Portal Seylor Mun - Wikipedia
Moon Pride (və ya MOON PRIDE) — 30 iyul 2014-cü ildə yayımlanan, Yaponiyanın Momoiro Clover Z qız musiqi qrupunun 12-ci sinqlı. Sinqlda 2014-cü ildən göstərilməyə başlanılan "Seylor Mun: Kristal" cizgi serialının mövzu musiqiləri yer almışdır. ("Moon Pride" açılış mahnısı, "Gekko" bağlanış mahnısıdır.) "Moon Pride" Sound Horizon orkestrından Revo tərəfindən yazılmış, bəstələnmiş və hazırlanmışdır. Qitara soloları ABŞ rok musiqiçisi Marti Fridman tərəfindən ifa edilmişdir. Sinqlın yayınlanmış 2 versiyası mövcuddur: "Sailor Moon Edition" və "Momoclo Edition". "Sailor Moon Edition"-nun Blu-ray diski və musiqili videosu mövcuddur. "Momoclo Edition"-nun sadəcə CD formatı mövcuddur, bununla əlavə "Seylor Mun R: Film" filmindən "Moon Revenge" mahnısı əlavə olunmuşdur.
Naoko Takeuçi (武内 直子, Takeuchi Naoko?, Yaponca tələffüz: [ta.keꜜ.u͍.tɕi naꜜ.o.ko], d. 15 mart 1967, Kofu) — yapon manqaka. "Codename: Sailor V" (1991-1997) və "Seylor Mun" (1991-1997) manqa seriyalarına görə tanınır. 1985-ci ildə "Yume ja Nai no Ne"-yə görə 2-ci Nakayoşi Komiks Mükafatını, 1986-cı ildə "Sevgi səsi"nə görə Yeni Sənətçi Mükafatını qazanmışdır. Onun yazdığı "Seylor Mun" manqa seriyası dünyada ən məşhur manqa seriyalarından birinə çevrilmişdir. İndiyə qədər bütün dünyada manqanın 35 milyon nüsxəsi satılmışdır. Bu manqa seriyasına görə 1993-cü ildə Kodansya Manqa Mükafatına layiq görülmüşdür. Yaponiyadan xaricdə manqanın anime adaptasiyası daha çox məşhurluq qazanmışdır və Qərbdə Yaponiya animelərinə qarşı maraq böyümüşdür. Kendzi və İkuko Takeuçinin qızı kimi 1967-ci ildə anadan olmuşdur. Özündən yaşça kiçik olan Şinqo adlı qardaşı var. O, ailəsinin üzvlərinin adlarını "Seylor Mun" manqasında istifadə etmişdir. Bunu verdiyi açıqlamaqlarda və müsahibələrdə tez-tez bildirir.
Seylor Yupiter (セーラージュピター, Sērā Jupitā?) — Naoko Takeuti tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Makoto Kinodur. (木野 まこと, Kino Makoto?) Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Yupiter Usaqi Tsukino tərəfindən tapılmış 3-cü Seylor döyüşçüsüdür. Komandanın ən uzun boylu (168 sm) və ən güclü üzvlərindən biri olduğundan komandanın "vuran qolu"dur. Planeti Yupiterin verdiyi güc sayəsində Makoto elektriki və bəzi bitki növlərini idarə etmək, şimşək çaxdırmaq gücünə sahibdir. "Seylor Mun" manqasından başqa Seylor Yupiter özündən bəhs edən "Makonun depressiyası" manqasında da yer almışdır. Makonun güclü, müstəqil şəxsiyyəti o saat sezilir: dostları arasında ən hündürüdür. Fiziki cəhətdən çox güclüdür, hətta yeni köçdüyü məktəbdə yayılan şayiəyə görə əvvəlki məktəbindən bir nəfərlə dalaşdığına görə atılıb. Hekayənin gedişində Makoto Usaqi Tsikino və Ami Mizunonun da təhsil aldığı Azabu Yuban məktəbinə keçir.
Starlaytlar dedilər mənə...əgər mən təslim olmasam, onlar həmişə mənim yanımda olacaqlar! Mən təslim olsam, hər kəs, doğrudan da, gedə bilər! Buna görə də təslim olmayacağam! Heç vaxt! — Seylor Mun, animenin 200-cü seriyasında düşməni Seylor Qalaksiya qarşısında.
Seylor Mun • Seylor Mun (personaj) • Naoko Takeuçi • Seylor Mun musiqisi • Sailor Moon Crystal seriyalarının siyahısı • Moonlight Densetsu • La Luna Splende • Seylor ulduzları • Seylor Merkuri • Seylor Mars • Seylor Yupiter • Seylor Venera • Çibiusa • Seylor Pluton • Seylor Saturn • Seylor Uran • Seylor Neptun • Moon Pride
|