Psixoloji Roman - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Psixoloji roman - roman janrının insanın daxili aləmini, insan qəlbinin ən gizli tərəflərini açıb göstərən növüdür.
Ümumi məlumat
redaktəQəhrəmanların duyğu və düşüncələrinin, daxili hiss-həyəcanlarının ifadəsinə geniş yer verən, hadisələri qəhrəmanların davranışında əks etdirən romanlar psixoloji romanlar adlanır.
Bütün romanlar hər vaxt "mən"in sirlərini araşdırıblar. İnsan xəyali bir adam, roman fiquru yaratdığı zaman ən təcrübəli yazıçı belə avtomatik olaraq bu sualı verir; bu "mən" nədir? "Mən"i necə araşdırmalı? Necə olur olsun, bir romanın ən birinci problemi budur. Bu suala verilən cavab roman tarixini dəyişik meyl və dövrlərə ayırmağımıza imkan verər və onun adi və ya psixoloji olduğuna qərar verər.
Avropada yaşayan ilk romançılar psixologiyanın fərqində belə deyildilər. Bu cür romanın qabaqcıllarından olan Covanni Bokkaçço yalnız hadisələri və macəraları izah edərdi. Lakin izah etdiyi gülünc əhvalatların arxasında insanların bir-birlərinə bənzədiyi yeksənək həyatdan hərəkətləri ilə qopduqları anlayış dayanırdı. İnsan hərəkətləri ilə özünü o birilərindən fərqləndirərək fərd olur. Dante bunu çox-çox əvvəllər söyləyib: "Hər hərəkətin arxasında insanın özünü göstərmək, nəzərə çarpdırmaq məqsədi var."
Əgər davranışlar "mən"i ələ keçərməyimizə icazə vermirsə, o zaman nə edəcəyik? O zaman "mən"in izinə düşmüş roman daxili həyatın görünməz dünyasına keçə bilmək üçün hərəkətlərin görünən dünyasına bir an üçün kürəyini çevirmək məcburiyyətində qalır.
Milan Kundera qeyd edir: Mənə belə gəlir ki, psixoloji roman ənənəsi Prust və Joysla zirvəyə çatıbdır. Joys daha dərkolunmaz bir şeyi, keçmiş zamanı həll edir. Daha doğrusu indini. İndidən daha bariz, daha aydın heç nə yoxdur. Üstəlik də indi davamlı olaraq bizdən uzaqlaşır. Həyatın bütün ağrıları indinin içərisindədir. Təkcə bir saniyə içində görmə, eşitmə, qoxu və hiss etmə orqanlarımız şüurlu, ya da şüursuz bir çox şeyi qeyd edir və başımızın içindən duyğu hissləri ilə yüklənmiş qatar ötüb keçir. Hər an kiçik bir dünya ortaya çıxar və bir sonrakı an tərəfindən yox edilər. Bax, Joysun nəhəng mikroskopu bu keçən anı tutub bizə göstərir. Amma "mən"i ələ keçirmək üçün göstərilən səy daha bir paradoksla toqquşur: "Mən"ə nə qədər böyük bir mikroskopla baxsaq da, "mən" və xüsusiyyətləri bizdən o qədər çox uzaqlaşar. Joysun ruhumuzu atomlarına qədər ayıran mikroskopu altında hamımız bir-birimizə bənzərik.
Azərbaycanda psixoloji roman
redaktəAzərbaycanda da psixoloji roman yazan müəlliflər vardır. Onlardan Y.Səmədoğlu, R.Abdullaoğlu və s. müəlliflər vardır. Y. Səmədoğlunun "Qətl günü" romanı psixoloji romanlardandır. Rövşən Abdullaoğlu nun"Bu şəhərdə kimsə yoxdur", "Relslər üzərinə uzanmış adam" romanları ölkədə bestsellerə çevrilmiş romanlardır. "Relslər üzərinə uzanmış adam" adlı roman çox fərqli bir səpkidə yazılıb. Kitab oxucunu elə ilk səhifələrindəncə özünə cəlb edir. Əsərdə müasir dünyanın bir sıra ictimai, psixoloji və fəlsəfi problemlərinə toxunulub.
Həmçinin bax
redaktəMənbə
redaktəhttps://www.azleks.az/az/online-dictionary/psixoloji+roman
https://news.milli.az/country/525711.html