Corc Lukas - Wikipedia
Сorc Valton Lukas-kiçik (ing. George Walton Lucas, Jr.; 14 may 1944[1][2][…]) — Məşhur ABŞ rejissoru və milyarderidir. Onun şəxsi kapitalında 3,2 milyard dollar pulu vardır.[3]
Corc Lukas | |
---|---|
George Walton Lucas | |
Doğum adı | George Walton Lucas Jr. |
Doğum tarixi | |
Doğum yeri | ABŞ |
Vətəndaşlığı | ABŞ |
Uşaqları | 4 |
Fəaliyyəti | Rejissor |
Fəaliyyət illəri | 1964-cü ildən |
Təhsili |
|
Boyu | 168 sm |
Üzvlüyü | |
Mükafatları | |
IMDb | ID0000184 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCorc Lukas 14 may 1944-cü ildə ABŞ-nin Kaliforniya ştatının Modesto şəhərində anadan olmuşdur. Lukas peşəkar avtomobil yarışçısı olmağı xülya edərkən litseyi bitirdikdən dərhal sonra keçirdiyi yol qəzası səbəbiylə bundan imtina etdi və həyatı dəyişdi. Cənub Kaliforniya Universitetində Film İncəsənətini oxumağa qərar verən Lukas bu dövrdə çəkdiyi qısametrajlı filmlərdən biri olan THX-1138: 4EB (Electronic Labyinth) ilə Amerikan Milli Şagird Filmləri Festivalında ilk mükafatını qazandı. Bunun nəticəsində Warner Bros. şirkətində şagirdliyə başladı. Burada Frensis Ford Koppolanın idarə etdiyi "Finianın göy qurşağı" ("Finian's Rainbow", 1968) filminin çəkilişlərinə qatıldı. Koppola ilə yoldaşlıqları bu filmdən başladı. Birlikdə 1969-cu ildə "American Zoetrope" adlı bir şirkət qurdular. Etdikləri ilk iş də THX-1138: 4EB filminin uzun metrajlı versiyasını çəkmək oldu. Warner Bros. şirkətinin maliyyəyə etdiyi film kassada müvəffəqiyyət qazana bilmədi. Koppola "Ata" (1972) filmi üçün işə başlayınca Corc Lukas öz şirkəti olan "Lucasfilm Ltd." adlı şirkət qurdu. 1973-ci ildə ssenarisini yazdığı, öz həyatından da kəsiklər daşıyan "Amerikalı qraffit" filmini idarə etdi. Yalnız 780.000 mmin dollar büdcə ilə çəkilən, 50 milyon dollar gəlir qazanan bu filmlə Corc Lukas "Qızıl Qlobus mükafatı"nı qazandı. "Ən Yaxşı Film", "Ən Yaxşı Rejissor", "Ən Yaxşı Ssenari" daxil olmaq üzrə 5 budaqda Oskara namizəd göstərildi. Eyni il Corc Lukas "Fleş Qordon" və "Meymunlar Cəhənnəmi" filmindən təsirlənərək "Ulduz Döyüşləri"nin ssenarisini yazmağa başladı. 1975-ci ildə bu film üçün lazımlı olan vizual efektlerin yaradılacağı "ILM" (Industrial Light & Magic) şirkətini qurdu. "Star Wars" proyekti bir neçə studiya tərəfindən rədd edilsə də sonunda "Twentieth Century Fox" tərəfindən qəbul edildi. "Ulduz Döyüşləri" filmlərinin bütün seriyalarını müvəffəqiyyət əldə etdi. Bu filmlərin ardınca bir sıra digər filmlərin ssenarisini yazmış və rejissorluq etmişdir.
Filmoqrafiya
redaktəİl | Film | Orijinal adı | Qeydlər |
---|---|---|---|
1965 | Frenheyt | Freiheit | Rejissor, ssenarist, operatorudur |
1970 | THX 1138 | THX 1138 | Rejissor, ssenarist |
1973 | Amerikalı qraffit | American Graffiti | Rejissor, ssenarist |
1977 | Ulduz müharibələri. Epizod IV: Yeni ümid | Star Wars. Episode IV: A New Hope | Rejissor, ssenarist, montajçı |
1980 | Ulduz müharibələri. Epizod V: İmperiya cavab zərbəsi endirir | Star Wars: Episode V The Empire Strikes Back | Prodüser, ssenarist |
1983 | Ulduz müharibələri. Epizod VI: Cedinin qayıdışı | Star Wars: Episode VI Return of the Jedi | Prodüser, ssenarist |
1984 | İndiana Cons və taleyin məbədi | Indiana Jones and the Temple of Doom | Prodüser, ssenarist |
1989 | İndiana Cons və son səlib yürüşü | Indiana Jones and the Last Crusade | Ssenarist, prodüser |
1994 | Radio ölkəsində qətl | Accidental Hero | Qeyl Qeyli |
1999 | Ulduz müharibələri. Epizod 1: Fantom təhlükəsi | Star Wars: Episode I The Phantom Menace | Morqan Adams |
2002 | Ulduz müharibələri. Epizod II: Klounların yürüşü | Star Wars: Episode II Attack of the Clones | Rejissor, prodüser, ssenarist |
2005 | Ulduz müharibələri. Epizod III: Sithin qisası | Star Wars: Episode III Revenge of the Sith | Rejissor, prodüser, ssenarist |
İstinadlar
redaktə- ↑ George Lucas // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ Barson M. George Lucas // Encyclopædia Britannica (ing.).
- ↑ "George Lucas — The World's Billionaires 2011" (ingilis). Forbes (журнал). 2012-02-11 tarixində arxivləşdirilib.
Xarici keçidlər
redaktə- Corc Lukas — IMDb səhifəsi