Sitqlogge (alm.Zytglogge IPA: [ˈtsi(t)ˌklɔkə]; və ya Saytqlokkenturmalm.Zeitglockenturm) — İsveçrəninBern şəhərinin mərkəzində yerləşən ən mühüm orta əsr qüllələrindən biridir. XIII əsrdə tikilmiş qüllə, gözətçi binası, həbsxana, şəhər həyatının mərkəzində yerləşən saat qülləsi və cəmiyyətin xatirəsi olaraq xidmət göstərmişdi.
Mövcud olduğu 800 il ərzində bir çox təmir və yenidənqurma işlərinə məruz qalmasına baxmayaraq, Sitqlogge özünün XV əsrdə hazırlanmış astronomik saatı ilə böyük turist axınına səbəb olmuş və Bern şəhərinin ən tanınan simvollarından birinə çevrilmişdi. 1983-cü ildə Sitqlogge Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi.
1218-20-ci illər arasında inşa edilən zaman, Sitqlogge Bernin qərb istehkamlarının darvaza qalası kimi xidmət etmişdir. Qüllənin tikinti işləri şəhərin Müqəddəs Roma imperiyasından de facto müstəqilliyini qazandıqdan və şəhərin ümumilikdə qərb hissəsinə genişləndirilməsindən sonra başlamışdır. O zamanlar Sitqloggenin alçaq boylu bir bina idi (onun hündürlüyü 16 metr (52 ft) təşkil edirdi). İstehkamların Kefiqturma qədər genişləndirilməsi və şəhərin 1270-75-ci illərdə sürətli artımı nəticəsində qülləyə ikincidərəcəli status verilmişdir. Bunu kompensasiya etmək üçün qüllənin hündürlüyü artırılmış və ətrafda yerləşən binaların təməl hissələri gücləndirilmişdir.
Məqaləni oxu...
Hodler 1853-cü ildə Berndə altı uşağın ən böyüyü olaraq dünyaya gəlmişdir. Atası Jan Hodler az pul qazana bilən bir dülgər idi. Anası Marqerit isə əslən kəndli bir ailədən idi. Səkkiz yaşına gəldiyində atasını və iki qardaşını vərəm xəstəliyi nəticəsində itirdi. Anası bir dekorativ rəssam ilə ikinci dəfə evləndi. Lakin 1867-ci ildə o, da vərəmdən vəfat etdi. Hodlerin ailəsini itirməsinə səbəb olan xəstəlik onda güclü bir ölüm şüuru meydana gətirdi.
Hələ on yaşında ikən ögey atasından dekorativ rəsmlər haqqında təhsil aldı. Ardından Tun şəhərinə – yerli rəssam olan Ferdinand Sommerdən təhsil almaq üçün göndərildi. Hodlerin erkən dövr işlərinin əksəriyyəti dükanlara və turistlərə satılan mənzərə rəsmləri idi. 1871-ci ildə bir rəssam olaraq işləmək üçün Cenevrəyə köçdü. Orada fransız mənzərə rəssamı Korotun yoldaşlarından Bartelemi Mennin yanında çalışdı.
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Nəqliyyat vasitələri
Bern tramvayı — Bern şəhərinin ictimai nəqliyyat növlərindən biridir. Tramvay şəbəkəsi üç marşrutdan ibarətdir və Riffelalp tramvayı istisna olmaqla İsveçrənin ən kiçik nəqliyyat sistemi sayılır. Bern şəhərinin tramvay və digər ictimai nəqliyyat növləri Barnomobil təşkilatının dəstəyi ilə fəaliyyət göstərir.
Bern tramvayı 1 oktyabr1890-cı ildə açılmışdır. Əvvəlcə pnevmatik tramvaylar istifadə olunurdu (yəni sıxılmış hava ilə çalışan tramvaylar). 1894-cü ildən şəhərdə həmçinin buxarlı tramvay fəaliyyət göstərməyə başlamışdır. 1902-ci ildən etibarən, Bernin bütün tramvay şəbəkəsi elektrifikasiya olunmuşdur.
Bern erkən dövrdən aşağı əsaslı tramvayların istismarına başlamışdı. Aşağı döşəməli tramvayların ilk seriyası (Be4 / 8, № 731-742 tipli) 1990-cı ildə fəaliyyətə başlamışdır. İkinci seriya artıq Combino tramvayları idi. 1990-cı ilin iyun ayının 22-dən iyulun 9-a qədər, tramvayların hərəkəti bütün şəbəkə üzrə təcrübəli sürücülər tərəfidən həyata keçirilmişdir
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Tarixi abidələr
Ədalət fəvvarəsi (alm.Gerechtigkeitsbrunnen) — İsveçrəninBern şəhərinin Gerehtiqkaytsqasse döngəsində yerləşir. Bu, XVI əsrə aid öz orijinal görünüşünü saxlamış yeganə məşhur Bern fəvvarəsidir və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Fəvvarənin mərkəzi fiquru Roma ədalət ilahəsi Yustisiyanı simvolizə edir (Qədim Yunan mifologiyasındakı Femidanın analoqu).
Bu fəvvarə səkkizbucaqlı əsas və iki kiçik əlavə hovuzdan ibarətdir. Əsas hovuz əhəngdaşından hazırlanıb və dəmir halqa ilə bəzədilib. Hövzənin mərkəzində postamentdən çıxan bürünc borular var, onun üzərində isə haşiyəli frizlə bəzədilmiş dar daş sütun dayanır. Fəvvarənin heykəli gözəl qadını təsvir edir. O əlində ədalət mühakiməsinin ənənəvi simvollarını - qılınc və tərəzi saxlayır. Qadının gözləri sarğılanıb - bu onun qərarlarının bütövlüyünü simvolizə edir. İlahənin kostyumu (qızıl zirəhli mavi xalat) və ayağındakı sandalyalar Roma dövründə uyğundur. İlahənin ayaqları altında gözləri bağlanmış Roma Papasının, İmperatorun, Sultanın və Şülthayssın (Kantonlar Şurasının sədri) heykəlləri yerləşdirilib. Bu dörd büst yer üzündəki bütün hakimiyyət formalarına işarə edir.
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Seçilmiş şəkil
Rozenqartendən Bern şəhərinin köhnə hissəsinə açılan mənzərə.
Müqəddəs Ruh kilsəsi (alm.Heiliggeistkirche) – Bernin mərkəzində, Şpitalqasse adlanan döngədə yerləşən Orta əsrlərə aid və hazırda fəaliyyət göstərməyən yevangelik-reformator kilsəsi. Kilsə Müqəddəs Ruh ordeninin bilavasitə səyi nəticəsində öz hazırki görünüşünü əldə etmişdi. Dini xidmətləri ilə yanaşı hazırda kilsə binası sərgi, konsert, danışıqlar və digər tədbirlər üçün istifadə olunur. Şpitalqasse 44-də yerləşən Löbegge ilə müqayisədə, bu kilsə Dəmiryol meydanının əsas memarlıq kompozisiyasını təşkil edir. 1865-ci ilə kimi kilsə Kristoffelturm qülləsindən qərbdə yerləşirdi. 1860-cı ildə Bern şəhərində ilk bütün lazımi qaydalara uyğun dəmir yolu stansiyasının məhz Müqəddəs Ruh kilsəsinin arxasında inşa olunması qərara alınmışdır.
Müqəddəs Ruh ordeninin Bern şəhərindəki fəaliyyəti 1228-ci ildə, qərbi Tseringerştadt qapılarından 150 metr məsafədə və hazırki kilsə ərazisində kiçik xəstəxana və müqəddəs Ruh kapellasının tikintisi ilə başlamışdır. Həmin kapella 1496-cı ildə yeni tikilmiş kilsə ilə əvəz edilmişdir. XV əsrin ortalarından sonra, Müqəddəs Ruh Konvensiyanın tədricən tənəzzülü və 1528-ci ildəReformasiyanın qəbulundan sonra, son iki müqəddəs Ruh üzvləri öz vəzifəsindən istefa edərək Berndən deportasiya olunmuşdular
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Bern mətbəxi
Röşti (alm.Rösti, [ˈrøːʃti]) və ya rööşti - əsasən kartofdan hazırlanan məşhur İsveçrə yeməklərindən biridir. Başlanğıcda Bern Kantonunda yaşayan fermerlər tərəfindən hazırlanan bu səhər yeməyi hazırda bütün İsveçrə ərazisində, həmçinin qərb dünyasının bir çox restoranlarında yeyilir. İsveçrənin bir çox sakinləri Röştinin Milli yemək olduğunu hesab edir. Bu gün Röşti masaya qoyulduqda, tez-tez yanına "Spinat und Spiegelei" (ispanaq və qızardılmış yumurta), servelat və ya Fleischkäse kimi digər yeməklər də əlavə olunur. Həmçinin, hər hansı bir standart qarnir yeməyi əvəz etmək istəyən insanlar restoranlarda daha çox Röştini sifariş edirlər. Röşti kiçik dilimlərə bölünmüş və yağda qızardılmış kartofdan hazırlanır. Həmçinin, çiy və ya bişmiş kartof qarışığından da istifadə edilə bilər. Klassik röşti donuz ətindən hazırlanmış bekonla da zənginləşdirilə bilər (Emmentaler Röşti). Bern kantonunda artıq bişmiş kartoflara bir çay qaşığı qəhvə və süd əlavə olunur və daha sonra qızardılır.
Məqaləni oxu...