Portal Ulduz Muharibeleri - Wikipedia
Intro · Almanax · Kateqoriyalar · Qlossarilər · Mövzu siyahıları · İcmallar · Portallar · Suallar · Sayt xəbərləri · İndeks İncəsənət | Mədəniyyət | Coğrafiya | Sağlamlıq | Teatr | İnsanlar | Fəlsəfə | Elm | Cəmiyyət | Texnologiya Uzun müddət əvvəl, qalaktikanın uzaq yerlərində, çox uzaqlarda....
Ulduz müharibələri Corc Lukas tərəfindən yaradılmış filmlər seriyasına əsaslanan Amerikan epik kosmik opera françayzıdır. Filmlər seriyası sonradan genişləndirilərək media françayzına çevrilmiş, kitablar, teleseriallar, kompyuter və video oyunları və komiks kitablarını da əhatə edən Geniş Kainat yaradılmışdır. Filmlərə edilmiş bu əlavələr Ulduz müharibələri kainatının daha da genişləndirilməsi və zənginləşdirilməsinə səbəb olmuşdur. Əlavə media nümunələri vasitəsiylə saqaya daxil olan filmlərin çıxışı arasındakı müddətdə də mövzünun aktuallığı saxlanmışdır. Filmlər seriyasında "uzaq, çox uzaq" kimi təsvir edilən qalaktikada yerləşən kainat təsvir olunur. Bu kainatda Cedaylar əsasən xeyir, Sith isə onlarla mübarizə aparan şər kimi təsvir olunur. Onların istifadə etdikləri silah olan işıq qılıncı populyar mədəniyyətdə geniş yayılmışdır. Uydurma Ulduz müharibələri kainatında xüsusilə fəlsəfə və din əsasında formalaşdırılmış bir çox mövzulara toxunulmuşdur. Filmlər seriyasının ilk filmi olan Ulduz müharibələri 25 may 1977-ci ildə 20th Century Fox tərəfindən çıxarılmış və bütün dünyada pop mədəniyyət fenomeninə çevrilərək, üç illik intervalla çıxarılan iki prikvelin yaradılmasına səbəb olmuşdur. Trilogiyadan olan sonuncu filmin çıxarılmasından on altı il sonra yeni prikvel trilogiyasının ilk filmi təqdim edilmişdir. Yeni prikvel filmləri də üç illik intervalla çıxarılmış, bu trilogiyadan olan sonuncu film isə 19 may 2005-ci ildə təqdim edilmişdir. 2012-ci ilin oktyabrında Lucasfilmi $4.05 milyarda alan The Walt Disney Company üç yeni filmin çıxarılacağını açıladı ki, bunlardan da Ulduz müharibələri: Epizod VII adlandırılan ilk filmin 25 dekabr 2015-ci ildə təqdim edilməsi planlaşdırılır. 20th Century Fox ilk iki Ulduz müharibələri trilogiyasının distribyutorluq hüququnu özündə saxlamaqla, ilk film olan Epizod IV: Yeni ümid filmi üzərində daimi hüquqa malikdir, həmçinin 2020-ci ilin mayına kimi Epizod I-III, V vəVI üzərində də hüquqlarını saxlayacaq. İlk üç film əsasən müsbət qəbul edilmiş, onlardan sonuncusu bir qədər zəif kimi vurğulanmış, prikvel trilogiya isə qarışıq rəylər almışdır. Hər altı film Oskar mükafatına namizəd göstərilmiş və ya mükafatı qazanmışdır. Filmlər seriyasına daxil olan bütün filmlər gəlir uğurları əldə etmiş, ümumi kassa gəlirləri ( Ulduz müharibələri. Epizod II: Klonların hücumu filminin kinoteatr gəlirləri də daxil olmaqla) ümumilikdə $4.49 milyard olan Ulduz müharibələri filmlər seriyası beşinci ən gəlirli filmlər seriyası olmuşdur. Uğurun səbəblərindən biri də seriyaya daxil olan filmlərin müxtəlif kinoteatrlarda dəfələrlə təkrarən göstərişə girməsi olmuşdur.
Ulduz müharibələri. Epizod 1: Fantom təhlükəsi (ing. Star Wars Episode I: The Phantom Menace) - 1999-cu ildə istehsal olunmuş ABŞ filmidir. Filmin ilk baxış tarixi 19 may 1999-cu ildə, yenidən baxış tarixi isə 2012-ci ildə göstərilmişdir. Filmin əvvəlində iki cadey cəngavərləri usta Kvay-Qon Cinn və Obi-Van Kenobi Ticarət Federasiyası ilə Nabu planeti arasında baş verən vergi anlaşılmazlığını həll etmək üçün bura braışçı kimi göndərilirlər. Lakin Ticarət Federasiyası tərəfindən gələn Nut Hanrey başçısı Dart Sidiusun sözlərinə itaət edərək cadeylərin gəmilərini atəşə tutur. Xoşbəxtlikdən cadeylər sağ qalırlar və Nabu planetinin C-9979 Dederasiyasının transportuna qaçmağı bacarırlar. Planetin yuxarı hissəsində cadeyləri həmkarları tərəfindən nadinclik səbəbindən qovlanılan qunqan Ca-Ca Vinks ilə görüşürlər. Ca-Ca Vinks onları su altı qunqan şəhəri olan Oto-Qunqa aparır ki, cadeylər buranın başçısı Boss Nass ilə görüşsünlər. Boss Nass cəngavər cadeylərə su altı qayıq verir ki, planetin paytaxtı Tidə çata bilsinlər. Bu zaman onları Ca-Ca Vinks müşahidə edəcəkdir. Lakin Ticarət Federasiyası Nabu planetinin paytaxtına hücum edir və 14 yaşlı kraliça Padme Amidalı əsir götürürlər. Cadeylər Padme Amidalı xilas edərək Qalaktika paytaxtı Korusanta çatmaq istəyirlər ki, anlaşılmazlığı barış yolu ilə həll etsinlər. Ticarət Federasiyası Amidal gəmisinə ciddi zərbə endirirlər. Amma R2-D2 nömrəli astroidlər gəmini təmir etməyi bacarırlar və cadeylər xilas olurlar. Cadeylər gəmini Tatuin adlısəhra planetində saxlamağa məcbur olurlar. Onlar burada anası Şmi Skayuoker ilə birlikdə toydarians Uottonun köləliyi altında yaşayan texnikanı yaxşı bilən 9 yaşlı uşaq Znakin Skayuoker ilə rastlaşırlar. Kvay-Qon Cinn qədim adətlərə görə onu seçilmiş hesab edir. Сorc Valton Lukas-kiçik (ing. George Walton Lucas, Jr.) — Məşhur ABŞ rejissoru və milyarderidir. Onun şəxsi kapitalında 3,2 milyard dollar pulu vardır. Corc Lukas 14 may 1944-cü ildə ABŞ-ın Kaliforniya ştatının Modesto şəhərində anadan olmuşdur. Lukas professional avtomobil yarışçısı olmağı xülya edərkən litseyi bitirdikdən dərhal sonra keçirdiyi yol qəzası səbəbiylə bundan imtina etdi və həyatı dəyişdi. Cənub Kaliforniya Universitetində Film İncəsənətini oxumağa qərar verən Lukas bu dövrdə çəkdiyi qısametrajlı filmlərdən biri olan THX-1138: 4EB (Electronic Labyinth) ilə Amerikan Milli Şagird Filmləri Festivalında ilk mükafatını qazandı. Bunun nəticəsində Warner Bros. şirkətində şagirdliyə başladı. Burada Frensis Ford Koppolanın idarə etdiyi "Finianın göy qurşağı" ("Finian's Rainbow", 1968) filminin çəkilişlərinə qatıldı. Koppola ilə yoldaşlıqları bu filmdən başladı. Birlikdə 1969-cu ildə "American Zoetrope" adlı bir şirkət qurdular. Etdikləri ilk iş də THX-1138: 4EB filminin uzun metrajlı versiyasını çəkmək oldu. Warner Bros. şirkətinin maliyyəyə etdiyi film kassada müvəffəqiyyət qazana bilmədi. I: Fantom təhlükəsi (1999)
İndi cəsarətli ol və arxaya baxma. Arxaya baxma!
“Epizod 1: Gizli təhlükə"
|