Qedim Gence Nekropollari - Wikipedia
Qədim Gəncə nekropolları və kurqanları — Qədim Gəncə şəhər yeri ərazisində yerləşən VII-IX əsrlərə və XI-XIII əsrlərə aid iki tarixi qəbirsanlıqdır. 1939-cu ildə İ. Cəfərzadə tərəfindən aparılmış arxeoloji qazıntılar nəticəsində Qədim Gəncə nekropolunun daha qədim dövrə aid kurqanların yerləşdiyi sahədə olması müəyyən edilmişdir.[1] Bu kurqanlar, bütün Azərbaycan ərazisində yayılmaqla daha sıx halda Kiçik Qafqaz dağlarının ətəklərində, Mil və Muğan düzlərində, həmçinin az miqdarda Böyük Qafqaz dağları ətəklərində yerləşirlər.[2]
Qədim Gəncə nekropolları və kurqanları | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Qədim Gəncə |
İstinad nöm. | 558, 559, 563 |
Kateqoriya | nekropol |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
İ. Cəfərzadə qeyd edir ki, Kurqan tipli qədim qəbirlərin üstündə Nizami dövrünə (XII əsr) aid ikinci dəfn təbəqəsinin yaradılması, bu ərazinin hər-hansı kult əhəmiyyəti daşımış olmasından xəbər verə bilər.[2] Qədim Gəncə nekropolundakı mədəni təbəqələşmənin oxşarını Ağdam və Xankəndi şəhərləri arasında yerləşən Xocalı kurqanlarında, Ağdam və Əsgəran arasında yerləşən Qaraağaclı qəbirsanlığında da müşahidə edilir.[2]
İ. Cəfərzadə belə hesab edir ki, Qədim Gəncə sakinləri vəfat etmiş yaxınlarını bu ərazilərin qədim sakinlərinin dəfn olunduğu ərazidə dəfn etməyə davam etmişlər.[2] 1938-1939-cu illərdə qəbiristanlıq ərazisində 3 kurqan və 6 məzar açılmış, onların ətrafı təmizlənmiş və ətraflı tədqiq edilmişdir.[2]
İstinadlar
redaktə- ↑ Джафарзада, 1949. səh. 42
- ↑ 1 2 3 4 5 Джафарзада, 1949. səh. 43
Ədəbiyyat
redaktə- Джафарзаде, И. М. Историко археологический очерк Старой Гянджи. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1949.