Cibiusa - Wikipedia
Çibiusa (ちびうさ, Chibiusa?) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. İlk dəfə "Nakayoshi" jurnalının 1993-cü ilin 3 fevralında yayımlanan "Seylor Mun" manqasının 14-cü aktı olan "Son və başlanğıc, Petite Étrangere"-də yer almışdır. Çibiusa XXX əsrdən Seylor Mun və dostlarından kömək istəmək üçün gələn kiçik uşaqdır. Daha sonra Seylor döyüşçüsünə — Seylor Çibi Muna (セーラーちびムーン, Sērā Chibi Mūn?) çevrilmişdir. (İngilis versiyasında isə Seylor Mini Mun.)
Çibiusa | |
---|---|
Çibiusa "Sailor Moon Crystal" animesindən. | |
Franşiz(lər) | "Seylor Mun" |
Nəşriyyat | Nakayoshi |
Yayın tarixi | "Seylor Mun" #13: "Son və başlanğıc, Petite Étrangere" (1993) |
Yaradan | Naoko Takeuçi |
Manqada | var |
Animedə | var |
Profil | |
Əsl adı | Çibiusa Tsukino |
İngilis versiyası | Rini, Seylor Mini Mun |
Növü | insan |
Cinsi | qadın |
Yaxınları | Tsukino ailəsi, Yeni Kraliça Sereniti (ana), Kral Endimion (ata) |
Doğum tarixi | 30 iyun (Xərçəng) |
Yaşı | 5 (əslində 900+)[1] |
Ləqəb(lər)i | Şahzadə Usaqi Balaca Leydi Sereniti, Usaqi Tskino, Qara Leydi |
Komandaları | Seylor döyüşçüləri, Seylor Kvartet, Qara Ay (Qara Leydi kimi) |
Çibiusanın tam adı Şahzadə Usaqi Balaca Leydi Sereniti (プリンセス・うさぎ SLセレニティ?, Purinsesu Usagi Sumōru Redi Sereniti)[2] şəklindədir. Anasının soyadını qəbul etdiyindən XX əsrdə Çibiusa Tsukino adı ilə də tanınır. Lakin onu Usaqi Tsukinodan fərqləndirmək üçün başqa adla çağırırlar.[3] Çibiusa sözü çibi (balaca uşaq) və Usaqi sözlərindən əmələ gəlmişdir.
Profil
redaktəMüəllif Naoko Takeuçi Çibiusanı yaramaz və dəcəlliyə meyil göstərən tezböyüyən uşaq kimi təsvir etmişdi.[4] O, Yeni Kraliça Serenitinin və Kral Endimionun qızıdır. Əsl adı anasının adı ilə eynidir, lakin onları fərqləndirmək üçün Çibiusa olaraq çağırılır. İngilis versiyasında istifadə edilən Rini adı anasının adı olan Serenitinin qısaltmasıdır. Çibiusa dovşan qulaqlarını xatırladan çəhrayı saç stili ilə tanınır. Çibiusanın saç rəngi heç vaxt dəyişməmişdir.[5][6]
Yaş
redaktəÇibiusa XXX əsrdən — Kristal Tokio dövründən, ölməz sakinlərin arasından gəlir.[7]
Çibiusa biloji olaraq 5 yaşında olmasına baxmayaraq öz yaşına uyğun olmayan intellektə malikdir. Manqanın 20-ci aktında bunun səbəbinin Kristal Tokioda Əfsanəvi Gümüş Kristal sayəsində 900 il yaşaması göstərilmişdir.[8] Buna görə də bioloji yeniyetmə anası olan Usaqi Tsukinodan (XX əsrdə) daha ciddi şəxsiyyətə malikdir. Onun cavan görünüşü 5 yaşında ikən bədəninin inkişaf etməsinin anlaşılmaz surətdə dayanması ilə izah edilir.[9] Bunun səbəbi heç vaxt başa düşülməmişdir, lakin Seylor Çibi Mun olduqdan sonra bədəni inkişaf etməyə başlamışdır. "Sailor Moon Crystal" animesində yaşının 900 olduğu, "Seylor Mun Supers" animesində yaşının 902 olduğu qeyd olunur. Animedə onun dəqiq yaşı heç vaxt açıqlanmır və tez-tez zaman səyahətləri etməsi onun yaşının fərz edilməsinə mane olur.
Qohumluq əlaqələri
redaktəÇibiusa gələcəkdən gəlib bioloji ata və anası — Mamoru Çiba və Usaqi Tsukino ilə rastlaşsa da, onlara ata və ana münasibəti bəsləmir. Əvəzində onlara şübhəli baxışlarla yanaşır.[10] Gələcəkdəki ata-anası ilə indiki zamanda ata-anasını gördükdən sonra Çibiusanın çətin vəziyyətə düşməsi faktdır. O, həmçinin Yeni Kraliça Sereniti və Kral Endimiona Usaqi və Mamorudan daha hörmətlə yanaşır. Bu, Yeni Kraliça Sereniti və Kral Endimiona daha çox üstünlük verdiyinin göstəricisidir.[10] Çibiusa XX əsrdəki atasını Usaqinin istifadə etdiyi ləqəb ilə — Mamo-çan ilə çağırmasına görə Usaqi ona qarşı bir az sərt davranır.[10]
Çibiusa Usaqini maymaq hesab edir.[10] "SuperS" filmində Çibiusa Usaqini "maymaq, yelbeyin və ağlağan" adlandırmışdı. Buna baxmayaraq, bir çox səhnədə Usaqi və Çibiusanın bir-birilərinə duyduqları sevgiyə aid nümunələr var. Məsələn, Xanım 9 Çibiusanın saf kristal ürəyini[11] götürəndə Usaqinin dünyası alt-üst olmuşdu və ya bir dəfə onu xilas etmək üçün eyvandan tullanmışdı.[12] Aralarında baş verən kiçik mübahisələr ana-qız arasında deyil, sanki iki bacı arasında baş verən mübahisələrə bənzəyir.[10]
Şəxsiyyət
redaktəÇibiusa adətən çox nikbin, rəhmdil və ekstravertdir. O, bir az sosiallaşandan sonra sinif yoldaşları arasında məşhurlaşmışdır. Hətta manqada sinif sədri olmuşdur.[13] XXX əsrdə heç bir Seylor gücü olmadığından Çibiusa daim qəzəbli və utancaq idi.[14] Manqada Seylor güclərinə qovuşduqdan sonra sakin və özünə daha arxayn olmuşdur. Manqada ən böyük arzusu gözəl leydi olmaqdır, başına gələn macəralar bunun ətrafında baş verir. Çibiusa tələbkar olmağa, işləri özü və təkbaşına görməyə çalışır. Bu, onun böyüməsi ilə əlaqədardır.[15] Animedə isə daha subyektiv olsa da, manqadakı kimi yetkin deyil.
Çibiusanın ən böyük arzusu əsl leydi olmaq,[16] bir şahzadə ilə tanış olmaq və bütün tanıdıqları ilə dost olmaqdır.[17] Bununla bərabər gücsüz adi qızdır. Ən sevdiyi rənglər çəhrayı və qırmızı, ən sevdiyi heyvan dovşan, ən sevdiyi qiymətli da. almaz, ən sevdiyi yeməklər puddinq və nazik kökələrdir.[18] Ən sevdiyi fənn rəsm, ən sevmədiyi fənn isə xarici dillərdir. Ən sevmədiyi yemək Usaqinin sevdiyi köklərdir, amma animedə birlikdə kök yedikləri görünmüşdür.[19] Çibiusa evin qayğısına qalmaqdan nifrət edir.[20] Nifrət etdiyi digər şeylərə ildırımlar, fırtınalar,[21][22] ruhlar,[23] vampirlər, stamotoloqlar[24] və iynələr[25] aiddir. Üstündə dovşan təsvirləri olan əşyaları yığmağı sevir, məktəbdə Bağçılıq Komitəsinin üzvüdür.[8] İlk dəfə manqada yer alanda Çibiusanın boyu çox qısa idi, lakin yaşa dolduqca boyu da artmışdır.
Aspektlər və formalar
redaktəÇibiusa müxtəlif təcəssümlərə, xüsusi bacarıqlara, çevrilmələrə və uzunömürlülüyə malikdir. Böyüdükcə bacarıqlarının sayı və imkanları da artmışdır.
Seylor Çibi Mun
redaktəSeylor Çibi Mun (ingilis versiyasında Seylor Mini Mun) Çibiusanın Seylor döyüşçülərindəki şəxsiyyətidir. Döyüşçü geyimi Seylor Munun geyiminə bənzəyir, albalı çiçəyi çəhrayısı və qırmızı rənglərdədir. Kiçik boyuna görə geyiminin bəzi hissələri azacıq qısaldılmışdır. Seylor Çibi Mun bir neçə ləqəb qazanmışdır:[16] Şahzadə döyüşçüsü, Şagird döyüşçü və Məşqdəki döyüşçü.[26] Seylor Mun və Taskedo Maskın qızı kimi döyüşdə hər iki valideyninin səciyyəvi xüsusiyyətlərini nümayiş etdirir. Gizli şəxsiyyəti ilə adi vətəndaş forması fərqlənmir, lakin adi formasında güclərindən istifadə edə bilmir.
Manqada Seylor Çibi Munun gücləri əhəmiyyətlidir, gücləri ilə düşmənlərini məhv edə və öldürə bilər. Döyüşdə Seylor Mun ilə bir tandem təşkil edir. Bəzən isə Taksedo Mask ilə güclərini birləşdirir. Seriyanın sonlarında Seylor Çibi Munun gələcəkdə Helios adlı şahzadə ilə evlənəcəyi fərz edilir. Manqanın əvvəlindən axıracan Çibiusa Seylor döyüşçüsü kimi yetişir. Onun Seylor Kvartet adlı qoruyucuları var.
Animedə Seylor Çibi Munun gücləri az effektlidir. Seylor döyüşçülərinə birbaşa yararlı olmaq əvəzinə düşmənlərin fikrini yayındırmaq ilə məşğuldur. Filmlərdə güclərini valideynləri ilə əlaqələndirsə də, teleseriallarda belə deyil.
Musiqili filmlərdə gücləri həm animedə, həm manqadakı təcəssümləri əsasında göstərilmişdir.
Seylor Çibi Mun böyüdükcə gücləri və bacarıqları da dəyişmiş, buna uyğun olaraq da geyimi dəyişikliklərə uğramışdır. İlk belə hal manqanın 33-cü aktında Müqəddəs qraal ona Super Seylor Çibi Muna (ingilis versiyasında Super Seylor Mini Mun) çevrilməyə icazə verdikdən sonra baş vermişdir. Daha sonra Peqasus ona çevrilmək üçün pudra qabı vermişdir. Animenin 128-ci seriyasında ilk dəfə bu hədiyyə vasitəsilə Super Seylor Çibi Muna çevrilmişdir. Manqanın 42-ci aktında Əbədi Seylor Munun geyiminə bənzər geyimə sahib olmuşdur.[27]
Şahzadə Usaqi Balaca Leydi Sereniti
redaktəŞahzadə Usaqi Balaca Leydi Sereniti (プリンセス・うさぎSLセレニティ, Purinsesu Usagi Sumōru Redi Sereniti?) Çibiusanın əsl və tam adıdır.[2] Lakin valideynləri və dostları onu qısaldılmış adla — Balaca Leydi (スモール・レディ, Sumōru Redi?) adı ilə çağırırlar. Bu ad artıq XXX əsrdə işlənməyə başlanmışdır. İngilis versiyasında (Cloverway) Kiçik Leydi adından istifadə olunur.
Manqada Çibiusa bu şəkli ilə tez-tez ortaya çıxır və açıqlamalar verir. Bu ad hər iki valideyni tərəfində gələcəkdə verilmişdir. Rəsmi salamlaşmalarda özünü bu adla təqdim edir. Dostları və kral ailəsi yanaşı pişiyi Diana da onu bu adla çağırır və onun şahzadə olduğunu bildirmək üçün adına sonluqlar əlavə edir. Çibiusa bu halı ilə "Artbooks IV and the Materials Collection"da digər Seylor döyüşçüləri ilə birlikdə yer almışdır.
Animedə əsasən adi vətəndaş və Seylor Çibi Mun formalarına ehtiyac duyduğundan bu halı ilə çox görsənmir. Bu halı ilə anasına bənzər şəkildə paltar və zərgərlik məmulatı geyinmişdir. Bu hal cəmi iki dəfə — hekayənin 2-ci və 4-cü hissələrində baş vermişdir.[28] SuperS-in kuliminasiya nöqtəsində mələk qanadları geyinmişdir. O, bu qanadlardan Usaqi ilə birlikdə yüksək yerdən düşərkən istifadə etmişdir. Qanadları geymək üçün Usaqi və ya Peqasusdan kömək aldığı məlum deyil.
Animedə Çibiusa bu adı hardan əldə etdiyi demişdir, amma bu ad yenə ancaq dostları və kral ailəsi tərəfindən istifadə olunur. Çibiusa adını daha çox sevir, hətta XX əsrdə Setsunadan onu Balaca Leydi deyil, Çibiusa kimi çağırmasını istəmişdir.[29]
Manqanın 40-cı aktında Çibiusanın böyüdükdən sonra Şahzadə Leydi Sereniti olacağı qeyd olunmuşdur. Bu, "Artbooks IV" və "Artbooks V"-də Heliosun yuxusunda da görülmüşdür.[27][30] Sonda düşmənlər məğlub olduqda Çibiusa böyüdükdən sonra Heliosun onun şahzadəsi olacağını fikirləşmişdir.[31]
Qara Leydi
redaktəQara Ay hekayəsində Çibiusa Usaqi ilə birlikdə XXX əsrə qayıtdıqdan sonra Vaysmen tərəfindən Qara Leydiyə (ブラック・レディ, Burakku Redi?, ingilis versiyasında Zalım Leydi) çevrilmişdir. Vaysmen anasını yenidən canlandıra bilməyən və alt-üst olan Çibiusanının ailə bağlı fikirlərini mənfiyə doğru çevirir. Vaysmen onu inandırmışdı ki, valideynləri onu nə sevirlər, nə də istəyirlər.
Vaysmen ona Qara Kristalın[4] gücünü vermişdir, buna görə də böyümüş, atlas və orqandi paltara və sırğalara sahib olmuşdur. Hətta saçı Usaqinin saçından daha uzun olmuşdur. Alnındakı sarı aypara qara aypara ilə əvəz olunmuşdur. Bu halı tez-tez Şahzadə Demandın və Vaysmenin yanında görünmüşdür.
Qara Leydinin şəxsiyyəti və tarixi anime ilə manqada fərqlənir. Animedə Qara Leydi ailəsini və Seylor döyüşçülərini nifrət edir. Onları öldürməyə çalışır, çünki sevilmədiyini düşünür. Oyuncağı Luna-P-ni tək dostu hesab edir. Manqada Qara Leydi çevrildikdən sonra Luna-P-ni atmış və onu "uşaq oyuncağı" adlandırmışdı. Həmçinin manqada Taskedo Maskı sevir, Usaqinin onu ondan oğurladığını düşünür. Manqanın 22-ci aktında Qara Leydi məkan-zaman fırtınasında Çibiusanı (yəni onu) axtaran Taksedo Maskın zehnini ələ keçirmişdir.
Seylor döyüşçülərini məhv etməyə çalışır. Qara Leydi manqada ilk dəfə 20-ci aktda, animedə isə ilk dəfə 83-cü seriyada peyda olmuşdur. Qara Leydi Taksedo Mask və Seylor Munu öldürməyə çalışmış, amma Seylor Mun Yeni Kraliça Serenitiyə çevrilmiş, qızını qucaqlamışdır. Beləliklə, Qara Leydi yenə Çibiusa olmuşdur. Manqada isə bir az fərqlidir: Seylor Plutonun ölümünə səbəb olduğuna görə şoka düşən Qara Leydi Çibiusaya çevrilmiş, daha sonra Əfsanəvi Gümüş Kristal sayəsində ilk dəfə Seylor Çibi Mun olmuşdur.
Qara Leydi (həm də Çibiusa) "Sailor Moon: Another Story" video oyununda peyda olmuşdur.
Güclər və əşyalar
redaktəLuna-P
redaktəÇibiusa ilk göründüyündən bəri yanında Luna-P (ingilis versiyasında Lunabol və ya Luna kürəsi) adlı oyuncaq daşıyır. Bu oyuncaq Usaqinin pişiyi olan Lunanı xatırladır. Çibiusa onu ən yaxın dostu və qoruyucusu hesab edir. Ondan Seylor Plutonla əlaqə saxlamaq üçün istifadə edir. Bununla yanaşı manqada "Luna-P çevrilməsi", animedə "Luna Pişik Sehri" sözlərindən istifadə etməklə onu bəzi əşyalara çevirə bilir.
Məkan-zaman açarı
redaktəSeylor Plutonun ona verdiyi Məkan-zaman açarı ilə (manqada ondan oğurlayıb) Çibiusa zaman səyahətlərinə çıxa bilir. Zaman səyahətinə çıxmaq üçün Çibiusa açarı göyə qaldırır və bu sözləri deyir: "Zaman qoruyucusu! Səmanı parçala və mənim üçün zaman qapısını aç! Mən əsl və qüdrətli Zaman tanrısını, zamanın qoryucusunun atasını çağırıram! Xronos! Mənə işıq cığırı aç!"
İstinadlar
redaktə- ↑ Real age: Takeuchi, Naoko. Act 20 // Bishoujo Senshi Sailor Moon volume 6. Kodansha. 1994-04-05. ISBN 4-06-178772-1.
- ↑ 1 2 Takeuchi, Naoko. Act 19 // Bishoujo Senshi Sailor Moon Volume. Kodansha. 1993-11-06. ISBN 4-06-178764-0.
- ↑ Takeuchi, Naoko. Act 13 // Bishoujo Senshi Sailor Moon Volume 5 (original). Kodansha. September 1995. ISBN 4-06-178820-5.
- ↑ 1 2 Takeuchi, Naoko. Bishoujo Senshi Sailormoon Volume V Original Picture Collection. Kodansha. September 1999. ISBN 4-06-324521-7.
- ↑ Takeuchi, Naoko. Picture Diary // Bishoujo Senshi Sailor Moon Volume 5. Kodansha. November 6, 1993. ISBN 4-06-178764-0.
- ↑ Araki, Kae. Sailor Stars CD single. CODC-1087/1996.12.21
- ↑ Takeuchi, Naoko. Materials Collection. Kodansha. October 1999. ISBN 4-06-324521-7.
- ↑ 1 2 Takeuchi, Naoko. Chibiusa Picture Diary Hammer Price Shrine // Bishoujo Senshi Sailor Moon Volume 17. Kodansha. 1996-12-06. ISBN 4-06-178849-3.
- ↑ The Birth of Black Lady, The Queen of Darkness // Sailor Moon. Series 2. 85 epizod. February 12, 1994. Toei. Asahi.
- ↑ 1 2 3 4 5 Seeking Friends! Mini Moon's Actions // Sailor Moon. Series 3. 104 epizod. August 20, 1994. Toei. Asahi.
- ↑ Shadows of Destruction! The Awakening of the Messiah of Silence // Sailor Moon. Series 3. 123 epizod. January 28, 1995. Toei. Asahi.
- ↑ Dreams Forever! Light Throughout the Sky // Sailor Moon. Series 4. 166 epizod. March 2, 1996. Toei. Asahi.
- ↑ Takeuchi, Naoko. Act 34 // Bishoujo Senshi Sailor Moon Volume 12. Kodansha. 1995-09-06. ISBN 4-06-178814-0.
- ↑ Takeuchi, Naoko. Act 22 // Bishoujo Senshi Sailor Moon Volume 6. Kodansha. April 5, 1994. ISBN 4-06-178772-1.
- ↑ Takeuchi, Naoko. Act 35 // Bishoujo Senshi Sailor Moon Volume 12. Kodansha. September 6, 1995. ISBN 4-06-178814-0.
- ↑ 1 2 Takeuchi, Naoko. Act 35 // Bishoujo Senshi Sailor Moon Volume 12. Kodansha. 1995-09-06. ISBN 4-06-178814-0.
- ↑ Sailor Moon. Series 4. 135 epizod. May 20, 1995. Toei. Asahi.
- ↑ Defeat Rubeus! The Battle in Space // Sailor Moon. Series 2. 74 epizod. November 13, 1993. Toei. Asahi.
- ↑ Serena's Parental Love? A Curry Triangle Relationship // Sailor Moon. Series 2. 66 epizod. August 21, 1993. Toei. Asahi. in this episode of the anime Usagi uses carrots as an ingredient for curry, which she and Chibiusa later eat, so this may be a manga-only fact.
- ↑ Takeuchi, Naoko. Back of volume // Bishoujo Senshi Sailor Moon Volume 10. Kodansha. 1995-06-06. ISBN 4-06-178806-X.
- ↑ Takeuchi, Naoko. Act 16 // Bishoujo Senshi Sailor Moon Volume 4. Kodansha. 1993-07-06. ISBN 4-06-178753-5.
- ↑ In Search of the Silver Crystal! Chibiusa's Secret // Sailor Moon. Series 2. 64 epizod. July 31, 1993. Toei. Asahi.
- ↑ Supers Special 3: Chibiusa's Adventure, the Dreaded Vampire Castle // Sailor Moon. Series 4. 128 epizod. April 4, 1995. Toei. Asahi.
- ↑ A Dentist of Terror? Pallapalla's House // Sailor Moon. Series 4. 153 epizod. November 18, 1995. Toei. Asahi.
- ↑ Venus Minako's Nurse Mayhem // Sailor Moon. Series 2. 78 epizod. December 18, 1993. Toei. Asahi.
- ↑ The Arrival of the Tiny Pretty Soldier // Sailor Moon. Series 3. 103 epizod. August 6, 1994. Toei. Asahi.
- ↑ 1 2 Takeuchi, Naoko. Act 42 // Bishoujo Senshi Sailor Moon Volume 15. Kodansha. 1996-07-05. ISBN 4-06-178835-3.
- ↑ The Final Battle Between Light and Darkness! Love Sworn to the Future // Sailor Moon. Series 2. 88 epizod. March 5, 1994. Toei. Asahi. Dreams Forever! Light Throughout the Sky // Sailor Moon. Series 4. 166 epizod. March 2, 1996. Toei. Asahi.
- ↑ Shadow of Silence!? The Pale Glimmer of a Firefly // Sailor Moon. Series 3. 115 epizod. November 26, 1994. Toei. Asahi.
- ↑ Takeuchi, Naoko. Act 35 // Bishoujo Senshi Sailor Moon Volume 12. Kodansha. 1995-09-06. ISBN 4-06-178814-0. Takeuchi, Naoko. Act 40 // Bishoujo Senshi Sailor Moon Volume 14. Kodansha. 1996-03-06. ISBN 4-06-178826-4.
- ↑ Takeuchi, Naoko. Act 42 // Bishoujo Senshi Sailor Moon Volume 15. Kodansha. July 5, 1996. ISBN 4-06-178835-3.