Liberalizmin hədəfi bütün insanların sülh yolu ilə əməkdaşlıq etməsidir. O, millətlər arasında sülhü də hədəfləyir. İstehsal vasitələri hər yerdə özəl mülkiyyət olanda və qanunlar, tribunallar və administrasiyaxaricilərə və vətəndaşlara eyni şərtlər əsasında davransa, ölkənin sərhədlərinin harada çəkilməsinin əhəmiyyəti az olacaq. Heç kəs fəthdən hansısa bir mənfəət əldə edə bilməz. O, yalnız savaşaraq itki yaşaya bilər. Müharibə artıq sərfəli deyil. Qəsbkarlıq üçün heç bir səbəb yoxdur. Hər bir ərazinin əhalisi hansı dövlətə tabe olmaq istəməkdə və ya öz dövlətini qurmağı üstün tutmaqda azaddır. Bütün millətlər sülh içində, bir-birləri ilə yanaşı yaşaya bilərlər, çünki heç bir millət dövlətinin həcmi ilə bağlı narahatlılıq yaşamır.