. Bu ilkin nümunələrin tikilməsinin əsas məqsədi döyüş meydanında artilleriya bölmələrini (topçular) düşmən atəşindən mühafizə etmək idi. Yüngül olduğundan bir yerdən başqa bir yerə aparılması olduqca asan olan bu divarlar müxtəlif ərazilərdə tikilə bilirdilər. Həmçinin bu divarlar bir-birinə keçirilə də bilərdilər. Müasir hərbi tətbiqlərdə qabionlar ön postlarda partlayıcı maddələrə, şrapnellərə, minaatanlara və ya artilleriya atəşinə qarşı şəxsi heyəti mühafizə etmək məqsədilə istifadə edilirlər. Xüsusilə belə ərazilərdə yerləşən yataqxanaların və yeməkxanaların ətraf əraziləri qabionlar ilə əhatə olunurlar.
Qalereya
redaktə-
Stuben qabionları
-
Gabion
-
Qabion detalı
-
Kelenfold qabionu
-
Qabion
-
Qabion
-
Qabion qutuları
- ↑ "Gabion Construction in Baku Boulevard". ADO-G INTERNATIONAL. 28-07-2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28-07-2024.
- ↑ "https://www.gurukrupawires.com/azerbaijan/tailed-gabion". Tailed Gabion in Azerbaijan. 2024-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-28.
- ↑ "GABION STONE". 2024-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-28.