Proletariya - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Proletariya (alm. Proletariat; lat. proletarius — yoxsul sözündən) — müasir cəmiyyətdə əsas siniflərdən biri, muzdlu fəhlə; fəhlə sinfi. Yoxsul, heç bir mülkiyyəti olmayan adama deyilir.
Marksist nəzəriyyədə proletariya
redaktəMarksist nəzəriyyədə proletariat istehsal vasitələrinə sahib olmayan sinfin adıdır. Proletar[1] maaş alan fəhlədir. Proletariat, feodalizmin həll edilməsilə mülksüzləşən insanların, əmək gücünü müəyyən ödəniş qarşılığında satmaqdan başqa həyat variantı qalmaması ortaya çıxan, istehsaldakı mövqeləri etibarilə müəyyən bir qrup təşkil edən təbəqənin sinfi kimi tanınmasıdır.
Marksizm proletariat və burjuaziya (kapitalist sinif) bir-birinin ziddi iki mövqeyə ayırır, nümunə olaraq zavod işçisi pulunu mümkün qədər almaq istəyərkən müdir sayılan istehsal vasitələrinə malik insanlar da mümkün qədər az verməyə çalışır. Bunun da arxasında, hər iki sinif, istehsaldakı yerləri və ictimai həyatdakı mövqeləri tamamilə qarşıdurma vəziyyətindədirlər. Bu qarşıdurma müvəqqəti və aradan qaldırılan deyil, əksinə, ancaq sinifsiz cəmiyyətə keçdikdə bitəcək bir qarşıdurmadır. Proletarianın sinfi maraqları, Marksist nəzəriyyəyə görə, mövcud ictimai sistemin tamamilə aşılmasını və bir sinif olaraq özünün də ortadan qalxmasını tələb edir, lakin burjuaziya öz varlığını bu sistemin davam etdirilməsində tapır.
İstinadlar
redaktə- ↑ Proletar, Sözün mənası. "Nədir?". 2024-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-11.