Portal Memarliq - Wikipedia
redaktə
MemarlıqMemarlıq (lat. architectura, yun. ὰρχιτεκτονική – arkhitektonike- inşaatçı) insan fəaliyyətinin geniş sahəsi olub məkanın təşkili və məkan problemlərinin həlli məsələləri ilə məşğuldur. Onun predmetinə adi qapı dəstəyinin dizaynından aqlomerasiyaların planlaşdırılmasına qədər müxtəlif məsələlər daxildir. Qədim Roma memarı və memarlığın ilk nəzəriyyəçilərindən olan Vitruvi memarlığın üç sütünü olduğunu qeyd edirdi - davamlılıq (latınca: firmitas), xeyir, səmərə (latınca: utilitas) və gözəllik (latınca: venustas). Elmi ədəbiyyatda Vitruvi üçlüyü adlanan bu konsepsiyaya XV əsrdə Alberti daha bir sütun (məqsədəuyğunluq) əlavə etmişdi. redaktə
Seçilmiş məqalə
redaktə
Seçilmiş memarƏcəmi Əbubəkr oğlu Naxçıvani — Mənşəcə Azərbaycan türklərindən olan, XI-XII əsrlərdə Azərbaycanda yetişmiş və dünya şöhrəti qazanmış memar, Naxçıvan memarlıq məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifidir. XI və XII əsrlər - Azərbaycan intibahının çiçəklənmə dövrüdür. Şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edir. Bu dövrdə yaşayıb-yaratmış dahi şəxsiyyətlərin bolluğu da adamı heyrətə gətirir: Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbül-əla Gəncəvi, Məhsəti Gəncəvi və başqaları... Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər Azərbaycanının dahi memarı kimi şöhrət qazanmışdır. (Məqalənin ardı..) redaktə
Seçilmiş şəkilKrallıq qalasının gecə görünüşü. Ər-Riyad, Səudiyyə Ərəbistanı. redaktə
Əsas kateqoriyalarredaktə
Əsas mövzular
redaktə
Memarlığın bölmələri
|