Pyotr Bezobrazov - Wikipedia
Pyotr Alekseyeviç Bezobrazov (rus. Пётр Алексе́евич Безобра́зов; 29 yanvar 1845 – 17 iyul 1906 və ya 17 iyun 1906, Sankt-Peterburq) – Rusiya İmperator Donanmasının admiralı. Rus-yapon müharibəsi zamanı Vladivostok eskadrasının komandiri olmuşdur. Müharibədən sonra donanmanın görkəmli fiqurlarından biri olmağa davam etmişdir.[1]
Pyotr Bezobrazov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 yanvar 1845 |
Vəfat tarixi | 17 iyul 1906 (61 yaşında) və ya 17 iyun 1906 (61 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Döyüşlər | |
Təltifləri |
Həyatı
redaktəPyotr Bezobrazov 1842-ci ildə doğulmuşdur. 1864-cü ildə "Dmitrii Donskoi" freqatında donanma xidmətinə başlamışdır. 1883-cü ildə "Svietlana" freqatının zabiti olmuşdur. 1885–1888-ci illərdə bir neçə kanoner qayığının komandiri təyin olunmuş, 1890-cı ildə kapitan rütbəsinə yüksəlmişdir. 1893–1897-ci illərdə "General-Admiral" krayserinin və "Navarin" döyüş gəmisinin komandiri olmuşdur. 1897-ci ildə kontr-admiral rütbəsinə yüksəlmiş, 1901-ci ilə qədər Kronştadtdakı donanma bazasındə heyət başçısı və Baltika Donanmasında köməkçi komandir olmuşdur. Daha sonra Qara Dəniz Donanmasında xidmət göstərməyə başlamış və 1903-cü ildə vitse-admiral rütbəsi almışdır.[1]
Rus-yapon müharibəsi
redaktəVitse-admiral Stepan Makarovun ölümündən sonra 8 may 1904-cü ildə Birinci Sakit Okean Eskadrasının baş komandanı təyin olunmuşdur. 12 iyun 1904-cü ildə Vladivostoka gəlmişdir, lakin yaponlar dənizlərə nəzarət etdiyi üçün Port-Arturdakı eskadraya birbaşa komandanlıq edə bilməmiş, onun vəzifəsi sadəcə kağız üstündə qalmışdır. Bezobrazov Vladivostok eskadrasının komandanlığını öz üzərində götürmüş və 15 iyun 1904-cü ildə Tsuşima boğazı hücumu zamanı Vladivostok Müstəqil Krayser Eskadrasına başçılıq etmişdir. "Rossia", "Rurik" və "Gromoboi" krayserlərindən ibarət olan bu eskadra Yaponiyanın üçün nəqliyyat gəmisini batırmışdır.[1]
Bezobrazov 1904-cü ilin sentyabrında Kronştadta göndərilmiş və Baltika Donanmasının baş komandanı təyin olunmuşdur. 1904-cü ilin dekabrından 1906-cı ilin iyuluna kimi əsas donanma heyətinin başçısı olmuşdur.[1]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Kowner, Rotem. Historical Dictionary of the Russo–Japanese War (ingiliscə). The Scarecrow Press. 2006. 69. ISBN 978-0-8108-4927-3. İstifadə tarixi: 29 aprel 2023.